ümumi prinsiplərin özüdür. Məhkəmə təcrübəsi dedikdə, məhkəmənin eyni kateqoriya işlər özrə dəfələrlə
bir (eyni) cür qaydada qərar çıxarması başa düşülür. Məhkəmə presedenti isə, yuxarıda qeyd etdiyimiz kimi,
məhkəmənin konkret iş özrə çıxardığı qərardır. Azərbaycan Respublikasının mülki hüququ məhkəmə pre-
sedenti kimi məhkəmə təcrübəsini (praktikasını) də hüququn mənbəyi hesab etmir.
Yaranmış məhkəmə təcrübəsi eyni kateqoriya işlərə baxan məhkəmələr üçün məcburi qüvvəyə malik deyil.
Hakim məhkəmə təcrübəsindən fərqli qərar da qəbul edə bilər. Məsələn, onun ixtiyarı çatır ki, yaranmış məhkə-
mə təcrübəsi qanuna zidd olduüu hallarda, başqa qərar çıxartsın. Yaranmış məhkəmə təcrübəsinin mülki hüqu-
qun mənbəyi olmamasına baxmayaraq, o, böyük əhəmiyyətə və rola malikdir. Məhkəmə təcrübəsi cəmiyyətdə
hüquq qaydasının və qanunçuluüun təmin edilməsinə xidmət edir. Məhz onun köməkliyi və vasitəsi ilə mülki
hüquq normaları bir (eyni) cür qaydada başa düşülür və tətbiq edilir.
Dostları ilə paylaş: |