dan çıxış edir. Hüquqi şəxsin adı onu mülki dövriyyənin digər iştirakçılarından ayırmaüa imkan verir.
Hər bir hüquqi şəxsin ad hüququ vardır (MM-in 50-ci maddəsi). Bu, şəxsi qeyri-əmlak hüququ olub, hüquqi
xsin özündən ayrılmazdır. Ad hüququnu hüquqi şəxs yaradıldığı andan həyata keçirir. Bu andan ona ad veril-
Hüquqi şəxsin adında onun öz təşkilati-hüquqi forması hökmən göstərilir. Onun təşkilati-hüquqi formaları
müxtəlif ola bilər: tam ortaqlıq; kommandit ortaqlıq; məhdud məsuliyyətli cəmiyyət; səhmdar cəmiyyəti; fond;
istehsal kooperativi; istehlak kooperativi və s. Məsələn, filan xeyriyyə fondu və ya filan istehlak kooperativi və
Bəzi hüquqi şəxslərin adında onun həyata keçirdiyi fəaliyyətin xarakteri göstərilir. Söhbət qeyri-kommersiya
155
neft işçilərinin həmkarlar ittifaqı, ədəbiyyat və incəsənət fondu, mədəniyyət fondu, «Naş dom Rossiə» ictimai
birliyi və s.
Hüquqi şəxsin həm tam, həm də qısaldılmış ada malik olmaq hüququ vardır. Məsələn, Azərbaycan Respubli-
kasının mülki aviasiyasını idarə edən dövlət orqanının (hüquqi şəxsin) tam adı «Azərbaycan Hava Yolları»
Dövlət Konsernidir. Onun qısaldılmış adı «AzAL»dır. Başqa bir misalda «Azərdəmiryolbank qısaldılmış,
«Azərbaycan Dəmir Yolu Bankı» isə tam addır.
Hüquqi şəxsin kommersiya təşkilatı kimi növünün özərinə firma adına malik olmaq kimi vəzifə qoyul-
muşdur. Kommersiya təşkilatının hökmən və mütləq firma adı olmalıdır. Bu, mülki qanunvericiliyin müəyyən
etdiyi məcburi qaydadır (MM-in 50-ci maddəsinin 2-ci bəndi).
Firma (italyanca firma, firmare — imza etmək) dedikdə, kommersiya təşkilatının adı başa düşülür. Firma
adı konkret kommersiya təşkilatını mülki (əmlak) dövriyyədə fərdiləşdirməyə, onu eyni növdən olan digər
kommersiya təşkilatlarından ayırmaüa imkan verir. Bu ad kommersiya təşkilatının işgözar nüfuzu və rəsmi ad-
sanı ilə sıx surətdə bağlıdır. Firma adı altında kommersiya təşkilatı əqdlər bağlayır və digər hüquqi hərəkətlər
edir, öz hüquq və vəzifələrini həyata keçirir, istehsal etdiyi məhsulları müştərilərə satır, həmin məhsulları rek-
lam edir, hüquqi məsuliyyət daşıyır və s. Bu təşkilat işgözar sahibkar kimi daxili milli və xarici bazarlarda özü-
nün firma adı ilə məşhurlaşır və tanınır. Həmin cəhət isə kommersiya təşkilatının cəmiyyətdə və iş adamları
arasında nüfuzunu daha da artırır, ona kifayət qədər dividendlər gətirilməsinə səbəb olur. Partnyorlar ona daha
çox etibar edir və inanırlar.
Firma adı əqli (intellektual) mülkiyyət hüququnun (müstəsna hüquqların) obyektlərindən biridir. Bey-
nəlxalq sənəddə firma adlarına olan hüquq əqli (intellektual) mülkiyyətə aid edilir. Firma adı həm də sənaye
Dostları ilə paylaş: