kompaniyası» konstruksiyası təsərrüfat ortaqlıqları üçün yaddır.
Lakin tam ortaqlıqda yeganə iştirakçı kimi qalan şəxs başqa variantdan da istifadə edə bilər. Belə ki, o, sa-
hibkarlıq fəaliyyətini davam etdirmək niyyətində olarsa, ortaqlıüı təsərrüfat cəmiyyətinə çevirə bilər. Qanun
ona bu cür hüquqi imkan verir. Özü də ortaqlıqda yeganə iştirakçı kimi qalan şəxsə ortaqlıüı təsərrüfat
cəmiyyətinə çevirmək üçün altı aylıq gözəştli müddət verilir. Bu müddət ərzində o, vəziyyəti qaydaya salaraq,
həmin məsələni həll etmək üçün müvafiq tədbirlər görür.
Bazar iqtisadiyyatı inkişaf etmiş ölkələrdə tam ortaqlıqlar geniş yayılmamışdır. Onlar, bir qayda olaraq, 2-3
nəfərdən ibarət olan ailə birlikləri hesab edilir. Məsələn, Fransada 1986-jı ilə kimi jəmisi 17 998, Isveçrədə isə
1988-ci ilə kimi 13 980 tam ortaqlıq qeydə alınmışdır. Tam ortaqlıq təşkilati-hüquqi forması bizim ölkədə də
geniş yayılmamışdır. Bunun əsas səbəbi tam ortaqlıüın əmlakı ilə onun iştirakçılarının əmlakının sıx bağlı və
ə
laqəli olmasındadır, yəni iştirakzıların öz şəxsi əmlakı ilə qeyri-məhdud məsuliyyət daşımalarındadır.
Bizim ölkə qanunvericiliyinin tam ortaqlıq barədə müəyyənləşdirdiyi normalar xarici ölkələrin (Almaniyanın,
RF-in və s.) qanunvericilik ənənələrinə əsaslanır.
Dostları ilə paylaş: |