söz dar dərədə əmələ gəlmiş sıldırım, qayalıq, burun formasında uca qaya, çay ilə dağ
arası yer anlamındadır. Necə ki, coğrafi mənası adı ilə eynidir. Rayon mərkəzindən 7
kilometr qərbdə, Qəbələ-Qəmərvan şosse yolunun kənarında,
Baş Qafqaz silsiləsinin
ətəyindədir.
IX-XIV əsrlərə aid “Govurqala” memarlıq abidəsi var.
Hazırda Bum qəsəbəsinin 4700 nəfər əhalisi var. Qəsəbəyə aid olan hər cür şərait
burada yaradılıb. Yüksək tibbi kadrlarla təchiz olunan ixtisaslaşdırılmış xəstəxanadan
tutmuş, orta məktəblər, mədəniyyət ocaqları fəaliyyət göstərir.
Bum mineral bulağı və dağlardan axan yağış sel suları ilə qidalanan Bum çayı isə
sakinlər üçün daha qiymətli təbii sərvətdir. Məhz bunun sayəsində əhali
bol-bol ruzilər
yetişdirir, əkinçiliklə məşğul olur, tərəvəzləri məhsuldar, mal-qaraları artımlıdır...
Dostları ilə paylaş: