rikli kapitaldakı payına uyüun gələn əmlak hissəsinə yönəlir. Kreditor bunun üçün əmlak hissəsinin ayrıl-
masını tələb edir. Bu hissə hesabına və ya onun dəyəri hesabına kreditora olan borclar ödənilir. Bunun nəticə-
sində tam ortaqlıq iştirakçısının bu ortaqlıqda iştirakına xitam verilir. O, iki il müddətində tam ortaqlıüın əmələ
gəlmiş öhdəlikləri özrə məsuliyyət daşıyır.
Tam ortaqlıq iştirakçısının göstərilən qaydada tam ortaqlıqdan çıxması (onun ortaqlıqda iştirakına xitam ve-
rilməsi), əgər ortaqlıüın nizamnaməsində və ya qalan iştirakçıların razılaşmasında ortaqlıüın öz fəaliyyətini da-
vam etdirəcəyi nəzərdə tutulmayıbsa, tam ortaqlıüın ləğvinə səbəb olur.
Tam ortaqlıüın ləğvinə səbəb olan xüsusi əsaslardan biri ortaqlıqda təkcəbir iştirakçının qalması halı hesab
edilir (MM-in 81-ci maddəsinin 2-ci bəndi). Hamımıza bəllidir ki, tam ortaqlıq öz təbiətinə görə şəxslər birliyi
deməkdir. Bu isə o deməkdir ki, tam ortaqlıq iştirakçılarının tərkibi yalnız bir şəxsdən (iştirakçıdan) ibarət ola
bilməz: burada ən azı iki şəxs iştirak etməlidir. Əgər tam ortaqlıq iştirakçılarının tərkibinin dəyişdirilməsi (mə-
sələn, iştirakçının ölməsi və ya ortaqlıqdan çıxması, hüquqi şəxsin ləğv edilməsi və s.) nəticəsində ortaqlıqda
bir iştirakçı qalarsa, tam ortaqlıq ləğv edilir. Xarici ölkələrin qanunvericiliyində nəzərdə tutulan «bir şəxsin
Dostları ilə paylaş: |