dəyəri ödənilir. Nizamnamədə ayrı qayda da nəzərdə tutula bilər. Bəzi hallarda çıxan iştirakçı əmlak dəyərinin
ödənilməsi ilə razılaşmır. Onda başqa variantdan da istifadə oluna bilər. Belə ki, bu varianta görə, çıxan iştirak-
çının tələbi əmlak dəyərinin ödənilməsi ilə yox, əmlakın naturada verilməsi ilə təmin edilir. Amma həmin
variantın tətbiq edilməsi üçün çıxan iştirakçı ilə qalan iştirakçıların razılıüa gəlmələri tələb olunur. Əgər bu cür
razılıq olmazsa, çıxan iştirakçıya əmlakın naturada verilməsindən söhbət gedə bilməz. ×ıxan iştirakçıya natura-
da verilən əmlak hissəsi və ya onun dəyəri müəyyənləşdirilərkən iştirakçının ortaqlıqdan çıxdığı məqamda tər-
tib edilən balans əsas kimi götürülür. Onlar bu balans özrə təyin edilir.
Göstərilən bu qayda tam ortaqlıüın iştirakçısı öldükdə, onun vərəsəsi ilə və ya tam ortaqlıqda iştirak etmiş və
yenidən təşkil edilmiş hüquqi şəxsin hüquqi varisi ilə hesablaşmalarda da tətbiq edilir. Belə ki, vərəsə (və ya
hüquqi varis) ya əmlak hissəsinin dəyərini alır, ya da ki ona əmlak naturada verilir. Bəzən vərəsə (və ya hüquqi
varis) ölmüş iştirakçının əvəzinə (yenidən təşkil olunmuş hüquqi şəxsin əvəzinə) tam ortaqlıüın fəaliyyətində
iştirak etmək niyyətində olur. Həmin məqsədlə onun (və ya hüquqi varisin) ixtiyarı var ki, tam ortaqlıüa daxil
olsun. Bunun üçün digər iştirakçıların razılıq vermələri gərəkdir. Əgər bu cür razılıq olmazsa, vərəsə (və ya hü-
quqi varis) tam ortaqlıüa daxil edilmir. Belə halda vərəsəyə (və ya hüquqi varisə), yuxarıda dediyimiz kimi, tam
ortaqlıq əmlakından çatası hissə verilir və ya onun dəyəri ödənilir.
Vərəsə (və ya hüquqi varis) tam ortaqlıüa daxil olduüu hallarda, vərəsə (və ya hüquqi şəxs) tam ortaqlıüın
öhdəlikləri özrə ölmüş iştirakçıdan (yenidən təşkil olunmuş hüquqi şəxsdən) ona keçmiş əmlak həddində məsu-
liyyət daşıyır. Vərəsə (və ya hüquqi varis) tam ortaqlıüa daxil olmadığı hallarda da ona keçmiş əmlak həddində
yalnız iki il ərzində tam ortaqlıüın öhdəliklərinə görə cavabdehdir.
Tam ortaqlıq iştirakçısının onun şərikli kapitaldakı payını başqa şəxslərə vermək hüququ vardır (MM-in
79-cu maddəsi). Başqa şəxs dedikdə, tam ortaqlıüın digər hər hansı iştirakçısı və ya üçüncü şəxs başa düşülür.
Özü də o, həm şərikli kapitaldakı öz payının hamısını, həm də bu payın yalnız bir hissəsini vermək hüququna
malikdir.
Şə
Dostları ilə paylaş: |