qdlərin bir növü olan mülki-hüquqi müqavilələri (məsələn, müxtəlif cür təsis müqavilələrini və s.)
Azərbaycan Respublikasının hüquq doktrinası mənbə növü kimi qəbul etmir və tanımır. Ona görə ki, hə-
min müqavilələr ümumməcburi davranış qaydaları (hüquq norması) müəyyən etməyərək, fərdi-birdəfəlik və
lokal xarakterə malikdir. Mülki-hüquqi müqavilələr dedikdə, iki və ya daha çox tərəfin mülki hüquq və vəzi-
fələrinin yaranmasına, dəyişməsinə, yaxud xitam edilməsinə yönəldilmiş sazişi başa düşülür. Onlar iqtisadi mü-
badilə münasibətlərinin hüquqi formasıdır. Bazar təsərrüfatı şəraitində müqavilə hüquqi konstruksiyası iqtisadi
ə
laqələri nizama salmaüın ən əsas üsullarından biridir. O, təsərrüfat fəaliyyətini təşkil etməyin nisbətən daha sə-
mərəli vasitəsidir. Müqavilə, onu bağlayan tərəflər üçün hüquq və vəzifələr müəyyən edir, həmin tərəflər ara-
sındakı qarşılıqlı münasibətləri tənzimləyir. O, hər iki tərəf üçün ümumi məcburi hüquqi qüvvəyə malikdir. Tə-
sadüfi deyildir ki, Fransa Mülki Məcəlləsinin 1134-cü maddəsinin 1-ci hissəsi qanuni əsaslarla bağlanmış mü-
qaviləni (sazişi) onu bağlayanlar üçün qanun hesab edir. Beləliklə, müqavilələr mülki hüququn mənbəyi olmasa
da, o, tərəflərin qarşılıqlı münasibətlərini təşkil etməyin ən effektli üsulu kimi çıxış edir.
Ə
qdlərin növü kimi müqavilələrdən fərqli olaraq, normativ məzmunlu (normativ) müqavilələr hüququn
Dostları ilə paylaş: |