Coürafi göstərici dedikdə, məhsulun mənşəcə dövlətin və ya bölgənin ərazisi ilə, yaxud bu ərazidəki yerlə
(coürafi obyektlə) bağlı olduüunu bildirən, onun xüsusi keyfiyyətini, şöhrətini və başqa xüsusiyyətlərini əks et-
dirən göstərici başa düşülür. Məsələn, «Essentuki», «Badamlı», «Boræomi», «Tula samovarı» və s. coürafi gös-
təricilərə misal ola bilər.
Coürafi göstərici də Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent özrə Dövlət
Agentliyində qeydə alınır. Hüquqi şəxsə coürafi göstəriciyə dair Azərbaycan Respublikası ərazisində qüvvədə
olan qeydiyyat şəhadətnaməsi verilir. Qeydiyyat on il müddətinə qüvvədə olur. Hüquqi şəxsin coürafi göstərici-
dən istifadə etməyə müstəsna hüququ yoxdur. Ona görə də o, coürafi göstəricidən istifadə hüququnu lisenziya
müqaviləsi əsasında başqa şəxsə verə bilməz. Bu cəhəti ilə o, əmtəə nişanından fərqlənir.
Istehsal markasını əmtəə nişanından fərqləndirmək lazımdır. Istehsal markasında istehsalçının adı, mənsu-
biyyəti, yeri və standartların (normativ sənədlərin) işarəsi göstərilir. Əmtəə nişanından fərqli olaraq istehsal
markasının qeydiyyata alınması tələb edilmir. Bu, o deməkdir ki, hüquqi şəxs ondan qeydiyyata alınmadan da
istifadə edə bilər. Istehsal markası hüquqi cəhətdən mühafizə edilmir və qorunmur.
Dostları ilə paylaş: |