Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə701/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   697   698   699   700   701   702   703   704   ...   1820
dar cəmiyyətinin işlərində iştirak etmək hüququ adlanır. Səhmdarların hüquqları səhmdə ifadə olunan hü-

quqların həjmindən asılı olaraq iki yerə bülünür: adi səhm sahiblərinin hüquqları; təminatlı (imtiyazlı) səhm sa-

hiblərinin hüquqları. 

Dividend almaq səhmdarın əsas əmlak hüquqlarından biridir. Dividend dedikdə, qoyulmuş kapitala görə əl-

də  edilən  mənfəət  başa  düşülür.  Hər  bir  səhmə  müəyyən  məbləödə  dividend  düşür.  Bu  məbləü  səhmdarların 

ümumi yıüıncaüında müəyyənləşdirilir. 

Qeyd etmək lazımdır ki, devidendlərin ödənilməsi barədə məsələni səhmdarların ümumi yığınjağı həll edir. 

Ümumi yığınjaq bu barədə müvafiq qərar zıxarır. Məhz qərar zıxarıldığı gündən səhmdar cəmiyyətinin devi-

dendlər ödənilməsi barədə ühdəliyi yaranır. 

Bir qayda olaraq, devidendlər və onların ödənilməsi qaydası haqqında qərar qəbul etmək məsələsini səhm-

darların  ümumi  yığınjağı  həll  edir,  bu  şərtlə  ki,  həmin  məsələ  nizamnamədə  həll  olunmasın.  Belə  halda 

cəmiyyətin direktorlar şurası (müşahidə şurası) və ya həmin orqan formalaşdırılmadıqda isə cəmiyyətin icra or-

qanları həmin məsələnin ümumi yığınjaq tərəfindən həll olunmasını təklif edir. Bununla belə, bu məsələnin həl-

li cəmiyyətin nizamnaməsində müəyyən edilə bilər (MM-in 106-3-cü maddəsinin 5-ci bəndi). Məsələn, nizam-

namədə göstərilə bilər ki, devidendlər və onların ödənilməsi qaydası haqqında qərar qəbul etmək məsələsi di-

rektorlar şurasının (müşahidə şurasının) səlahiyyətinə aid edilsin. Amma səhmdar cəmiyyətinin mənfəətini (xa-

lis mənfəətini) bülüşdürmək məsələsi əvvəldə qeyd etdiyimiz kimi, səhmdarların ümumi yığınjağının müstəsna 

səlahiyyətinə  aiddir  (MM-in  107-ci  maddəsinin  1-ci  bəndi).  Belə  ki,  mənfəətin  (xalis  mənfəətin)  səhmdar 

cəmiyyətinin maliyyə ili özrə bülüşdürülməsi səhmdarların ümumi yığınjağının qərarı ilə qəbul edilir (MM-in 

106-3-cü maddəsinin 1-ci bəndi). 

Dividendlər, bir qayda olaraq, maliyyə ilinin nəticəsinə görə cəmiyyətin xalis mənfəətindən (aktivlərindən) 

ödənilir.  Belə  ki,  cəmiyyətin  illik  xalis  mənfəətinin  (aktivlərinin)  məbləüindən  səhmdara  onun  malik  olduüu 

səhmin dəyərinə uyüun olaraq dividend verilir. 

Xalis mənfəət isə vergilər və digər məcburi ödənişlər ödənildikdən sonra yaranır. Səhmdar cəmiyyəti o halda 

xalis mənfəətə malik ola bilər ki, onun aktivi passivindən zox olsun. Xalis mənfəət hər bir səhm özrə ödənişlər 

şə

klində bülüşdürülür. Məhz bülüşdürülmüş hissə devidend adlanır. 



Devidendlər hesablanarkən səhmlərin hər bir növü və nominalı özrə hər səhmə düşən məbləğ eyni olmalıdır. 

Özü  də  ilk  növbədə  imtiyazlı  (təminatlı)  səhmlərin  bütün  növləri  özrə  devidendlər  hesablanır  (bülüşdürülür). 

Yalnız bundan sonra adi səhmlər özrə devidendlər hesablanır (bülüşdürülür). 

Dividendlər, bir qayda olaraq, ildə bir dəfə ödənilir. Dividendlər rüblər özrə və ya yarımillik də ödənilə bilər. 

Bunun üçün vacibdir ki, səhmdar cəmiyyətinin nizamnaməsində bu barədə müvafiq göstəriş olsun. 

Buna görə də səhmdar cəmiyyətin nizamnaməsində müəyyən edilməsindən və ödənilmə vaxtından asılı ola-

raq devidendlər öz cür ola bilər: 

 illik devidend; 



 rüblük devidend; 

 yarımillik devidend. 




 

221


Rüblük və yarımillik devidendlərə aralıq devidend deyilir

Bəzən səhmdarın dividend almaq hüququnu həyata keçirməsi mümkün olmur. Belə ki, səhmdar cəmiyyəti-



nin maliyyə-iqtisadi vəziyyəti kifayət qədər zətinləşir. Bu halda səhmdarlara dividend ödənilməsi isə həmin və-

ziyyətin daha da pisləşməsinə səbəb ola bilər. Söhbət səhmdar cəmiyyətinin xalis mənfəətinin (aktivlərinin) də-

yərinin  onun  nizamnamə  kapitalının  miqdarından  azalmasından  və  ya  dividendlərin  ödənilməsi  nəticəsində 

azalmaq ehtimalından gedir (MM-in 106-cı maddəsinin 3-cü bəndi). Özünün maliyyə-iqtisadi vəziyyətinin bu 

halında səhmdar cəmiyyəti dividendləri ödəmir, səhmdarların dividendlərin ödənilməsi barədə irəli sürdükləri 

tələbləri təmin etmir.  

Bundan fərqli olaraq, təminatlı (imtiyazlı) səhm sahibləri səhmdar cəmiyyətinin maliyyə-iqtisadi vəziyyəti-

nin kifayət qədər möhkəmliyindən, təsərrüfat fəaliyyətinin nəticələrindən, bir sözlə, cəmiyyətin illik xalis mən-

fəətinin məbləüindən asılı olmayaraq dividend alırlar. Əgər cəmiyyətin xalis mənfəəti (aktivləri) olmasa, bu ka-

teqoriya səhmdarlara dividend ehtiyat fondundan və ya cəmiyyətin öz vəsaiti hesabına yaratdığı xüsusi fondlar-

dan ödənilir.  


Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   697   698   699   700   701   702   703   704   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin