Mülki hüquq münasibətinin obyekti odur ki, məhz onun barəsində mülki hüquq subyektləri hüquq müna-
sibətinə girirlər, məhz onun haqqında bu münasibət yaranır, məhz onun barəsində subyektlərin hüquq və vəzifə-
ləri əmələ gəlir. Obyektsiz mülki hüquq münasibəti yaranmır və müvcud olmur.
Nələr mülki hüquq münasibətinin obyekti ola bilər? Bu məsələ barəsində uzun müddətdir ki, alimlər arasın-
da kəskin diskussiya gedir. Həmin məsələ haqqında diskussiya gedişində üç konsepsiya yaranmışdır:
●
obyektin monist konsepsiyası (hərəkət nəzəriyyəsi);
●
obyektin əşya nəzəriyyəsi;
●
obyektin plüralist konsepsiyası.
Dostları ilə paylaş: |