məqsədi əqd iştirakçılarının əqdin predmeti olan əşyadan hansı niyyətlə istifadə etmələrini ifadə edir. Bu cür
məqsəd müxtəlif ola bilər: sahibkarlıqla məşğul olmaq; təsərrüfat fəaliyyətini həyata keçirmək; ailə-məişət və
ya şəxsi ehtiyacları ödəmək; kommersiya fəaliyyəti ilə məşğul olmaq və s. Özü də əqdin sosial-iqtisadi məqsə-
dinə onun hüquqi məqsədini həyata keçirməklə nail olunur. Məsələn, kəndli (fermer) təsərrüfatı torpaq sahəsini
ş
umlamaq üçün iki ədəd traktor alır. Bu əqdin hüquqi məqsədi traktora mülkiyyət hüququ əldə etməkdən, onun
sosial-iqtisadi məqsədi isə təsərrüfat fəaliyyətini həyata keçirməkdən ibarətdir. Məlum məsələdir ki, yalnız trak-
tora mülkiyyət hüququ əldə etdikdən sonra ondan təsərrüfat fəaliyyətini həyata keçirmək üçün istifadə oluna bi-
lər.
Hüquqi nəticə əqdin elementlərindən biri hesab olunur. Bu, mülki hüquq elmində mübahisə doğuran məsələdir.
Belə ki, bəzi müəlliflərin fikrinjə, əqdin hüquqi nəticəsi əqdin hüdudlarından kənarda qalır və onun elementi he-
sab edilmir. O, yalnız əqdin səbəb olduğu nəticədir. Bu mövqe ilə çətin razılaşmaq olar. Belə ki, əqdin hüquqi
məqsədi onun vacib elementi kimi hamılıqla qəbul edilir. Onda həyata keçirilmiş hüquqi məqsədə də, yəni hüquqi
nəticəyə də əqdin elementi kimi baxmaq lazımdır. Hüquqi nəticəsi olmayan əqdin mövcudluğundan danışmaq
məntiqi cəhətdən mənasız bir şeydir. Almaniya sivilistika doktrinasında hüquqi nəticənin həyata keçirilməsi (mə-
sələn, real əqdlər üzrə əşyanın əqdin bir tərəfindən digər tərəfə verilməsi) əqdin tərkib hissəsi sayılır.
Ə
Dostları ilə paylaş: |