II FƏSİL
İNTERNETİN İNFORMASİYA
EHTİYATLARI VƏ XİDMƏTLƏRİ
İnternet – qlobal informasiya şəbəkəsi
İnternet ünvanlar
İnternetin informasiya ehtiyatları
(WWW, E-mail, FTP, Gopher, Telnet, BBS, Usenet, interaktiv
xidmətlər)
İnternet şəbəkəsinin informasiya ehtiyatlarının
xüsusiyyətləri
İnformasiya ehtiyatlarının məzmunlarının təhlilinə
əsaslanan empirik paylanma qanunları
(Zipf, Bredford, Pareto qanunları)
İnternetdə istifadə olunan əsas fayl formatları
48
2.1. İnternet – qlobal informasiya şəbəkəsi
İnternet – transmilli kompüter şəbəkələrinin birləşməsi
olub, IP-protokolu və verilənlərin paketlərinin marşrut-
laşdırılması bazasında qurulmuş beynəlxalq şəbəkədir.
İnternet müxtəlif protokollarla işləyir, bütün növ mümkün
kompüterlərin birləşməsini təmin edir, telefon naqilləri,
optik kabellər, radiomodemlər və sputniklər vasitəsilə
məlumatların ötürülməsini həyata keçirir.
Eyni zamanda qeyd edilməlidir ki, internet – müxtəlif
növ kompüter şəbəkələrini özündə birləşdirən qlobal in-
formasiya şəbəkəsidir. Başqa sözlə, internet – ən yeni tex-
nologiyalara əsaslanan, geniş spektrdə informasiya və
kommunikasiya ehtiyatlarına malik olan qlobal informa-
siya fəzasıdır. İnternet çox böyük həcmdə məlumatları
özündə saxlayır, WWW və digər verilənlərin mübadiləsi
sistemləri üçün fiziki baza rolunu oynayır. İnternet şəbə-
kəsini bəzən beynəlxalq şəbəkə, bəzən qlobal şəbəkə, bə-
zən isə sadəcə şəbəkə adlandırırlar.
Hazırda internet dedikdə fiziki kompüter şəbəkəsi yox,
dünya hörümçək toru (WWW) üzərində formalaşmış in-
formasiya fəzası nəzərdə tutulur.
İnternetin yaranma tarixi 2 sentyabr 1969-cu il hesab
olunur. Həmin tarixdə ABŞ-ın Pespektiv müdafiə elmi-
tədqiqat işləmələri üzrə Agentliyin (DARPA) təklifinə
əsasən ABŞ Müdafiə Nazirliyinin maliyyə dəstəyi ilə hə-
yata keçirilən layihə çərçivəsində ARPANET (Advanced
Research Projects Agency Network) adlanan ilk kompüter
şəbəkəsi istifadəyə verilmişdi. Bu layihə kritik şəraitlərdə
informasiyanın mühafizəsini təmin etmək məqsədilə hə-
yata keçirilmişdi. Həmin vaxt bu şəbəkə layihənin işti-
49
rakçıları olan ABŞ-ın 4 elmi təşkilatını birləşdirmişdi.
ARPANET şəbəkəsinin ilk serveri (əməli yaddaşı 24 Kb
olan Honeywell DP-516 kompüteri) həmin tarixdə Kali-
forniya Universitetində quraşdırılmışdı. Bundan sonra
ARPANET çox fəal şəkildə inkişaf etməyə və genişlən-
məyə başladı. Onun imkanlarından müxtəlif elm sahələ-
rində fəaliyyət göstərən alimlər istifadə edirdilər.
Aparılan tədqiqatların nəticəsində 1971-ci ildə şəbəkə ilə
elektron poçtun göndərilməsi üçün ilk proqram təminatı
işlənib hazırlandı və beləliklə, qısa zamanda çox məhşurlaşan
elektron poçtu xidməti meydana gəldi. 1970-ci illər ərzində
bu şəbəkə əsasən elektron poçtun göndərilməsi üçün istifadə
olunurdu. Məhz həmin dövrdə poçt göndərilməsi siyahıları,
xəbər qrupları və elanlar lövhələri yarandı.
1973-cü ildə transatlantik telefon kabeli vasitəsilə Bö-
yük Britaniya və Norveçdən olan ilk xarici təşkilatlar bu
şəbəkəyə qoşuldular. Beləliklə, o, beynəlxalq şəbəkə sta-
tusu qazandı.
1970-ci illərin sonuna döğru verilənlərin ötürülməsi pro-
tokolları inkişaf etməyə başladı. Bu protokollar 1982-83-cü
illərdə standartlaşdırıldı. 1983-cü ildə ARPANET NCP
protokolundan TCP/IP protokoluna keçdi. Həmin ildən
ARPANET şəbəkəsi internet adlanmağa başladı. TCP/IP
indiyə qədər internetdə kompüter şəbəkələrinin birləşməsi
üçün uğurla tətbiq olunur. Bir il sonra domen adlar sistemi
(Domain Name System – DNS) işlənib hazırlandı.
1984-cü ildə ABŞ Milli elm fondu (National Science
Foundation – NFS) tərəfindən NFSNet adlanan universi-
tetlərarası geniş şəbəkə yaradıldı. NFSNet şəbəkəsi
ARPANET şəbəkəsinə nisbətən daha böyük buraxıcılıq
qabiliyyətinə və sürətə malik idi. Sonradan 1990-ci ildə
ARPANET şəbəkəsi fəaliyyətini dayandırdı.
50
1988-ci ildə IRC (Internet Relay Chat) protokolu işlə-
nib hazırlandı və internetdə real vaxtda ünsiyyətə imkan
verən internet-söhbət xidməti reallaşdırıldı.
1990-cı ildə internetə telefon xətti vasitəsilə nömrə
yığmaqla (dial-up access) ilk qoşulma həyata keçirildi.
İnternetin əsl çiçəklənməsi WWW (World Wide Web –
dünya hörümçək toru) xidmətinin yaranması ilə başlandı.
Bu xidməti sadəlik naminə çox vaxt web adlandırırlar.
WWW konsepsiyasının əsası CERN (fransızca: Conseil
Europee pour Recherche Nucleaire – Nüvə Tədqiqatları
üzrə Avropa Şurası) mərkəzində 1989-cu ildə britaniyalı
alim Tim Berners-Li tərəfindən qoyulmuş, sonrakı iki il
ərzində isə HTTP protokolu, HTML dili və URI iden-
tifikatoru işlənib hazırlanmışdır. Beləliklə, 1991-ci ildə
WWW xidməti, 1993-cü ildə isə NCSA Mosaic adlanan
məşhur web-brauser proqramı internetdə ümumi istifa-
dəyə verildi və bu xidmət məhşurlaşmağa başladı.
Hazırda internet həm informasiya mənbəyi, həm də in-
formasiya mübadiləsi vasitəsi rolunda çıxış edir. 1995-ci ildə
WWW internetin əsas informasiya təchizatçısına çevrildi.
Bu gün internet istifadəçilərinin sayı astronomik sürət-
lə artır. Açıq informasiya mənbələrinin statistik məlumat-
larına görə, hazırda internet dünyanın 200-ə yaxın ölkə-
sini əhatə edir. İnternet şəbəkəsinə 1998-ci ildə təxminən
143 milyon, 2010-cu ildə 1 milyard 600 milyon istifadəçi
qoşulmuşdusa, 2013-cü ilin sonunda bu göstərici 2,8 mil-
yardı (dünya əhalisinin 39 faizini) ötüb keçmişdir.
2013-cü ilin dekabrına olan məlumatlara görə dünyada
qitələr üzrə internet istifadəçilərinin sayı aşağıdakı kimi
olmuşdur:
- Asiyada – 1,27 milyard (əhalinin 31,7%-i);
- Avropada – 566 milyon (əhalinin 68,6%-i);
51
- Latın Amerikasında – 302 milyon (əhalinin 49,3%-i);
- Şimali Amerikada – 300 milyon (əhalinin 84,9%-i);
- Afrikada – 240 milyon (əhalinin 21,3%-i);
- Avstraliyada – 24,8 milyon (əhalinin 67,5%-i).
Dünya ölkələri arasında internet istifadəçilərinin sayına
görə müəyyən edilmiş siyahıda ilk on yeri aşağıdakı ölkə-
lər tutur:
- Çin – 620 milyon (əhalinin 45,8%-i);
- ABŞ – 268,5 milyon (əhalinin 84,2%-i);
- Hindistan – 195 milyon (əhalinin 15,8%-i);
- Braziliya – 109,8 milyon (əhalinin 54,2%-i);
- Yaponiya – 109,6 milyon (əhalinin 86,2%-i);
- Rusiya – 87,5 milyon (əhalinin 61,4%-i);
- Almaniya – 69,8 milyon (əhalinin 86,2%-i);
- Nigeriya – 67,3 milyon (əhalinin 38%-i);
- Böyük Britaniya – 57,3 milyon (əhalinin 89,8%-i);
- Fransa – 55,2 milyon (əhalinin 83,3%-i).
Statistik məlumatlara görə Azərbaycan Respublikasın-
da internet şəbəkəsinin xidmətlərindən istifadə edənlərin
sayı artıq 5,7 milyonu (əhalinin 58,7%-i) ötüb keçmişdir.
İnternetdə mövcud olan müxtəlif növ şəbəkələrin qarşı-
lıqlı fəaliyyətinin, şəbəkə qovşaqları arasında əlaqənin və
informasiya mübadiləsinin təmin edilməsi məqsədilə bu
gün onlarla prtokol reallaşdırılmışdır. Bütövlükdə interne-
tin protokollar sistemi “TCP/IP protokolları” adlanır.
İnternetin protokolları açıq sistemlərin qarşılıqlı əlaqə
(OSI) modelinin müxtəlif səviyyələrində işləyir, onları
daha çox istifadə olunan protokolları OSI modelinin sə-
viyyələri üzrə aşağıdakı kimi təsnif etmək olar: tətbiqi sə-
viyyəsi – FTP, HTTP, HTTPS, SMTP, POP3, Telnet, DNS,
IMAP, LDAP, BGP, SNMP, SSH; seans və təqdimat sə-
viyyələrində – SSL, TLS; nəqliyyat səviyyəsində – TCP,
52
UDP; şəbəkə səviyyəsində – EIGRP, ICMP, IGMP, IP, IS-
IS, OSPF, RIP; kanal səviyyəsində – Arcnet, ATM, Ether-
net, Frame relay, HDLC, PPP, L2TP, SLIP, Token ring.
Verilənlər şəbəkədə hissələrə bölünərək ötürülür. İn-
ternet vasitəsilə ötürülə bilməsi üçün həmin hissəyə alan
kompüterin ünvanı, paketin sıra nömrəsi və digər məlu-
matlardan ibarət olan idarəedici informasiya (başlıq) əla-
və edilir. İdarəedici informasiya (başlıq) əlavə edilmiş ve-
rilənlər paket adlanır.
Paketlərin formatı və həcmi, eləcə də onların internetdə
ötürülməsi və yığılması ardıcıllığı TCP/IP (Transmission
Control Protocol/Internet Protocol – ötürmənin idarə
edilməsi protokolu / şə bəkələrarası protokol) protokolları
ilə müəyyən edilir. TCP protokolu şəbəkədə iki kompüter
arasında rabitə seansının təşkilini, IP isə marşrutlaşmaya,
yəni paketlərin lazımi ünvana çatdırılmasını təmin edirlər.
Hazırda internet şəbəkəsi IP (Internet Protocol) proto-
kolunun və verilənlər paketlərinin marşrutlaşdırılması tex-
nologiyasının köməyi ilə müxtəlif arxitekturaya və to-
pologiyaya malik olan minlərlə korporativ, elmi, hökümət,
özəl və fərdi kompüter şəbəkələrini özündə birləşdirir.
Dostları ilə paylaş: |