Hüquqi şəxsin mülki hüquq qabiliyyətinin məzmunu dedikdə, onun malik ola biləcəyi mülki hüquq və
vəzifələrin məcmusu başa düşülür. Onların dairəsi kifayət qədər genişdir. Hüquqi şəxslər fiziki şəxslər kimi xü-
susi mülkiyyət hüququ əsasında əmlaka (həm daşınar, həm də daşınmaz əmlaka) malik ola bilərlər. Daha doü-
rusu, mülkiyyə
t hüququ onların malik ola biləcəyi əsas və vacib əmlak hüququ sayılır.
Hüquqi şəxslər mülki-hüquqi müqavilələrdən (alqı-satqı, mal göndərmə, sığorta və s. müqavilələrdən) ya-
ranan əmlak hüquq və vəzifələrinin daşıyıcısı olmaq hüququna malikdir. Bu müqavilələrin əhatə dairəsi ge-
nişdir. Onların əsas parametrləri Mülki Məcəllədə nəzərdə tutulmuşdur.
Hüquqi şəxslərin vərəsəlik hüququna malik olmaq hüququ vardır. Özü də dərhal qeyd etməliyik ki, onlar
ə
sasən vəsiyyət özrə vərəsə ola bilərlər (bununla bərabər, MM-in 1165-ci maddəsində göstərilən halda vərəsəsi
olmayan əmlak qanun özrə vərəsəlik əsasında hüquqi şəxslərin mülkiyyətinə keçir). Hüquqi şəxslərin vərəsəlik
hüququna malik olmaq imkanı əmlakı miras almaq qabiliyyətindən ibarətdir.
Hüquqi şəxslər əqli mülkiyyət hüququna malik ola bilərlər. Onların elm, ədəbiyyat və incəsənət əsərləri
barəsində müəlliflik hüquqlarının daşıyıcısı olmaq imkanı vardır. Məsələn, hüquqi şəxs statuslu nəşriyyatlar
ensiklopediyalar, ensiklopedik lüüətlər, elmi əsərlərin toplularını, qəzet və æurnallar və s. buraxa bilərlər. Belə
halda onlar bu cür kollektiv əsərlərdən bütövlükdə istifadə etmək üçün əmlak (iqtisadi) xarakterli müəlliflik
hüququna — müstəsna hüquqa malik olur. Hüquqi şəxslərin sənaye mülkiyyəti obyektlərinə — ixtiralara, fay-
dalı maddələrə və sənaye nümunələrinə verilən patentin sahibi olmaq imkanı vardır Onlar həmin obyektlər-
dən istifadə etmək üçün müstəsna hüquqa malik ola bilərlər.
Ə
mlak hüquqlarından savayı, hüquqi şəxslər həm də şəxsi qeyri-əmlak hüquqlarının daşıyıcısı ola bilərlər.
Bu cür hüquqlara misal olaraq hüquqi şəxslərin ada və olduüu yerə (hüquqi ünvana) malik olmaq imkanını gös-
tərmək olar.
Hüquqi şəxsin mülki hüquq qabiliyyətinin əsl cəhətləri fiziki şəxsin mülki hüquq qabiliyyəti ilə müqayisə
edilməsində özünü büruzə verir. Bu iki anlayış bir-birindən fərqli cəhətlərə malikdir.
Dostları ilə paylaş: |