Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə633/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   629   630   631   632   633   634   635   636   ...   1820
5. Kommandit ortaqlıüı  

Kommandit (italyanca «commandare» — saxlanca vermək) ortaqlıüı təsərrüfat ortaqlığının digər formasıdır 

(növüdür). Bu konstruksiya xarici ölkələrin müasir hüququna xeyli vaxtdır ki, məlumdur. Məsələn, Almaniya 

Ticarət Qanunnaməsinin ikinci kitabının ikinci bölməsi  «Kommandit ortaqlıüı» adlanır. Burada həmin konst-

ruksiyanı tənzimləyən normalar birləşdirilmişdir. Onu inqilabaqədərki Rusiya mülki qanunvericiliyi də tanıyır-

dı.  


Kommandit ortaqlıqların yaranma tarixi orta əsr Avropa dövrünə gedib çıxır. Onlar dəniz ticarəti sahəsində 

tacirlər (sahibkarlar) tərəfindən əqdlər bağlanmasının üsulu kimi əmələ gəlmişdir. Belə ki, başqa şəxslər xüsusi 

olaraq ticarət əqdləri bağlamaq məqsədilə həmin tacirlərə kapital (əmlak) verirdilər. Sonralar kommandit ortaq-

lıqdan professional kommersant statusu olmayan şəxslər (zadəganlar, kilsə nümayəndələri) sahibkarlıq mənfəəti 

ə

ldə etmək məqsədi üçün istifadə etməyə başladılar. Bu, ən əlverişli hüquqi vasitə idi. Belə ki, kommandit or-



taqlıq  konstruksiyası  professional  kommersant  olmayan  şəxslərin  (maya  qoyanların,  payçıların)  kapitallarını 

ticarət işinin aparılmasına cəlb etməyə imkan verirdi. Özü də maya qoyanların (payçıların) adı gizli (anonim) 




 

197


saxlanılırdı. Bu cəhət professional sahibkarlara (tacirlərə) imkan verirdi ki, onların yaratdığı ticarət müəssisəsi-

nə zadəganlar və kilsənin iri kapitalı cəlb edilsin və maya kimi ticarət işinə qoyulsun. Zadəganlar və kilsə nü-

mayəndələri qoyduqları kapitala görə mənfəət götürürdülər. Adlarının gizli (anonim) saxlanması heç kəsə im-

kan vermirdi ki, onları sələmçilikdə və müamiləlikdə təqsirləndirsinlər və ittiham etsinlər. Bütün bunların hamı-

sı tacirlərin yaratdıqları öz ticarət müəssisəsinə tam nəzarət etmək imkanının saxlanmasına mane olmurdu. Özü 

də kommandit ortaqlığı tam ortaqlıqdan xeyli əvvəllər yaranmışdır. Onun ilk dəfə olaraq adının zəkilməsi 976-

jı ilə (Venesiya) təsadüf edir. Amma kommandit ortaqlıqları yalnız XII əsrdən geniş yayılmağa başlayır.  

Bizim ölkə qanunvericiliyi kommandit ortaqlıüı kommersiya təşkilatlarının — təsərrüfat ortaqlıqlarının bir 

növü kimi nəzərdə tutur. MM-in 82-86-cı maddələri bu hüquqi konstruksiyanın tənzimlənməsinə həsr edilmiş-

dir. Özü də bizim ölkə qanunvericiliyinin kommandit ortaqlıq barədə müəyyən etdiyi qaydalar bir sıra xarici 

ölkələrin — Almaniyanın, RF-in və s. qanunvericilik ənənələrinə əsaslanır. Hələ «Müəssisələr haqqında» qanun 

(1994) ilk dəfə olaraq kommandit ortaqlıqlara anlayış verərək, onun hüquqi vəziyyətini müəyyənləşdirirdi. Hə-

min qanunun 9-cu maddəsi onların əsas cəhətlərini xarakterizə edən müddəalar ifadə edirdi. Burada kommandit 

ortaqlıq «payçı və şərikli müəssisə» anlayışı ilə əhatə edilmişdi. 

MM-in 82-ci maddəsinin 1-ci bəndi kommandit ortaqlıüının leqal anlayışını formulə edir. Bu anlayışda onun 

mahiyyətini xarakterizə edən əsas əlamət və cəhətlər ehtiva olunur.  




Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   629   630   631   632   633   634   635   636   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin