Azərbaycan Respublikasının mülki hüququ presedenti hüququn mənbəyi hesab etmir və tanımır. Bi-
zim ölkə hüququnda presedent hüququ müvcud deyil. O, mənbə kimi nə qanunvericilik qaydasında rəsmən
möhkəmləndirilir, nə təmin olunur, nə formal olaraq tanınır, nə də ki faktiki olaraq tətbiq edilir. Məhkəmə pre-
sedentindən – konkret iş özrə qəbul edilən qərardan buna oxşar işlərin həlli zamanı məcburi xarakterli hüquq
norması kimi istifadə olunmur. Azərbaycan Respublikasının qanunvericiliyinə görə bu cür qərar yalnız həmin
işdə iştirak edən şəxslər üçün məcburidir. Bu cür qərar həmin işə oxşar (analoci) olan işlərə baxan hakimlər
üçün məcburi qüvvəyə malik deyil.
Məhkəmə presedentini məhkəmə təcrübəsindən fərqləndirmək lazımdır. Bu iki anlayış identik (eyni mənalı) və
sinonim deyil. Lakin bir çox tədqiqat işlərində onlar identik və bir-birini qarşılıqlı surətdə əvəz edən anlayışlar ki-
mi işlədilir.
Məhkəmə praktikası məhkəmələr tərəfindən müəyyən dərəcədə hamılıqla qəbul edilən və məcburi olan qay-
da, prinsip, göstəriş formasında ümumi hüquqi müddəalar formulə edilməsidir.
Məhkəmə presedenti isə məhkəmə fəaliyyətinin nəticəsidir, yəni məhkəmə fəaliyyətinin işləyib hazırladığı
Dostları ilə paylaş: |