mtəə nişanı dedikdə, hüquqi şəxsin istehsal etdiyi məhsulları digər hüquqi şəxsin hazırladığı məhsullardan
fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı uzlaşması başa düşülür. Məsələn, «Æiquli»,
«Volqa» minik avtomobillərinin, «Bakı», «Zil», «×inar», «Saratov» soyuducuların, «Slava» və «Polet» isə saat-
ların əmtəə nişanlarıdır. Onun əsas və başlıca funksiyası müxtəlif hüquqi şəxslərin istehsal etdikləri eyni növlü
məhsulları bazarda bir-birindən ayırmaqdan və fərqləndirməkdən ibarətdir (ayırmaq və fərqləndirmək funksi-
yası). Əmtəə nişanının ikinci vacib funksiyası reklamla bağlıdır (reklam funksiyası). Belə ki, bazarda özünün
yüksək keyfiyyəti ilə tanınan məhsulun əmtəə nişanı onu reklam edir, bununla istehsalçının nüfuzunu qaldırır,
məhsulun satış həcmini artırır və mənfəəti çoxaldır.
Ə
mtəə nişanı əqli (intellektual) mülkiyyət hüququnun (müstəsna hüquqların) obyektlərindən biridir.
Beynəlxalq sənəddə əmtəə nişanına olan hüquq əqli mülkiyyət hesab edilir. O, həm də sənaye mülkiyyəti obyekti
sayılır.
Ə
mtəə nişanı Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent özrə Dövlət Agentliyin-
də qeydə alınır. Həmin idarə hüquqi şəxsə qeydiyyat şəhadətnaməsi verir. Əmtəə nişanın qeydiyyatı on il müd-
dətinə qüvvədə olur.
Hüquqi şəxsin əmtəə nişanından istifadə etməyə və onun barəsində sərəncam verməyə müstəsna hüququ var-
dır. Onun icazəsi və razılıüı olmadan əmtəə nişanından başqa şəxslərin istifadəsi qadaüandır. Bununla belə, hü-
quqi şəxs lisenziya müqaviləsi əsasında əmtəə nişanından istifadə hüququnu digər şəxslərə verə bilər.
Dostları ilə paylaş: |