lavə kooperativ ödənişləri dedikdə, yalnız səs hüququna malik olan özvlərə onların əlavə əmlak pay haq-
larına və kooperativin ortaq (assosiativ) özvlərinin mütləq əmlak pay haqlarına mütənasib surətdə ödənilən koo-
perativ mənfəətinin bir hissəsi başa düşülür. Ona mülki qanunvericilikdə devidend də deyilir (MM-in 109-cu
maddəsinin 6-jı bəndi). Elə buradaja göstərməliyik ki, kooperativin özvlərinə onların mütləq əmlak paylarına
görə devidendlər ödənilmir (MM-in 109-2-ci maddəsinin 2-ci bəndi).
Kooperativ özvlərinin həm əsas kooperativ ödənişləri, həm də əlavə kooperativ ödənişləri (devidend-
lər) almaq hüququ vardır (MM-in 109-cu maddəsinin 7-ci bəndi). Bu hüquq yalnız o halda həyata keçirilə bi-
lər ki, kooperativin xalis mənfəəti olsun. Məcburi ödənişlər (vergilər və s.) verildikdən sonra, mənfəətin yerdə
qalan hissəsi xalis mənfəət sayılır. Xalis mənfəətin bir hissəsi məhz əsas kooperativ ödənişlərinin və devidend-
lərin verilməsinə yünəlir (MM-in 110-2-ci maddəsinin 1-ci bəndi). Bu məsələlər kooperativ özvlərinin ümumi
yığınjağı tərəfindən həll edilir. Amma ümumi yığınjaq müəyyənləşdirə bilər ki, veriləjək əsas və əlavə koopera-
tiv ödənişləri (devidendlər) kooperativin xalis mənfəətinin müəyyən miqdarı ilə məhdudlaşdırılsın (MM-in 110-
2-ci maddəsinin 3-cü bəndi).
Kooperativin ortaq (assosiativ) özvünün mütləq pay haqqı özrə ödənilən devidendlərin şərtləri kooperativin ni-
zamnaməsinin şərtlərinə uyğun olaraq həmin özvlə kooperativ arasında bağlanan müqavilə əsasında müəyyənləş-
dirilir.
Kooperativin özvləri həm də aşağıdakı hüquqlara malikdirlər:
●
kooperativin idarə edilməsində iştirak etmək;
●
kooperativin orqanlarını sezmək və onlara sezilmək;
●
kooperativin fəaliyyətinə dair məlumat almaq və onun maliyyə, eləjə də digər sənədləri ilə tanış olmaq
(ona informasiya almaq hüququ deyilir);
●
öz əməyinə görə pul və ya natura ilə əmək haqqı almaq (bu hüquqa kooperativin fəaliyyətində şəxsi əməyi
ilə iştirak edən özvlər malikdirlər) və s.
Kooperativ özvləri həm də vəzifələr daşıyırlar. Bu vəzifələr MM-in 109-4-cü maddəsinin 4-cü bəndində
göstərilmişdir:
●
özvlük haqqı və mütləq əmlak pay haqqı vermək;
●
kooperativin fəaliyyəti ilə əlaqədar özərinə gütürdüyü hər hansı ühdəliyi yerinə yetirmək;
●
əgər kooperativ zərərə düşərsə, həmin zərərin ödənilməsində iştirak etmək;
●
nizamnaməyə əməl etmək;
●
kooperativin orqanlarının qərarlarını yerinə yetirmək və s.
Kooperativ özvünün könüllü surətdə, öz istəyi ilə kooperativdən çıxmaq hüququ vardır (MM-in 112-ci
maddəsinin 1-ci bəndi). Bunun üçün onun hər hansı əsaslı motiv, dəlil və arqument irəli sürməsi, özrlü səbəb
göstərməsi tələb olunmur. Kooperativdən çıxmaq niyyətində olan şəxs bu barədə yazılı ərizə verir.
Kooperativ özvünün kooperativdən çıxması müəyyən hüquqi nəticələrə səbəb olur. Bu, hər şeydən əvvəl,
şə
xsin kooperativdə özvlüyə xitam verilməsi ilə nəticələnir. Bundan əlavə, kooperativdən çıxan özvə onun pa-
Dostları ilə paylaş: |