məhdud hüquq qabiliyyəti vardır. Nəhayət, hüquqi şəxsin hüquq qabiliyyəti digər hər hansı bir hüquqi şəxsin
hüquq qabiliyyətindən fərqlidir, ona münasibətdə xüsusidir. Bu isə o deməkdir ki, hüquqi şəxs xüsusi hüquq
qabiliyyətinə malikdir. Dediklərimizi yekunlaşdırsaq, hüquqi şəxsin məqsədli (xüsusi, məhdud) hüquq qa-
biliyyətinə malik olması barədə fikir söyləyə bilərik.
kinci fərqli cəhət ondan ibarətdir ki, mülki hüquq qabiliyyəti bütün fiziki şəxslərin hamısı üçün bir bəra-
bərdə və eyni dərəcədə tanınır. Bu, o deməkdir ki, bütün fiziki şəxslərin hamısına mülki qanunvericilik mülki
hüquqlara və vəzifələrə malik olmaq üçün eyni və bərabər hüquqi imkan verir. Hüquqi şəxslər isə özlərinin
mülki hüquq qabiliyyətinə görə bir bərabərdə tanınmırlar, yəni onlara mülki qanunvericilik mülki hüquqla-
ra və vəzifələrə malik olmaqda eyni və bərabər hüquqi imkan vermir. Belə ki, əsas fəaliyyət məqsədlərinə görə
hüquqi şəxsin iki növü fərqləndirilir: kommersiya təşkilatları; qeyri-kommersiya təşkilatları. Bu iki növ hüquqi
şə
xslərin hüquq qabiliyyəti bərabər deyildir.
Dostları ilə paylaş: |