§ 2. Əqdlərin hüquqi təsnifi
1. Əqdlərin növləri
Mülki-hüquqi əqdlər son dərəcə müxtəlif olub, bir neçə növə bölünür. Qüvvədə olan mülki qanunvericilik
onların ayrı-ayrı növlərini tənzimləyir. Bu növlərdən hər biri spesifik xüsusiyyətlərə malikdir.
Qüvvədə olan qanunvericilik, sivilistika doktrinası (mülki hüquq elmi) əqdlərin hüquqi təsnifini verir. Bu
təsnifin həm nəzəri, həm də praktiki əhəmiyyəti vardır. Belə ki, o, əqdlərin ayrı-ayrı növlərinin hüquqi xüsusiy-
yətlərini ayırmağa və fərqləndirməyə, onların təyinatını, mahiyyətini və tətbiq sferasını düzgün olaraq müəy-
yənləşdirməyə imkan verir. Əqdlərin təsnifinin köməyi və vasitəsi ilə biz onların ayrı-ayrı kateqoriyalarının hü-
quqi spesifikasına (spesifik xüsusiyyətinə, özünəxas cəhətinə ) bələd oluruq.
Ə
qdlər müxtəlif əsas və meyarlara görə növlərə bölünür. Bu cür əsas və meyarlara aiddir: əqddə iştirak edən
tərəflərin sayı; tərəflərin hüquq və vəzifələrinin əmələ gəlməsi anı; əqdin əvəzli-əvəzsiz olması və s.
Bu əsas və meyarlar əqdlərin təsnifinin verilməsinə və onların qəti olaraq müəyyən sistemdə yerləşdirilməsi-
nə imkan yaradır. Mülki dövriyyə iştirakçıları arasında müxtəlif və çoxsaylı əqdlər bağlanmasını nəzərə alsaq,
onların lazımınja sistemləşdirilməsi vacib əhəmiyyət kəsb edir.
Ə
qdlərin elmi cəhətdən əsaslandırılmış sistemi ilk növbədə, onların lazımi qaydada hüquqi tənzimlənməsi
üçün əhəmiyyətlidir. Əqdlərin sisteminin həm də eyni zamanda hüquqtətbiqetmə fəaliyyəti üçün əhəmiyyəti
vardır. O, əqdin bir növünün digərindən fərqləndirilməsinə və ayrılmasına, onlara münasib (uyğun gələn) hüquq
normalarının tətbiq edilməsinə imkan verir. Əqdlərin elmi cəhətdən əsaslandırılmış sistemi həm də əqd institu-
tunun öyrənilməsini xeyli dərəcədə asanlaşdırır. Bu sistemin əsasında isə müxtəlif təsnifat meyarları durur ki,
həmin meyarlar bir-biri ilə ziddiyyət təşkil etmir. Əksinə, onlar bir-birini tamamlayaraq əqd kimi mürəkkəb mə-
sələnin tam öyrənilməsi və dərindən başa düşülməsi məqsədinə xidmət edir.
Dostları ilə paylaş: |