2. Hüquqi şəxslərin mülki hüquq qabiliyyəti
Hüquqi şəxslər fiziki şəxslər kimi mülki hüquq qabiliyyətinə malikdir. Hüquqi şəxslərin hüquq qabiliyyəti
dedikdə, onların mülki hüquqlara malik olmaq və hüquqi vəzifələr daşımaq qabiliyyəti başa düşülür.
Hamımıza məlumdur ki, hüquqi şəxslərin yaradılması müəyyən ictimai ehtiyacın və tələbatın təmin edilməsi
zərurəti ilə bağlıdır. Yarandığı vaxtdan etibarən onlar öz qarşılarına müəyyən sosial-iqtisadi xarakterli məqsəd
qoyur. Bu məqsədə çatmaları üçün, qarşıda duran vəzifələri yerinə yetirmək üçün hüquqi şəxslər, hər şeydən
ə
vvəl, mülki (əmlak) münasibətlərdə müstəqil surətdə iştirak etmək imkanına malik olmalıdır. Bu cür imkan
hüquqi şəxslərə mülki hüquq qabiliyyəti verilməsindən ibarətdir.
Hüquqi şəxslərin mülki hüquq qabiliyyəti müəyyən məzmuna malikdir. O, bir qayda olaraq, hüquqi şəxslərin
nizamnamələrində nəzərdə tutulur.
Dostları ilə paylaş: |