Hüquqi şəxs elə bir sosial qurumdur ki, o, xüsusi olaraq mülki (əmlak) dövriyyədə iştirak etmək üçün yara-
dılır. Mülki (əmlak) dövriyyədə iştirak etmək üçün isə hüquqi şəxsin mülki hüquq subyektliyinə malik olması
157
Hüquqi şə
xsin mülki hüquq subyektliyi dedikdə, hüquqi şəxsin mülki hüququn subyekti olmaüın sosial-
hüquqi imkanı və ya qabiliyyəti başa düşülür. Yalnız mülki hüquq subyektliyinə malik olan hüquqi şəxs mülki
hüquq münasibətlərində iştirak edə bilər. Bu, hüquqi şəxsin iştirak etdiyi mülki hüquq münasibətlərinin yaran-
masının ilkin şərtlərindən biridir. Hüquq subyektliyi hüquqi şəxsin ictimai-hüquqi keyfiyyətidir.
Məlum məsələdir ki, hər bir hüquqi şəxs müəyyən məqsədə nail olmaq üçün yaradılır. Onların bəziləri mal
istehsal edir və hazırlayır. Məsələn, kooperativ cürbəcür kolbasa məmulatları hazırlamaqla məşüul olur. Istehsal
müəssisəsi tikinti materialları istehsal edir.
Hüquqi şəxs əhaliyə müxtəlif sferalarda xidmət göstərmək məqsədi ilə də yarana bilər. Avtonəqliyyat təşki-
latı vətəndaşların yükünü təyinat yerinə çatdırmaqla onlara daşıma ximəti göstərir. Başqa bir təşkilat sərnişinləri
daşımaq işi ilə məşüul olur. Yaradılmış hüquq məsləhətxanasının əsas məqsədi əhaliyə pullu hüquqi xidmət
göstərməkdən ibarətdir. Sığorta şirkəti sığorta fəaliyyəti ilə məşüul olmaqla şəxslərə sığorta xidməti göstərir.
Bank müştərilərə bank xidməti göstərən kredit təşkilatıdır.
Iş görmək məqsədi ilə də hüquqi şəxslər yaradıla bilər. Məsələn, inşaat fəaliyyəti ilə məşüul olmaq üçün ya-
radılan təmir-tikinti təşkilatının məqsədi iş görməkdən (yaşayış evi tikməkdən, mənzilləri təmir etməkdən və s.)
ibarətdir. Deməli, hüquqi şəxslər mal istehsal etmək, xidmət göstərmək, iş görmək və digər məqsədlər üçün ya-
radılır. Bu məqsədə uyüun olaraq onların fəaliyyət sferası müəyyənləşdirilir. Qarşısına qoyduüu məqsədə çat-
ması üçün hüquqi şəxs müxtəlif cür mülki hüquq münasibətlərinə girir. Onlar istehsal fəaliyyətini həyata keçir-
mək üçün ayrı-ayrı müəssisələrdən xammal alır və bundan ötrü malgöndərmə müqaviləsi bağlayır. Istehsal etdi-
yi malları müxtəlif şəxslərə satır. Bu münasibətlər alqı-satqı müqaviləsi ilə rəsmiləşdirilir.
Hüquqi şəxslər müxtəlif hüquq münasibətlərində subyekt rolunda iştirak etmək qabiliyyətinə malikdirlər.
Mülki qanunvericilik onlara əşya (o cümlədən mülkiyyət), öhdəlik, vərəsəlik, əqli mülkiyyət və s. hüquq müna-
sibətlərində çıxış etməyə hüquqi imkan vermişdir. Amma hüquqi şəxslərin mülki hüquq münasibətlərinin işti-
rakçısı olmaq imkanı universal xarakter daşımır. Bu imkanın öz həddi və sərhədləri vardır. Belə ki, həmin
imkan, hər şeydən əvvəl, qanunla müəyyənləşdirilir. Digər tərəfdən o, hüquqi şəxsin təsis sənədi olan nizamna-
məsində nəzərdə tutulur və göstərilir. Özü də hüquqi şəxsin mülki hüquq münasibətlərində iştirak etmək imkanı
onun yaradıldığı məqsədə uyüun və tabe olmalıdır. Hüquqi şəxslər yalnız onların öz nizamnamələrində müəy-
yənləşdirilmiş fəaliyyət məqsədlərinə müvafiq olan mülki-hüquq müqavilələr və digər əqdlər bağlaya bilər (mə-
sələn, bank təşkilatı bank fəaliyyəti göstərməkdən ibarət olan məqsədinə çatmaq üçün bank hesabı, bank əma-
nəti, kredit, lizinq, faktorinq və digər müqavilələr bağlaya bilər). Onların bu cür məqsədə zidd gələn mülki-hü-
quqi müqavilələr və digər əqdlər bağlamaüa ixtiyarı çatmır. Məsələn, sığorta fəaliyyəti göstərmək məqsədilə
yaradılan sığorta şirkəti müştərilərlə bank hesabı, bank əmanəti, lizinq, kredit, faktorinq və s. müqavilələr bağ-
laya bilməz. ×ünki bu cür əqdlər onun nizamnaməsində göstərilən fəaliyyət məqsədinə ziddir və yaxud özəl təh-
sil universiteti sığortaçı rolunda vətəndaşlarla sığorta müqaviləsi bağlaya bilməz. Hüquqi şəxslərin öz nizamna-
məsində nəzərdə tutulmuş fəaliyyət məqsədinə zidd olaraq bağladığı bütün müqavilələr və digər əqdlər etibarsız
hesab edilir (MM-in 349-cu maddəsi).
Dediklərimizdən belə bir nəticəyə gələ bilirik ki, hüquqi şəxslər öz nizamnamələrində müəyyənləşdirilmiş fəa-
liyyət məqsədlərinə çatmaq və nail olmaq üçün mülki hüquq münasibətlərində iştirak edirlər. Buna əsasən göstərə
bilərik ki, onların mülki hüquq subyektliyi məqsədli (məhdud) xarakter daşıyır.
Müxtəlif hüquqi şəxslərin, öz nizamnamələrində göstərildiyi kimi, müxtəlif fəaliyyət məqsədi, növü və pred-
meti vardır. Bu, o deməkdir ki, onların mülki hüquq subyektliyi bir-birinə münasibətdə fərqlənir, yəni xüsusi-
dir. Deməli, hüquqi şəxslərin mülki hüquq subyektliyi həm də xüsusi təbiətə malikdir, ümumilikdə isə məq-
Dostları ilə paylaş: