2. Birtərəfli, ikitərəfli və çoxtərəfli əqdlər
Ə
qddə iştirak edən tərəflərin sayı kimi meyara və əsasa (iradə ifadəsi prinsipinə) görə əqdlər üç növə bö-
lünür. Bu bölgünün əsasında əqdin bağlanması üçün iradə ifadəsi kifayət edən və lazım olan şəxsin sayı kimi
ə
lamət durur:
●
birtərəfli əqdlər;
●
ikitərəfli əqdlər;
●
çoxtərəfli əqdlər.
Ə
qdin bağlanması üçün yalnız bir tərəfin iradə ifadəsi lazım olan və kifayət edən əqdlərə birtərəfli
ə
qdlər deyilir. Bu cür əqdlərdə anjaq birjə tərəfin iradəsi ifadə olunur. Məsələn, vəsiyyət etmək birtərəfli əqd-
lərə misal ola bilər. Bu zaman vəsiyyət edən şəxs öz iradəsini vəsiyyətnamədə vərəsə kimi göstərilən şəxsin bu
iradə ilə razı olmasından asılı olmayaraq ifadə edir. Bundan əlavə, etibarnamə verilməsini, mirasın qəbul edil-
məsini, müsabiqə elan edilməsini, xüsusi mükafatlandırmanın açıq elan olunmasını, bağlanmış müqavilənin
icrasını, mirasdan imtina edilməsini, oyunlar və mərclər keçirmək barədə elan verilməsini və s. birtərəfli əqdlə-
rə misal kimi göstərmək olar. Bağışlama kimi hərəkətə gəldikdə isə qeyd etmək lazımdır ki, bu cür hərəkət bi-
zim ölkə qanunvericiliyinə, habelə Almaniyanın, RF-in və digər xarici ölkələrin qanunvericiliyinə görə, birtə-
rəfli yox, ikitərəfli əqd hesab olunur. Amma Yaponiya mülki hüquq elmində göstərilir ki, bağışlama birtərəfli
ə
qddir. nqilabaqədərki Rusiya alimi K.Pobedonostsev də bağışlamaya birtərəfli akt (əqd) kimi baxırdı.
Birtərəfli əqdi bağlayan şəxs tərəfində bir neçə şəxs çıxış edə bilər. Məsələn, evin birgə mülkiyyətçiləri tərə-
findən etibarnamə verilir. Başqa bir misalda bir neçə hüquqi şəxs müqavilənin icrasından imtina edir. Bu cür
hallarda bir neçə şəxsə bir tərəf kimi baxılır. Başqa sözlə desək, birtərəfli əqdi bağlayan tərəfi bir neçə şəxs
təmsil edə bilər. Lakin buna baxmayaraq, əqd birtərəfli əqd kimi qalır.
Bununla əlaqədar olaraq qeyd etmək lazımdır ki, «əqdi bağlayan tərəf (əqddə tərəf)» anlayışı ilə «əqd işti-
Dostları ilə paylaş: |