zamnaməsində və ya qalan iştirakçıların sazişində ortaqlıüın öz fəaliyyətini davam etdirəcəyi nəzərdə tutulma-
196
yıbsa, həmin hal tam ortaqlıüın ləğvinə səbəb olur. Yox əgər, nəzərdə tutulubsa, tam ortaqlıq ləğv olunmur və
o, öz fəaliyyətini davam etdirə bilər.
Tam ortaqlıq iştirakçılarının tərkibi müxtəlif əsaslara görə dəyişdirilə bilər. Onların əhatə dairəsi kifayət qə-
dər genişdir. Bu cür əsaslara aiddir: tam ortaqlıq iştirakçısının ortaqlıqdan çıxması; iştirakçının ölməsi (hüquqi
şə
xsin ləğvi); iştirakçılardan birinin xəbərsiz itkin düşməsi; iştirakçılardan birinin fəaliyyət qabiliyyəti olmayan
sayılması; iştirakçılardan birinin məhdud fəaliyyət qabiliyyətli olması; iştirakçılardan birinin müflis elan edil-
məsi; məhkəmə qərarına əsasən iştirakçılardan biri barəsində yenidən təşkil etmə prosedurasının başlanması.
Tam ortaqlıq iştirakçılarının tərkibinin dəyişdirilməsinə dəlalət edən əsaslardan biri bu və ya digər iştirakçı-
nın şəxsi borcları özrə kreditorun tələb irəli sürməsi halından ibarətdir (MM-in 76-cı və 80-ci maddəsi). Be-
lə ki, tam ortaqlıq iştirakçısının müəyyən hallarda şəxsi borcları yarana bilər. Məsələn, o, öz ailə-məişət ehti-
yacları üçün öz qonşusundan borc pul ala bilər və yaxud başqa misalda özü üçün dükandan nisyə geyim şeyləri,
məişət predmetləri və ev avadanlıqları alır və s.
Beləliklə, onun şəxsi borcları yaranır. Şəxsi borclar iştirakçının tam ortaqlıüın fəaliyyəti ilə, onun həmin or-
taqlıqda iştirak etməsi ilə bağlı olmayaraq yaranan borclardır. Elə hallar olur ki, maddi imkanı olmadığına görə
tam ortaqlıq iştirakçısı şəxsi borcları kreditorlara ödəyə bilmir. Söhbət, hər şeydən əvvəl, onun əmlakının şəxsi
borclarını ödəməyə kifayət etmədiyindən gedir. Belə halda kreditorun tələbi tam ortaqlıq iştirakçısının şə-
Dostları ilə paylaş: