qdin hüquqi məqsədi dedikdə, əqd iştirakçılarının onlar üçün mülki hüquq və ya vəzifələrin əmələ gəlmə-
si, dəyişməsi və ya xitam edilməsi barəsində elə bir subyektiv arzusu başa düşülür ki, bu arzu əqd bağlandıqdan
və icra olunduqdan sonra həyata keçir. Əqdin hüquqi məqsədi əqd iştirakçılarının onlar üçün hüquqi nəticəyə
nail olunması haqqında subyektiv arzusu, niyyəti və məramıdır.
Ə
qdin hüquqi məqsədində əqd iştirakçılarının daxili cəhdi və niyyəti ifadə olunur. Buna görə də o, subyek-
tiv xarakter daşıyır. Bu isə bizə belə bir fikir söyləməyə əsas verir ki, əqdin hüquqi məqsədi onun obyektiv
yox, subyektiv elementidir.
Ə
qdin hüquqi məqsədi müxtəlif ola bilər. Mülkiyyət hüququnu bir şəxsdən digərinə keçirmək alqı-satqı, ren-
ta, bağışlama, borc və dəyişmə kimi müqavilələrin hüquqi məqsədini təşkil edir. Əmlakdan istifadə hüququnu
müvəqqəti olaraq bir şəxsdən digər şəxsə vermək kirayə, icarə, lizinq və əvəzsiz istifadə (ssuda) kimi müqavilə-
lərin hüquqi məqsədi kimi çıxış edir.
Bəzi hallarda əqdin hüquqi məqsədi anlayışını əqdin hüquqi nəticəsi anlayışı ilə qarışdırırlar, daha doğrusu,
eyniləşdirirlər. Əqdin hüquqi məqsədi, yuxarıda dediyimiz kimi, əqd iştirakçıları üçün subyektiv olaraq arzu
edilən hüquqi nəticədir. Əqdin hüquqi nəticəsi isə həyata keçirilmiş, realizə edilmiş və gerçəkləşdirilmiş hüqu-
qi məqsəddir, yəni hüquq münasibətinin dəyişməsi, əmələ gəlməsi və ya xitam olunmasıdır. Əqd bağlandıqdan
və icra olunduqdan sonra əqdin hüquqi məqsədi həyata keçirilir və bununla hüquqi nəticə əldə edilir. cra olun-
muş əqdlər üçün hüquqi məqsədlə hüquqi nəticənin bir-birinə uyğun gəlməsi halı xarakterikdir. Fəlsəfi planda
bu iki anlayış arasında əlaqə imkan — gerçəklik, səbəb-nəticə kimi kateqoriyalar arasındakı münasibət kimidir.
Ümumi qayda belədir ki, icra olunmuş əqdlərin hüquqi məqsədi ilə onların hüquqi nəticəsi bir-birinə uyğun
gəlir. Məsələn, alqı-satqı müqaviləsinin hüquqi məqsədi satılan əşya üzərində mülkiyyət hüququnu satıcıdan
alıcıya keçirməkdən ibarətdir. Alqı-satqı müqaviləsi icra olunur, yəni satıcı əşyanı alıcıya, alıcı isə onun əvəzin-
də satıcıya pul verir. Bununla hüquqi nəticə əldə edilir, yəni əşya üzərində mülkiyyət hüququ satıcıdan alıcıya
keçir. Burada müqavilənin hüquqi məqsədi ilə hüquqi nəticəsinin bir-birinə uyğun gəlməsi göz qabağındadır.
Bəzən əqdin hüquqi məqsədi ilə hüquqi nəticəsi bir-birinə uyğun gəlmir. Bu hal o zaman mümkün olur ki,
ə
qd formasında hüquqazidd hərəkətlər edilir. Məsələn, mülkiyyətçi olmayan şəxs (məsələn, əşyanı kirayəyə gö-
türən, yükü daşıyan, əşyanı saxlayan və digər şəxslər) əşyanı özgəninkiləşdirməyə ixtiyarı çatmadığı halda, onu
satır. Belə halda alıcının həmin əşya üzərində mülkiyyət hüququ yaranmır və hüquqi məqsədə nail olunmur.
Başqa bir misalda vətəndaş fəaliyyət qabiliyyəti olmayan şəxsdən əşya alır. Digər bir misalda vəzifəli şəxs
cinayət yolu ilə əldə etdiyi pul hesabına bahalı minik avtomobili alır. Səs-küyə səbəb olmamaq üçün o, bu əqdi
308
bağışlama müqaviləsi vasitəsi ilə pərdələyir, yəni minik avtomobilinin hədiyyə (bəxşiş) kimi verilməsi barədə
bağışlama müqaviləsi bağlayır. Əqd icra olunmadıqda, əqdin predmeti olan əşya məhv edildikdə və digər hal-
larda əqdin hüquqi nəticəsi əldə edilmir.
Ə
qdin hüquqi məqsədini onun sosial-iqtisadi məqsədindən fərqləndirmək lazımdır. Əqdin sosial-iqtisadi
Dostları ilə paylaş: |