növü üçün tipik olan hüquqi məqsədə və ya hüquqi nəticəyə əqdin əsası və ya əqdin kauzası deyilir. Əq-
din əsası hüquqazidd olmamalıdır. Əqdin əsası elə olmalıdır ki, onu həyata keçirmək mümkün olsun.
Bəzən əqdin hüquqi məqsədi onun əsasına uyğun gəlmir. Məsələn, uydurma əqd bağlanarkən bu cür halla
qarşılaşırıq. Belə ki, tərəflər alqı-satqı müqaviləsinin əvəzinə, öz aralarındakı münasibəti bağışlama müqaviləsi
kimi rəsmiləşdirirlər. Bununla onlar alqı-satqı müqaviləsini bağışlama müqaviləsi ilə pərdələyirlər.
Motiv (fransızja «motif» — hərəkət etmək üçün vadaredici səbəb və bəhanə) əqdin elementlərindən biridir.
Özü də dərhal qeyd edirik ki, o, əqdin məjburi, əsas və zəruri elementi yox, məjburi olmayan, qeyri-əsas və fa-
kultativ (qeyri-zəruri) elementi hesab edilir. Hüquq ədəbiyyatı səhifələrində əqdin elementi kimi motivə müna-
sibət birmənalı deyil. Bir qrup müəlliflər göstərirlər ki, motiv əqdin elementi hesab edilmir. Bu cür mövqe ilə
çətin razılaşmaq olar. Düzdür, ümumi qaydaya görə, əqdin motivi əqdin özündən kənarda qalır və ona hər hansı
təsir göstərmir. Məhz buna görə motiv əqdin məjburi və zəruri yox, fakultativ elementi hesab edilir.
Bəzən motivi əqdin hüquqi məqsədi və ya əqdin əsası ilə qarışdırırlar. Lakin bu iki anlayış mənaja üst-üstə
düşmür. Onlar arasındakı əlaqə fəlsəfi baxımdan səbəb və bəhanə kimi kateqoriyalar arasındakı münasibət ki-
midir. Belə ki, əgər fəlsəfi planda hüquqi məqsəd səbəbdirsə, əqdin motivi bəhanədir.
Ə
qdin motivi odur ki, o, şəxsləri əqd bağlamağa vadar və təhrik edir, həmin şəxslərdə buna meyl yaradır və
həvəs oyadır. Məsələn, vətəndaş öz dostunun ad gününü təbrik etmək və ona bu niyyətlə hədiyyə vermək üçün
mağazadan televizor alır. Dostuna onun ad günü münasibəti ilə hədiyyə vermək alqı-satqı müqaviləsinin moti-
vidir. Başqa bir misalda ailə qurmaq niyyətində olan qız özü üçün cehiz alır. Ailə qurmaq niyyəti bu əqdin mo-
tivini təşkil edir.
Motiv əqdin elə bir sosial-iqtisadi məqsədidir ki, məhz bunun naminə şəxslər əqd bağlayırlar. Buna görə mo-
tiv, bir qayda olaraq, hüquqi əhəmiyyətə malik olmayıb, əqdə hər hansı təsir göstərmir. Məsələn, vətəndaşın öz
şə
xsi və ailə-məişət ehtiyaclarını ödəmək niyyəti ilə və ya hədiyyə kimi başqasına bağışlamaq məqsədi ilə və
yaxud da sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq (haqqı ilə sərnişin daşımaq) niyyəti ilə minik avtomobili alma-
sının alqı-satqı əqdi üçün — həmin avtomobilə mülkiyyət hüququ əldə etməsi üçün hüquqi əhəmiyyəti yoxdur.
Motivin əqdin etibarlı hesab edilməsi üçün də hüquqi təfavütü yoxdur. Bu, o deməkdir əqdin etibarlı olub-
Dostları ilə paylaş: |