Xüsusi (məqsədli) mülki hüquq qabiliyyəti dedikdə, mülki hüquq subyektinin istənilən mülki hüquq və
vəzifələrə malik olmaq qabiliyyəti yox, onun yalnız öz fəaliyyət məqsədinə uyüun gələn mülki hüquq və vəzifə-
lərə malik olmaq qabiliyyəti başa düşülür. Hüquqi şəxslərin məhz xüsusi (məqsədli) hüquq qabiliyyəti vardır.
Buna görə də onlar istənilən mülki hüquq münasibətində yox, yalnız məhdud dairəli mülki hüquq münasibətlə-
rində iştirak edə bilər.
Beləliklə, hüquqi şəxs öz nizamnaməsində müəyyənləşdirilmiş fəaliyyət məqsədlərinə uyüun gələn mülki
hüquq və vəzifələrə malik ola bilər. Odur ki, onun məqsədli hüquq qabiliyyəti vardır. Hüquqi şəxs məhdud
dairəli mülki hüquq münasibətlərində iştirak etmək imkanına malikdir. Bu, onu ifadə edir ki, hüquqi şəxsin
|