Susmaq yolu ilə iradəni ifadə etmə odur ki, bu halda şəxsin dinməməsi onun əqd bağlamaq iradəsini ifadə
edir. Yalnız MM-də və ya tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda susmaqdan iradəni ifadə etmək
üsulu kimi istifadə etmək olar. Həmin hallarda subyekt (şəxs) özünü çox passiv aparır, dinmir, susur və hər han-
sı hərəkət yerinə yetirmir. Lakin passivlik, dinməzlik iradəni ifadə etmə üsulu kimi çıxış edir. Susmaq dinməz
razılıq deməkdir. Məsələn, əgər tapşıranın dinməməsi (susması) ilə ticarət agenti öz fəaliyyətini davam etdirər-
sə, onda ticarət agenti haqqında müqavilə qeyri-müəyyən müddətə bağlanmış hesab olunur (MM-in 794-cü
maddəsinin 1-ci bəndi).
Bəzi əqdlərin bağlanması üçün təkcə iradənin və iradəni ifadə etmənin mövcudluğu kifayət etmir. Bunun
üçün həm də əmlakın — pul və ya əşyaların verilməsi lazımdır. Məsələn, bank əmanəti (depozit) müqaviləsinin
bağlanması üçün vacibdir ki, əmanətçi pulu banka təhvil versin. Məhz bu andan həmin müqavilə bağlanmış he-
sab edilir. Gələcəkdə bağışlama vədi kimi hal istisna olmaqla, bağışlama müqaviləsinin bağlanması üçün əmla-
kın hədiyyə alana (hədiyyə bağışlanılan şəxsə) verilməsi tələb olunur.
Almaniya mülki hüquq doktrinasında iradəni ifadə etmə anlayışının mahiyyətinə xüsusi diqqət yetirilir. Pro-
fessor Q.Y.Muselyak onu əqdin bazis elementi, təməl daşı hesab edir. radəni ifadə etməyə hüquqi nəticə əldə
olunmasına yönələn akt (iradə bildirməsi) kimi anlayış verilir.
Yaponiya mülki hüquq elmində iradəni ifadə etmənin üç elementdən ibarət olması göstərilir: müəyyən nəticə
ə
ldə etmək cəhdi, yəni nəticə əldə etməyə yönələn iradə; göstərilən bu iradəni ifadə etmək cəhdi, yəni ifadə
olunmağa yönələn iradə; ifadə etmə prosesinin özü. Bu elementlərdən biri olmazsa, əqd etibarsız hesab edilir.
radəni ifadə etmə əqdin əsas elementidir.
Ə
qdin hüquqi məqsədi onun elementlərindən biri hesab olunur. Əqd bağlayan şəxslər həmişə hüquqi məqsəd
güdürlər. Hüquqi məqsədi olmayan hərəkət əqd yox, mənəvi-məişət xarakterli saziş sayılır. Məsələn, iki nəfər
yoldaş dağ gəzintisinə getmək barədə razılığa gəlirlər. Bu cür saziş əqd kateqoriyasına şamil edilmir.
Ə
Dostları ilə paylaş: |