Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə495/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   491   492   493   494   495   496   497   498   ...   1820
§ 2. Hüquqi şəxsin hüquq subyektliyi  

1. Hüquqi şəxsin hüquq subyektliyinin anlayışı və əsas  

cəhətləri 

Hüquqi şəxs elə bir sosial qurumdur ki, o, xüsusi olaraq mülki (əmlak) dövriyyədə iştirak etmək üçün yara-

dılır. Mülki (əmlak) dövriyyədə iştirak etmək üçün isə hüquqi şəxsin mülki hüquq subyektliyinə malik olması 

gərəkdir. 




 

157


Hüquqi şəxsin mülki hüquq subyektliyi dedikdə, hüquqi şəxsin mülki hüququn subyekti olmaüın sosial-

hüquqi imkanı və ya qabiliyyəti başa düşülür. Yalnız mülki hüquq subyektliyinə malik olan hüquqi şəxs mülki 

hüquq münasibətlərində iştirak edə bilər. Bu, hüquqi şəxsin iştirak etdiyi mülki hüquq münasibətlərinin yaran-

masının ilkin şərtlərindən biridir. Hüquq subyektliyi hüquqi şəxsin ictimai-hüquqi keyfiyyətidir. 

Məlum məsələdir ki, hər bir hüquqi şəxs müəyyən məqsədə nail olmaq üçün yaradılır. Onların bəziləri mal 

istehsal edir və hazırlayır. Məsələn, kooperativ cürbəcür kolbasa məmulatları hazırlamaqla məşüul olur. Istehsal 

müəssisəsi tikinti materialları istehsal edir.  

Hüquqi şəxs əhaliyə müxtəlif sferalarda xidmət göstərmək məqsədi ilə də yarana bilər. Avtonəqliyyat təşki-

latı vətəndaşların yükünü təyinat yerinə çatdırmaqla onlara daşıma ximəti göstərir. Başqa bir təşkilat sərnişinləri 

daşımaq  işi  ilə  məşüul  olur.  Yaradılmış  hüquq  məsləhətxanasının  əsas  məqsədi  əhaliyə  pullu  hüquqi  xidmət 

göstərməkdən ibarətdir. Sığorta şirkəti sığorta fəaliyyəti ilə məşüul olmaqla şəxslərə sığorta xidməti göstərir. 

Bank müştərilərə bank xidməti göstərən kredit təşkilatıdır.  

Iş görmək məqsədi ilə də hüquqi şəxslər yaradıla bilər. Məsələn, inşaat fəaliyyəti ilə məşüul olmaq üçün ya-

radılan təmir-tikinti təşkilatının məqsədi iş görməkdən (yaşayış evi tikməkdən, mənzilləri təmir etməkdən və s.) 

ibarətdir. Deməli, hüquqi şəxslər mal istehsal etmək, xidmət göstərmək, iş görmək və digər məqsədlər üçün ya-

radılır. Bu məqsədə uyüun olaraq onların fəaliyyət sferası müəyyənləşdirilir. Qarşısına qoyduüu məqsədə çat-

ması üçün hüquqi şəxs müxtəlif cür mülki hüquq münasibətlərinə girir. Onlar istehsal fəaliyyətini həyata keçir-

mək üçün ayrı-ayrı müəssisələrdən xammal alır və bundan ötrü malgöndərmə müqaviləsi bağlayır. Istehsal etdi-

yi malları müxtəlif şəxslərə satır. Bu münasibətlər alqı-satqı müqaviləsi ilə rəsmiləşdirilir.  

Hüquqi  şəxslər  müxtəlif  hüquq  münasibətlərində  subyekt  rolunda  iştirak  etmək  qabiliyyətinə  malikdirlər. 

Mülki qanunvericilik onlara əşya (o cümlədən mülkiyyət), öhdəlik, vərəsəlik, əqli mülkiyyət və s. hüquq müna-

sibətlərində çıxış etməyə hüquqi imkan vermişdir. Amma hüquqi şəxslərin mülki hüquq münasibətlərinin işti-

rakçısı olmaq imkanı universal xarakter daşımır. Bu imkanın öz həddi və sərhədləri vardır. Belə ki, həmin 

imkan, hər şeydən əvvəl, qanunla müəyyənləşdirilir. Digər tərəfdən o, hüquqi şəxsin təsis sənədi olan nizamna-

məsində nəzərdə tutulur və göstərilir. Özü də hüquqi şəxsin mülki hüquq münasibətlərində iştirak etmək imkanı 

onun yaradıldığı məqsədə uyüun və tabe olmalıdır. Hüquqi şəxslər yalnız onların öz nizamnamələrində müəy-

yənləşdirilmiş fəaliyyət məqsədlərinə müvafiq olan mülki-hüquq müqavilələr və digər əqdlər bağlaya bilər (mə-

sələn, bank təşkilatı bank fəaliyyəti göstərməkdən ibarət olan məqsədinə çatmaq üçün bank hesabı, bank əma-

nəti, kredit, lizinq, faktorinq və digər müqavilələr bağlaya bilər). Onların bu cür məqsədə zidd gələn mülki-hü-

quqi  müqavilələr  və  digər  əqdlər  bağlamaüa  ixtiyarı  çatmır.  Məsələn,  sığorta  fəaliyyəti  göstərmək  məqsədilə 

yaradılan sığorta şirkəti müştərilərlə bank hesabı, bank əmanəti, lizinq, kredit, faktorinq və s. müqavilələr bağ-

laya bilməz. ×ünki bu cür əqdlər onun nizamnaməsində göstərilən fəaliyyət məqsədinə ziddir və yaxud özəl təh-

sil universiteti sığortaçı rolunda vətəndaşlarla sığorta müqaviləsi bağlaya bilməz. Hüquqi şəxslərin öz nizamna-

məsində nəzərdə tutulmuş fəaliyyət məqsədinə zidd olaraq bağladığı bütün müqavilələr və digər əqdlər etibarsız 

hesab edilir (MM-in 349-cu maddəsi). 

Dediklərimizdən belə bir nəticəyə gələ bilirik ki, hüquqi şəxslər öz nizamnamələrində müəyyənləşdirilmiş fəa-

liyyət məqsədlərinə çatmaq və nail olmaq üçün mülki hüquq münasibətlərində iştirak edirlər. Buna əsasən göstərə 

bilərik ki, onların mülki hüquq subyektliyi məqsədli (məhdud) xarakter daşıyır.  

Müxtəlif hüquqi şəxslərin, öz nizamnamələrində göstərildiyi kimi, müxtəlif fəaliyyət məqsədi, növü və pred-

meti vardır. Bu, o deməkdir ki, onların mülki hüquq subyektliyi bir-birinə münasibətdə fərqlənir, yəni xüsusi-

dir. Deməli, hüquqi şəxslərin mülki hüquq subyektliyi həm də xüsusi təbiətə malikdir, ümumilikdə isə məq-


Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   491   492   493   494   495   496   497   498   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin