Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə627/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   623   624   625   626   627   628   629   630   ...   1820
surətdə bölüşdürülür. Özü də tam ortaüı (iştirakçını) mənfəət bölgösündə iştirak etməkdən kənarlaşdırmaq ol-

maz.  Iştirakçıların  bu  barədə  hər  hansı  bir  sazişi  etibarsız  olub,  hüquqi  əhəmiyyət  kəsb  etmir  (MM-in  74-cü 

maddəsinin 1-ci bəndi).  

Bəzi hallarda ortaqlıüın götürdüyü mənfəət onun iştirakçıları arasında bölünmür. Belə ki, tam ortaqlıq ziyan-

la  işləyir  və  zərərə  düşür.  Bunun  nəticəsində  tam  ortaqlıüın  xalis  aktivlərinin  dəyəri  onun  şərikli  kapitalının 

miqdarından az olur. Xalis aktiv, aktiv məbləüi ilə passiv məbləüi arasında fərqdən ibarətdir. Bu cür halda 

mənfəət iştirakçılar arasında bölüşdürülmür. Nə vaxt ki xalis aktivlərin dəyəri artıb şərikli kapitalın miqdarını 

ötüb keçəcəkdir, onda mənfəətin bölüşdürülməsinə başlanır (MM-in 74-cü maddəsinin 2-ci bəndi).  

Iştirakçının istənilən vaxt tam ortaqlıqdan çıxmaq hüququ vardır (MM-in 77-ci maddəsi). O, bu hüququ 

ortaqlıqda iştirak etməkdən imtina etdiyini bildirməklə həyata keçirir. Bunun üçün onun hər hansı bir dəlil-sə-

bəb, arqument-motiv gətirməsi tələb olunmur, yəni iştirakçı tam ortaqlıqdan çıxmanın səbəblərini göstərməyə 

borclu deyildir.  

Iştirakçı  tam  ortaqlıqdan  çıxmaq  üçün  həmin  ortaqlıqda  iştirakdan  imtina  haqqında  bildiriş  (məlumat) 

verir. Bildiriş (məlumat) iştirakçının ortaqlıqdan faktiki çıxmasına ən geci altı ay qalmış verilir. 

Tam ortaqlıqdan çıxmaq hüququ iştirakçının ayrılmaz hüququdur. Ona görə də iştirakçını bu hüquqdan məh-

rum edən hər hansı bir saziş etibarsızdır. Onun hüquqi əhəmiyyəti olmur (MM-in 77-ci maddəsinin 3-cü bəndi).  

Tam ortaqlıq iştirakçısının ortaqlıqdan çıxmasına əsas olan halların özrlü olub-olmamasını qanun nəzərdə tut-

mur və tələb etmir. Bu, o deməkdir ki, iştirakçı özrlü səbəb olub-olmamasından asılı olmayaraq tam ortaqlıqdan 

çıxa bilər. 

Bəzi hallarda iştirakçı öz istəyi ilə könüllü surətdə tam ortaqlıqdan çıxmır. Belə ki, o, məcburi surətdə or-



taqlıqdan çıxarılır. Bunun üçün ciddi əsasların olması tələb edilir (MM-in 76-cı maddəsinin 2-ci bəndi). Bu cür 

ə

saslara iştirakçının öz vəzifələrini kobudcasına pozması, onun işləri aüılla, bajarıqla və dözgün aparmaüa qadir 



olmaması kimi və digər halları misal göstərmək olar. Bu və ya digər ciddi əsaslar olduqda, qalan iştirakçılar hə-


 

195


min  iştirakçıların  ortaqlıqdan  çıxarılması  barədə  yekdilliklə  (səs  çoxluüu  ilə  yox)  qərar  çıxarırlar.  Sonra  isə 

məhkəməyə müraciət olunur. ×ünki iştirakçı yalnız məhkəmə qaydasında ortaqlıqdan çıxarıla bilər. Məhkəmə 

işə baxaraq, kifayət qədər əsaslar olduqda iştirakçının tam ortaqlıqdan çıxarılması barədə qərar qəbul edir.  

Iştirakçının tam ortaqlıqdan çıxması müəyyən hüquqi nəticələrə səbəb olur (MM-in 78-ci maddəsi). Belə ki, 

tam  ortaqlıqdan  çıxmış  iştirakçıya,  həmin  iştirakçının  şərikli  kapitaldakı  payına  uyüun  əmlak  hissəsinin 


Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   623   624   625   626   627   628   629   630   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin