148
iki cür mülki hüquq münasibətinin iştirakçısı olmaq imkanından gedir. Birincisi, qurum əş
ya (mütlə
q) hüquq
münasibə
tlə
rində
(məsələn, mülkiyyət hüquq münasibətlərində, müəlliflik hüquq münasibətlərində, patent hü-
quq münasibətlərində və s.) iştirak etmək qabiliyyətinə malikdir. Bu baxımdan qurumlar dövriyyə qabiliyyəti
olan istənilən əmlaka (binaya, torpaq sahəsinə, istehsal vasitələrinə və s.) malik ola bilər. Ensiklopediyaları, en-
siklopedik lüüətləri, elmi əsərlərin toplularını, qəzetləri, æurnalları və digər dövri nəşrləri buraxan qurumların
(nəşriyyatların) müəlliflik hüquq münasibətlərinin iştirakçısı olmaq hüququ vardır. Qurumlar ixtira, faydalı mo-
del və sənaye nümunəsi üçün patent almaq (patent sahibi olmaq) hüququna malikdir.
kincisi, qurumların mülki (əmlak) dövriyyə münasibətlərində — iqtisadi (əmlak) dövriyyə münasibətlərində
çıxış etmək qabiliyyəti vardır. Mülki (əmlak) dövriyyə münasibətləri dedikdə, öhdəlik (nisbi) hüquq münasi-
bətləri başa düşülür. Bu baxımdan qurumlar alqı-satqı, icarə, kirayə, kredit, daşıma, sığorta, podrat və digər öh-
dəlik hüquq münasibətlərində iştirak edə bilər. Onların istənilən mülki-hüquqi əqdi bağlamaüa ixtiyarı çatır.
Söylədiklərimizə əsasən göstərə bilərik ki, mülki (əmlak) dövriyyədə çıxış etmək əlamətini məhdud mənada
yox, geniş mənada başa düşmək lazımdır. Geniş mənada mülki (əmlak) dövriyyədə çıxış etmək dedikdə, qu-
rumun həm əşya (mütləq) hüquq münasibətlərində, həm də öhdəlik (nisbi) hüquq münasibətlərində iştirak et-
mək imkanı başa düşülür.
Dostları ilə paylaş: