lkin əmlak hüquqi şəxsin maddi bazasının əsasını təşkil edir. Qurumun malik olduüu həmin ilkin əmlak
«nizamnamə kapitalı (və ya nizamnamə fondu)», hüquqi şəxsin təsərrüfat ortaqlıüı növü üçün «şərikli kapi-
tal», kooperativ növü üçün isə «pay haqqı fondu» anlayışı ilə əhatə olunur. Bu fondlara təsisçilər (iştirakçılar)
tərəfindən maya kimi qoyulan əmlak payları binadan, qiymətli əşyalardan, avadanlıqdan, puldan, pul vəsaitin-
dən, o cümlədən xarici valyutadan, qiymətli kaüızlardan, torpaqdan, sudan və başqa təbii ehtiyatlardan istifadə
hüquqlarından, bir sözlə, dövriyyə qabiliyyəti olan istənilən əmlakdan, əmlak hüquqlarından və pul dəyəri
olan digər hüquqlardan ibarət ola bilər. Sonradan qurumun iqtisadi (əmlak) dövriyyədə iştirakı nəticəsində
onun əmlak kütləsi arta bilər. Belə ki, o, istehsal etdiyi və hazırladığı məhsulun satışından, gördüyü işlərdən,
göstərdiyi xidmətlərdən, habelə təsərrüfat fəaliyyətinin digər növlərindən alınan gəlirlər, qiymətli kaüızların sa-
tışından əldə edilən gəlirlər və s. hesabına arta bilər. Deməli, qurumun əmlakı təsisçilərin (iştirakçıların) maya
qoyuluşları (əmlak payı) hesabına yaranmış ilkin əmlakdan (nizamnamə kapitalından), habelə onun sonradan
həyata keçirdiyi təsərrüfat-sahibkarlıq fəaliyyəti prosesində istehsal və əldə etdiyi əmlakdan ibarətdir.
Dediklərimizdən belə təsəvvür yaranır ki, qurumun mülkiyyətində ayrıca əmlakının olması onun hüquqi şəxs
kimi tanınması üçün lazımi, vacib və zəruri əlamət deyildir. Bunun üçün, yəni qurumun hüquqi şəxs kimi tanın-
ması üçün əsas və mühüm jəhət odur ki, bu qurum əmlak müstəqilliyinə (ayrılıüına) malik olmalıdır. Buna
görə də həmin əlaməti məhz «qurumun əmlak müstəqilliyinə malik olması» kimi təfsir etmək lazımdır. Bu ba-
xımdan bir sıra müəlliflər «ayrıca əmlakı olmaq» kimi əlaməti yox, «əmlak müstəqilliyi (ayrılıüı)» kimi əlaməti
vacib sayırlar. Doürudan da, necə olursa-olsun, istənilən anda qurumun əmlak müstəqilliyinə malik olması mü-
hüm əlamət kimi özünü göstərir.
Qurumun mülkiyyətində ayrıca əmlakının olması və əmlak müstəqilliyi müəyyən dərəcədə balansla təmin
edilir. Bütün hüquqi şəxslərin müstəqil balansı olmalıdır (MM-in 43-cü maddəsinin 1-ci bəndi). Söhbət mühasi-
bat balansından gedir. Mühasibat balansı (fransızca balance — tərəzi) hüquqi şəxsin əmlak və maliyyə vəziy-
yətini əks etdirən maliyyə hesabatı formasıdır, bu vəziyyəti xarakterizə edən hesabdır. Burada bir sütunda aktiv-
lər (əsas kapital, hüquqi şəxsin dəyəri, torpaq sahələri, binalar, texniki avadanlıq və maşın kimi mayalar və s.),
digər sütunda passivlər (borclar, kredit idarələri qarşısında olan öhdəliklər, vergilər və s.) hesablanır. Bu hesab-
da şəxsin bütün əmlakı, gəlirlər-xərclər öz əksini tapır.
Müstəqil mühasibat balansının olması qurumun mülkiyyətində ayrıca əmlaka malik olmasını və əmlak müs-
təqilliyini, şəksiz, sübut edir. Qurumun bəzi struktur bölmələri, məsələn, hüquqi şəxs sayılmayan filiallar da
mühasibat uçotu apara və ayrıca balans tərtib edə bilərlər. Amma bu balans müstəqil balans sayılmır.
Dostları ilə paylaş: |