kitərəfli əqdlər odur ki, bu əqdlərin bağlanması üçün iki tərəfin iradə ifadəsinin olması tələb edilir.
Bu cür əqdlərdə iki tərəfin razılaşdırılmış və qarşılıqlı iradəsi ifadə olunur. Məsələn, alqı-satqı, kirayə, icarə,
daşıma, borc, kredit, sığorta, girov, ipoteka və digər müqavilələr ikitərəfli əqdlərə misal ola bilər. Mülki (əm-
lak) dövriyyə münasibətləri — əmtəə-pul əlaqələri, əsasən, məhz ikitərəfli əqdlər vasitəsilə ifadə olunur. Ona
görə də onların xüsusi çəkisi üstünlük təşkil edir.
kitərəfli əqdlərdə iki qarşılıqlı iradə ifadəsinin bir-birinə uyğun gəlməsi tələb edilir. Belə ki, bu əqddə iştirak
edən tərəflərdən hər birinin öz iradəsini ifadə etməsi gərəkdir. Ona görə ikitərəfli əqdləri qarşılıqlı əqdlər də
adlandırırlar.
kitərəfli əqdlər birtərəfli əqdlər kimi hüquqi nəticəyə səbəb olur. Onlar, bir qayda olaraq, əqddə iştirak edən
hər iki tərəf üçün həm hüquqlar, həm də vəzifələr yaradır. Məsələn, alqı-satqı, daşıma, icarə, kirayə, podrat və di-
gər müqavilələr hər iki tərəf üçün mülki hüquq və vəzifələr əmələ gətirir. Özü də bir tərəfin hüquqları digər tə-
Dostları ilə paylaş: |