Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə699/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   695   696   697   698   699   700   701   702   ...   1820
pitalına qoyuluşlar deyilir. Onlar iki növdə ola bilər: pul qoyuluşları; əmlak qoyuluşları (əmlak nemətləri, əm-

lak hüquqları və pul dəyəri olan digər hüquqlar), yəni pul olmayan əmlak. Əmlak qoyuluşlarının dəyəri təsis yı-

ğ

ınjağının qərarı ilə, səhmdar cəmiyyəti yaradıldıqdan sonra isə səhmdarların ümumi yığınjağının qərarı ilə mü-



ə

yyən  edilir  (MM-in  103-cü  maddəsinin  1-ci  bəndi).  O  ki  qaldı  nizamnamə  kapitalına  qoyuluş  formalarına, 

qeyd etməliyik ki, bu formalar təsiszilər arasında bağlanmış müqavilə (təsis müqaviləsi) ilə müəyyənləşdirilir. 

Səhmdar əldə etdiyi səhmin dəyərini səhmdar cəmiyyətinə qarşı olan tələblərin əvəzləşdirilməsi yolu ilə ödə-

yə bilməz. Belə ki, qanun səhmdarı əldə etdiyi səhmin dəyərini ödəmək vəzifəsindən onun cəmiyyətə qarşı olan 

tələblərinin əvəzləşdirilməsi yolu ilə azad etməyə yol vermir (MM-in 103-cü maddəsinin 4-cü bəndi). Məsələn, 

tikinti təşkilatı səhmdar cəmiyyətinin binasını təmir edir və buna görə onun bu cəmiyyətə qarşı gördüyü iş üçün 

on min manat məbləüində podrat haqqını tələb etmək hüququ yaranır. Tikinti təşkilatı cəmiyyətə qarşı olan bu 

tələb hüququnun əvəzləşdirilməsi yolu ilə əldə ediyi səhmlərin dəyərini ödəyə bilməz.  

Mülki qanunvericilik nəinki cəmiyyətə qarşı olan tələblərin əvəzləşdirilməsi yolu ilə, habelə, ümumiyyətlə, 

səhmdarın cəmiyyətin səhmlərinin dəyərini ödəmək vəzifəsindən azad olunmasına yol vermir.  

Qeyd  etdiyimiz  kimi,  nizamnamə  kapitalı  səhmdar  cəmiyyətinin  kreditorlarının  mənafelərini  təmin  etmək 

üçün  qarantiya  funksiyasını  yerinə  yetirir.  Mülki  qanunvericilik  nizamnamə  kapitalının  özünün  qarantiya 

funksiyasını  həyata  keçirə  bilməsi  üçün  onun  həcminin  cəmiyyətin  xalis  aktivlərinin  dəyərindən  asılı  olaraq 

müəyyənləşdirilməsi haqqında qayda nəzərdə tutur (MM-in 103-cü maddəsinin 5-ci bəndi). Bu qaydaya görə 



 

219


ikinci və hər növbəti maliyyə ili başa çatarkən səhmdar cəmiyyətinin xalis aktivlərinin dəyəri nizamnamə kapi-

talından  çox  olmalıdır  (bu  qayda  birinci  maliyyə  ilinin  başa  çatması  halına  aid  deyil).  Əgər  az  olarsa,  onda 

səhmdar cəmiyyəti öz nizamnamə kapitalının azalmasını elan edir və bunu qeydə aldırır. O, xalis aktivlərin də-

yəri ilə nizamnamə kapitalının həcmi arasında  yaranmış fərqi aradan qaldırmaq üçün təxirəsalınmaz tədbirlər 

görməlidir.  

Ə

gər cəmiyyətin xalis aktivlərinin dəyəri nizamnamə kapitalının minimum miqdarından az olarsa, cəmiyyət 



ləğv edilir. Nizamnamə kapitalının minimum miqdarı isə qeyd etdiyimiz kimi, müvafiq icra hakimiyyəti orqanı 

(AR Nazirlər Kabineti) tərəfindən müəyyənləşdirilir.  

Səhmdar cəmiyyətinin nizamnamə kapitalı artırıla bilər. Bunun üçün səhmdarların ümumi yıüıncaüının mü-

vafiq  qərar  qəbul  etməsi  lazımdır.  Axı,  səhmdar  cəmiyyətinin  nizamnamə  kapitalının  miqdarını  dəyişdirmək 

(artırmaq və ya azaltmaq) səhmdarların ümumi yıüıncaüının müstəsna səlahiyyətinə aiddir.  

Mülki qanunvericilik cəmiyyətin nizamnamə kapitalının artırılmasının iki üsulunu nəzərdə tutur (MM-in 

104-cü maddəsinin 1-ci bəndi). Birinci üsulun mahiyyəti səhmlərin nominal dəyərini artırmaqdan ibarətdir. 

Məsələn, nominal qiyməti bir min manat olan səhmin dəyəri artırılıb iki min manata çatdırılır. Ikinci üsulun 

mahiyyəti əlavə səhmlər buraxmaqdan ibarətdir. Belə halda səhmdarların əlavə buraxılan səhmləri satın al-

maqda üstünlük hüququ vardır, bir şərtlə ki, bu, cəmiyyətin nizamnaməsində nəzərdə tutulsun (MM-in 104-cü 

maddəsinin 2-ci bəndi). O ki qaldı səhmlərin nominal dəyərinin artırılması və əlavə səhmlərin buraxılması qay-

dalarına, həmin qaydalar Qiymətli Kağızlar özrə Dövlət Komitəsi tərəfindən müəyyən edilir. 

Səhmdar cəmiyyətinin nizamnamə kapitalı həm də azaldıla bilər (MM-in 105-ci maddəsi). Özü də dərhal 

qeyd edirik ki, bu, yalnız səhmdarların ümumi yıüıncaüının qərarı ilə mümkün ola bilər. Belə ki, həmin məsələ-

nin həlli səhmdarların ümumi yıüıncaüının müstəsna səlahiyyətinə aid edilmişdir.  

Səhmdar cəmiyyətinin nizamnamə kapitalının azaldılması zamanı mülki qanunvericilik kreditorların hüquq 

və mənafelərinin qorunmasına, cəmiyyət tərəfindən sui-istifadə hallarına (əlbəttə, onun işgözar partnyorlarının 

mənafelərinə ziyan vurulmasına yönələn hallara) yol verilməməsinə xüsusi diqqət yetirir. Bu məqsədlə o, xüsu-

si qayda müəyyənləşdirir. Bu qaydaya görə, nizamnamə kapitalının azaldılması haqqında səhmdarların ümumi 

yığınjağının qərar qəbul edildiyi gündən 15 təqvim günü müddətində bu barədə cəmiyyət özünün bütün kredi-

torlarına bildiriş (yazılı məlumat) göndərir (MM-in 105-ci maddəsinin 2-ci bəndi). Bildirişi aldıqdan sonra 30 

təqvim günü ərzində kreditorlar cəmiyyətin müvafiq öhdəliklərinin vaxtından əvvəl icrasını və ya onlara xitam 

verilməsini tələb edə bilərlər. Məsələn, kreditorların ixtiyarı var ki, cəmiyyətə verdiyi borcun (kreditin) vaxtın-

dan əvvəl geri qaytarılmasını tələb etsinlər və yaxud nisyə satdığı malın pulunun vaxtından əvvəl ödənilməsini 

tələb etsinlər və s. Bundan əlavə, kreditorlar həm də düşdükləri zərərin əvəzinin ödənilməsini tələb edə bilərlər.  

Beləliklə,  cəmiyyətin  bütün  kreditorlarına  bildiriş  göndərilməklə  nizamnamə  kapitalının  azaldılmasına  yol 

verilir. Bildiriş gündərmək səhmdar cəmiyyətinin borcu və vəzifəsidir. Bu qayda cəmiyyətin öz nizamnamə ka-

pitalının  özbaşına  olaraq  azaldılmasının  qarşısını  alır  və  kreditorların  mənafelərinin  və  hüquqlarının  müdafiə 

edilməsinə yönəlir.  

Səhmdar cəmiyyətin nizamnamə kapitalının azaldılması üçün mülki qanunvericilik iki üsul (yol) müəyyən-

ləşdirir (MM-in 105-ci maddəsinin 1-ci bəndi).  


Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   695   696   697   698   699   700   701   702   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin