Firma adı qeydə alındığı andan hüquqi şəxsin həmin addan mülki (əmlak) dövriyyədə istifadəyə müstəsna
hüququ əmələ gəlir. Istifadəyə müstəsna hüquq o deməkdir ki, heç kəsin, hüquqi şəxsin özündən savayı, firma
adından istifadə etməyə ixtiyarı çatmır. Yalnız hüquqi şəxsin icazəsi ilə firma adından digər hüquqi şəxslər isti-
fadə edə bilər. Bu cür istifadə françayzinq müqaviləsinin (MM-in 723-cü maddəsi) vasitəsi ilə həyata keçirilir.
Firma adını qeydiyyata aldıran kimi hüquqi şəxslə onu əhatə edən şəxslər (əhatə dairəsi məlum olmayan və
rakçısı olan həmin üçüncü şəxslər özərinə belə bir vəzifə qoyulur: firma adından istifadə etməmək, yəni bu fir-
ma adı ilə hüquqlar və vəzifələr əldə etməmək. Əgər hər hansı mülki dövriyyə iştirakçısı hüquqi şəxsin firma
adından icazəsiz (qanunsuz) istifadə edərsə, onda hüquqi şəxs bu cür qanunsuz istifadəyə son qoyulmasını tələb
156
edə bilər. Bundan əlavə, icazəsiz (qanunsuz) istifadə nəticəsində hüquqi şəxsə vurulan zərərin əvəzi qanunsuz
istifadəçi tərəfindən ödənilir.
Ölkəmizdə hüquqi şəxslərin firma adları hüquqi cəhətdən qorunur və mühafizə edilir. Mülki qanunvericilik
firma adının qanunsuz istifadə edilməsini sahibkarlıq fəaliyyətində haqsız rəqabətin formalarından biri hesab
edir. Ölkəmizdə həm də «Sənaye mülkiyyətinin qorunması haqqında» Paris Konvensiyasında (1883) iştirak
edən dövlətlərin hüquqi şəxslərinin firma adları qorunur. Ona görə ki, Azərbaycan Respublikası bu konvensiya-
nın özvüdür. Həmin konvensiyanın 8-ci maddəsi konvensiya iştirakçısı olan dövlətlərdə firma adlarına olan hü-
ququn qorunması barədə göstəriş ifadə edir.
Fərdiləşdirmə vasitələrinin ikinci növü hüquqi şəxsin fəaliyyətinin nəticələri ilə bağlıdır. Mülki (əmlak)
dövriyyədə təkcə hüquqi şəxsin özü yox, həm də onun həyata keçirdiyi iqtisadi-sahibkarlıq fəaliyyətinin nəticə-
ləri ayrılır, fərdiləşdirilir. Hüquqi şəxslərin fəaliyyətinin nəticələri dedikdə, onların istehsal etdiyi və hazırla-
dığı məhsul — mallar, işlər və xidmətlər başa düşülür. Eyni növlü məhsullar (mallar, işlər və xidmətlər) mülki
(əmlak) dövriyyənin digər iştirakçıları tərəfindən də istehsal oluna bilər. Bu məhsulları bir-biri ilə qarışdırma-
maq və onları ayırmaq, fərqləndirmək üçün əmtəə nişanı və coürafi göstərici kimi fərdiləşdirmə vasitələrindən
istifadə edilir. Bunların köməyi ilə müştərilər (istehlakçılar) bazarda dözəltmə, qondarma və saxta əmtəə nişanlı
mallar yox, nisbətən keyfiyyətli mallar əldə etmək və almaq imkanı qazanırlar.
Ölkəmizdə əmtəə nişanlarının və coürafi göstəricilərin qeydə alınması, hüquqi mühafizəsi və istifadəsi ilə bağlı
münasibətlər xüsusi qanunla tənzimlənir. Bu qanunda əmtəə nişanlarının və coürafi göstəricilərin qeydə alınması,
onlardan istifadə olunması və digər məsələlər barədə qaydalar müəyyən edilir.
Ə
Dostları ilə paylaş: