309
sayılmasına dəlalət etmir və buna hər hansı təsir göstərmir. Məsələn, vətəndaş zənn edir ki, qonşusu onu toya
dəvət edəjəkdir. Bu niyyətlə o, toy hədiyyəsi alır, yəni alqı-satqı əqdi bağlayır. Toyu olanlara hədiyyə vermək
niyyəti bu əqdin motivini təşkil edir. Lakin zənn etdiyinin əksinə olaraq, həmin vətəndaş qonşu tərəfindən toya
çağırılmır. Bu halda əqdin motivində səhvə yol verilmiş olur. Bunun da toy hədiyyəsinin alınması barədə bağla-
nan alqı-satqı müqaviləsinin etibarlı olub-olmaması üçün hüquqi əhəmiyyəti və təfavütü yoxdur. Belə ki, toy
hədiyyəsi kimi alınan əmlaka mülkiyyət hüququ vətəndaşa keçir və o, əqddən imtina edə bilməz.
Bununla bərabər, əqd iştirakçılarının razılığı ilə motivə hüquqi əhəmiyyət və məna verilə bilər. Belə hal-
da motiv əqdin şərti (əqdin məzmununun elementi) kimi çıxış edir. Həmin əqdə isə şərt altında bağlanan əqd
deyilir. Məsələn, mağazanın satıcısı ilə alıcı belə razılığa gəlirlər ki, əgər alıcı televizor alsa, ona fotoaparat ba-
ğ
ışlanajaqdır. Burada televizor almaq niyyəti (motiv) bağışlama əqdinin şərti kimi çıxış edir. Əgər bu şərt olma-
saydı, yəni tərəflər motivə hüquqi əhəmiyyət verməsəydilər, onda məlum məsələdir ki, bağışlama əqdi də bağ-
lana bilməzdi.
Motiv əqdin özünün mahiyyətinə daxil olduğu hallarda da o, əqd iştirakçılarının xüsusi olaraq bunu əqddə
göstərmələrindən asılı olmayaraq, hüquqi əhəmiyyət kəsb edir.
Ə
qdin subyektləri onun elementi hesab olunur. Əqddə iştirak edən şəxslərə əqdin subyektləri deyilir. Fiziki
və hüquqi şəxslər, dövlət və bələdiyyələr subyekt qismində əqd bağlanmasında iştirak edə bilərlər.
Ə
qdin obyekti onun elementlərindən biridir. Əqdin obyekti odur ki, subyektlər məhz onun barəsində əqd
bağlayırlar. Məsələn, alqı-satqı müqaviləsinin obyekti (predmeti) rolunda satılan əşya çıxış edir.
Ə
qdin forması da əqdin elementi kateqoriyasına şamil edilir. Əqd subyektlərinin iradələrinin ifadə və təsbit
edilmə üsulları ə
qdin forması adlanır.
Ə
qdin məzmunu onun elementlərindən biri sayılır. Əqdin bütün şərtlərinin məcmusuna əqdin məzmunu de-
yilir.
Ə
qdin subyekti, forması və məzmunu barədə bu fəslin 3-cü paraqrafında geniş söhbət açılacaqdır.
Dostları ilə paylaş: