Microsoft Word Qebele-Son variant



Yüklə 1,9 Mb.
Pdf görüntüsü
səhifə5/80
tarix02.01.2022
ölçüsü1,9 Mb.
#2191
1   2   3   4   5   6   7   8   9   ...   80
 


 
Bu yerlərin gözəlliyi məni heyran etdi. 
 
 
 
 
 
         
HEYDƏR ƏLİYEV 
 
HEYDƏR ƏLİYEV QƏBƏLƏDƏ 
 
 
eni Azərbaycan Partiyasının yaranması xəbəri hər tərəfə o cümlədən Qəbələyə 
əks-səda verdi. Bunun da əsas səbəblərindən biri onun özülünün xalqımızın 
sevimli oğlu Heydər  Əliyev tərəfindən qoyulması idi. Çünki o zaman Azərbaycan xalqı 
uçurumda ikən öz taleyini ancaq bu mahir siyasətçiyə etibar edə bilərdi. Bütün dünyanın 
tanıdığı, siyasət arenasında özünü təsdiqləyən bir insana güman var idi. Azərbaycanın 
rəhbəri olduğu dövrdə öz ölkəsinin sabahı naminə onun nə qədər böyük işlər gördüyünün 
real şahidi olanlar inanırdılar ki, millətin dar günündə xilaskarı ancaq Heydər Əliyevdir. 
Onunla müqayisə ediləcək heç kim yox idi. Özü qədər xalqına bağlı olan ikinci bir dövlət 
xadimi tanımırdıq. “Xalqın gözü tərəzidir”-deyən atalarımızın yenə haqlı olduğu 
təsdiqləndi.  
Heydər  Əliyevin bilərəkdən siyasətdən uzaqlaşdırılmasına çalışanların bəd niyyətinə 
görə onun hakimiyyətdən getməyi ilə Azərbaycanın məhvi labüd idi. Bunu anlayanlar 
birinci növbədə belə  məkrli bir addım atıb, onu gah xalqın gözündən salmağa səy 
göstərdilər, gah da siyasi iradəsini qırmaq fikrinə düşdülər. Ancaq yanıldılar, çünki onun 
böyüklüyü də elə onda idi ki, Heydər  Əliyev məğlubedilməz idi. Onu hələ yaxşı 
tanımamışdılar. 
Doğma xalqına arxalanan Heydər Əliyev bu inamdan güc alaraq cəsarətləndi, qətiyyəti 
ilə dözümlü olduğunu sübuta yetirdi. 20 Yanvar faciəsi törədilən zaman Azərbaycanın 
Moskvadakı  səlahiyyətli nümayəndəliyinə  gələrək öz övladları ilə  bərabər etiraz səsini 
yüksəltdi. Dünya mətbuatının nümayəndələrinə Azərbaycandakı real durumu bildirdi. 
Əliyalın insanların tanklar altında  əzilməsində günahı olanları bir-bir tanıtdı. Nə  yırtıcı 
Sovet hakimiyyətinin xofundan qorxdu, nə də Rusiyanın paytaxtında həqiqəti deməkdən 
çəkindi. Xaricdən qaynaqlanan yad əllərin ssenarisi ilə ölkənin başında duran bəzi 
qüvvələrin Heydər Əliyevə mənfi münasibət bəsləməsi də onun iradəsini qıra bilmədi. 
Moskvada mənəvi təzyiqlərə  məruz qalan Heydər  Əliyev öz milləti naminə bütün 
mərhumiyyətlərə dözdü. Öz torpağına qayıtdı. Naxçıvanlılar onun gəlişindən məmnunluq 
duyub hava limanında onu gözlərində yaş,  əlləri göylərə açılı qarşıladılar. Heydər 
Əliyevin Naxçıvandakı fəaliyyəti Azərbaycan tarixinin ən qiymətli səhifələrindən biridir. 
Onun cəmiyyətdəki nüfuzu  imkan verdi ki, hələ 1992-ci ildə Naxçıvanda təsis konfransı 
keçirən Yeni Azərbaycan Partiyası  qısa bir vaxtda təşkilatlansın, ölkənin bütün 
bölgələrində ilk özəklərini yaratsın və 1993-cü ildə iqtidara gəlsin.   Bütovlükdə 
Azərbaycanın Heydər  Əliyevə ehtiyacı var idi. Onun hakimiyyətə  gətirilməsi, millətə 
sahib çıxması xalqın tələbi idi.  
Y


Hüquq elmləri doktoru, professor Alış Qasımovun “Taleyi tarixə dönən  şəxsiyyət” 
kitabından bəzi məqamları oxucuların diqqətinə çatdırmaq istəyirəm. “Konstitusiya, 
qanunlara hörmətsizlik bütün cəmiyyəti çaşqın vəziyyətə salmışdı.  İnzibati orqanlara 
peşəkar rəhbərlik yox idi. İnsanlar evlərindən çıxmağa belə qorxurdular. Hərtərəfli 
böhranlı bir dövrdə millətin sağlam nəzərləri Naxçıvana dikilmişdi. Məhz Yeni 
Azərbaycan Partiyasının yaranması xalqımızın bu problemlərini həll etmək zərurətindən 
irəli gəlmişdi. Həmin ağır və faciəli dövrün hadisələrindən müəyyən vaxt keçdikcə bu 
problemlərin böyüklüyünü, onların milli taleyimiz üçün necə real təhlükə olduğunu daha 
yaxşı  dərk edirik. Belə bir vəziyyətdə xilaskarlıq missiyasını üzərinə götürən güclü 
rəhbərin və onun partiyasının tarix səhnəsinə  gəlməsinin nə  dərəcədə qaçılmaz olduğu 
bütün cəmiyyətdə müzakirəyə çevrilmişdi. Xalq çətin məqamda özündə qüvvə tapa bildi-
bu qüvvə o zaman Naxçıvanda yaşayan və Muxtar Respublikanın Ali Sovetinin sədri olan 
Heydər Əliyev və onun ətrafında birləşməyə tələsən vətənpərvər insanlar, sadə zəhmətkeş 
adamlar idi. Onların birliyi və inamı Yeni Azərbaycan Partiyasının siyasət səhnəsinə 
çıxmasına, tarixi məsuliyyəti öz üzərinə götürməsinə imkan verdi. 
Ümummilli böhran yetişən kimi xalq üzünü ümid etdiyi  Yeni Azərbaycan Partiyasına, 
onun yaradıcısı  və  rəhbəri möhtərəm Heydər  Əliyevə tutdu. 1993-cü ildə böyük rəhbər 
Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdı.” 
Heydər  Əliyevin böyük siyasətə qayıdışı ilə milli fəlakətdən qurtulan ölkənin 
həyatında mühüm dəyişikliklər baş verdi.  Bütün sahələrdə islahatlar aparıldı. Ən vacibi 
hərbi sahədəki  xaos siyasi uzaqgörənliklə dəf edildi. Müstəqil dövlətimizin formalaşması, 
dünyada qəbulu və indi söz sahibi olan ölkəyə çevrilməsində Heydər Əliyevin xidmətləri 
deyilənlərə  əsas verir ki, həqiqətən bu dahi insan müstəqil Azərbaycanın qurucusu və 
banisidir.  Onun tərəfindən  əsası qoyulan möhtəşəm layihələr bir-birinin ardınca 
reallaşdıqca ölkəmizin iqtisadi cəhətdən gücü hiss olunmaqdadır. Ona görə də Azərbaycan 
Respublikası regionda seçilən ölkə kimi diqqəti cəlb edir.  
Bütün qazanılan müvəffəqiyyətlər üçün ümummilli liderimiz Heydər  Əliyevin 
rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası üzvlərinin fəxrlə danışmağa haqqı var. Dərin 
zəka sahibi olan bir liderin ətrafında toplaşanlar dərk edirdilər ki, millətin işıqlı yoluna 
ancaq onunla bir yerdə getmək mümkündür.. 
Yeni Azərbaycan Partiyasının Qəbələ rayon təşkilatının yaradılmasında xidməti olan 
insanlar da Heydər  Əliyevə sonsuz məhəbbət bəsləyən, məhz onun hakimiyyətə  gəlişi 
nəticəsində ölkəmizin xilasının mümkünlüyünü düşünənlər idi. 1992-ci ilin dekabrında 7 
nəfərdən ibarət təşəbbüs qrupunun üzvləri Əhmədiyyə Məmmədov, Tahir Hacıyev, Elxan 
Səlimov, Əmirxan Ağamaliyev, Sədiyar Məmmədov, Tofiq Şükürov, Rasim Nəbiyev öz 
sözlərini deyirlər. 
1993-cü il sentyabrın 15-də isə 158 nəfərin təmsil olunduğu təşkilatın ilk yığıncağı 
keçirilir.  
O gündən partiyanın sıralarına axın başlayır... Yeni Azərbaycan Partiyası Qəbələ rayon 
təşkilatının sıraları bu gün  daha da genişlənir. 2008-ci il iyun ayının 27-də keçirilən yerli 
partiya təşkilatının 7-ci konfransında səslənən rəqəmlərə görə 4100 nəfərin təmsil 
olunduğu bu siyasi qrumda qadınlar və gənclər də fəallıq nümayiş etdirir. O da qeyd edildi 


ki, təşkilata üzv olmaq istəyənlərin sayı  həddindən artıq çoxdur və Azərbaycan 
dövlətçiliyinə xidməti dəyən layiqli insanlara etimad göstərilir... 
Dünya siyasətçilərinin  şəxsiyyətinə, siyasi iradəsinə  həsəd apardığı, qeyri-adi 
yaddaşına qibtə elədiyi və millətimizin fəxri sayılan ulu öndərimiz Heydər  Əliyev 
ölkəmizin bütün bölgələrinə qarşı diqqətli idi. Azərbaycana rəhbərliyi illərində ölkəsinin 
birinci olması üçün elə siyasət yürüdürdü ki, nəticədə adı dillərdə gəzən respublikamızın 
səsi-sorağı uzaqlardan eşidilirdi. Sovet ölkələri arasında inkişaf tempinə görə 
“Azərbaycan iri addımlarla irəliləyir” şüarı həqiqətən də düz səslənirdi.  Bütün sahələrdə 
irəliləyişə nail olmaqdan ötrü o vaxtkı Birinci Katib Moskvanın diqqətini bura 
yönəltməklə  kənd təsərrüfatının, sənayenin və başqa sahələrin sürətli inkişafına təkan  
vermişdi.  
Aqrar sahədəki uğurlar o dövrün insanlarının yaxşı yadındadır. Pambıq sahələrinin 
ağappaq çiçəkli mənzərəsi könül oxşayırdı və əmək adamları həvəslə çalışırdılar. Onların 
arxasında duran rəhbərlik belə insanların qiymətini bilir, sadə peşə sahiblərinə hörmət 
eləyirdi. Kolxozçu öz əlinin qabarı ilə gözəl yaşayış  əldə edir, boş sahələr  əkin üçün 
yararlı hala salınır, əkilir və diqqətlə becərilirdi. Maraqlısı bu idi ki, əkin-biçin vaxtı, ən 
çox da məhsul yığımında Heydər  Əliyev kolxozçulara baş  çəkir, onlardan qayğısını 
əsirgəmir, həm qollarına güc, həm də  mənəvi ruh verirdi. Heydər  Əliyevin tapşırığı  və 
nəzarəti ilə  Qəbələdə  də  kənd təsərrüfatının  əksər sahələri üzrə inkişaf nəzərə çarpırdı. 
Tütünçülük, baramaçılıq, tərəvəz məhsulları və üzüm  sahələri genişləndirilir, torpaq üçün 
spesifik olan məhsullara üstünlük verilirdi. Sarı buğda zəmiləri kəhraba kimi yırğalanır və 
meyvə  ağaclarının salınmasına diqqət yetirilirdi. Nəticədə bol məhsul yetişdirən kəndli 
həm ruzisini qazanır, həm də torpaqla ünsiyyət yaradaraq gələcək həyatının təminatçısı 
olurdu. Təsadüfi deyil ki,  Qəbələ rayonunda 13 nəfər Sosialist Əməyi Qəhrəmanı adına 
layiq görülüb... 
Aqrar sahənin inkişafı sayəsində ölkənin iqtisadi təməli də möhkəmlənirdi. O dövrdə 
inşa edilən möhtəşəm tikililərin hamısı bu gün ölkəmiz üçün dəyərlidir. Heydər Əliyevin 
birinci hakimiyyəti və sonralar onun Mərkəzdəki rəhbər vəzifədə  işlədiyi dövrlərdə 
ölkəmiz üçün gördüyü böyük işləri qoruyub saxlamaq mümkün olsaydı, hazırda 
Azərbaycan daha da qüdrətli ölkə kimi tanınardı.  Əfsuslar olsun ki, min bir əziyyət 
bahasına yaradılan müəssisələr hakimiyyət dəyişikliyi zamanı talan edildi. Heydər 
Əliyevə qarşı olan qüvvələr ölkədəki bütün ab-havanı  dəyişməyə  cəhd göstərərək, 
respublikanın iqtisadiyyatına elə zərbə endirdilər ki,  dəyən ziyanın məbləği  hesablanarsa 
nələri itirdiyimiz barəsində  dəhşətli rəqəmlərlə üzləşməli  olarıq. Tikinti-quruculuq 
işlərində nailiyyətlər dövrü kimi yadda qalan hadisələr tariximizin çox da uzaq olmayan 
yaxın keçmişidir. Azərbaycanda inşa olunan nəhəng tikililər SSRİ miqyasında öz 
əhəmiyyəti ilə seçilir, onun bəhrəsindən ilk növbədə respublika əhalisi faydalanırdı. 
Siyasi elmlər namizədi, politoloq Aydın Mirzəzadə “Azərbaycan, zaman, inkişaf” 
kitabında yazır. “Heydər  Əliyevin  azərbaycansevərliyi onun diyarımıza 1969-1982-ci 
illərdə etdiyi birinci siyasi rəhbərliyi dövründə özünü çox qabarıq  şəkildə göstərdi. Bu 
dövr haqqında  ədəbiyyatda  şox analitik materiallar yazılmışdır. Həmin zaman kəsiyini 
“Azərbaycanın intibah dövrü” adlandırsaq səhv etmərik. Cəmi 13 il ərzində respublikanın 


sənaye potensialı bir neçə  dəfə, mənzil fondu iki dəfə, elmi potensialı bir neçə  dəfə, 
qabaqcıl texnologiyalarla təchizatı bir neçə on dəfə artırıldı.” 
Tarixi abidələrin bərpası, mühafizə olunması istiqamətində Heydər Əliyevin gördüyü 
işlər də təqdirəlayiqdir. O vaxtlar Qəbələ rayonunda Radiolokasiya Stansiyasının tikintisi 
üçün bölgəyə  gələn Rusiya mütəxəssislərinin  əsrlərə  şahidlik edən tarixi abidələrdən 
birinə, Qədim Albaniyanın nişanəsini bildirən bu məkana laqeyd münasibəti cavabsız 
qalmır. Belə ki, həmin stansiyaya Mingəçevirdən çəkilən yüksək gərginlikli elektrik xətti 
qalanın cənub darvazasının üstündən keçməli idi. İş o qədər sürətlə gedirdi ki, artıq xəttin 
özülləri də (bu dirəklər indi də qalmaqdadır) basdırılmışdı. Təbii ki, bu layihə reallaşsa 
idi, onda arxeoloqların qazıntıları da yarımçıq qala bilərdi. Elektrik xətti çəkildiyi zaman 
mərhum alimimiz, tarix elmləri namizədi Firudin Qədirov vəziyyətlə bağlı Heydər 
Əliyevə teleqram vurur. Məsələdən hali olan Heydər Əliyev təcili Dövlət Komissiyasına 
tapşırıq verir ki, işi araşdırsın.  Azərbaycan SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri 
Qurban Xəlilovun  rəhbərliyi ilə  işə başlayan komissiya üzvləri  Əliş  Lənbəranski,  İqrar 
Əliyev və Həsən Abdullayev doğrudan da bu tarixi ərazinin təhlükə qarşısında olduğunu 
bildirirlər. 17 yanvar 1978-ci ildə Azərbaycan KP MK “Qutqaşın rayonunda tarix və 
mədəniyyət abidələrinə  səhlənkar münasibət haqqında” qərar qəbul edir. Qərara müvafiq 
olaraq elektrik xətti cənub darvazasından uzaqlaşdırılır,  ətrafdakı çayın kənarına bənd 
çəkilir, arxeoloji tədqiqatlar genişləndirilir. Qəbələdən bəhs edən dissertasiyaların  əhatə 
dairəsi artırılır, ən başlıcası isə Qəbələ Dövlət-Tarix Mədəniyyət Qoruğu yaradılır... 
Elə o zaman sözünün dəyəri olan Heydər Əliyevin qəti iradəsi ilə layihə dəyişdirilərək 
başqa istiqamətə  çəkilir. Halbuki həmin layihə daha ucuz başa gəlirdi və elektrik 
dirəklərinin basdırılmasına xeyli maliyyə  vəsaiti xərclənmişdi. Ancaq buna baxmayaraq 
Heydər  Əliyevin ciddi narazılığına səbəb olduğundan layihə  dəyişdirilir. Beləliklə, daha 
bir mənəvi sərvətimiz, möhtəşəm tarixi abidəmiz mühafizə olunaraq diqqətdən kənarda 
qalmadı. Qədim məskəndə aparılan qazıntılarla bağlı alimlərimizin, arxeoloqlarımızın son 
yenilikləri bu gün də elmi ictimaiyyət tərəfindən maraqla izlənilir. 
Heydər  Əliyevin rayonlarda əhali ilə görüşü maraqlı hadisələrlə  zəngin olduğu üçün 
heç vaxt unudulmur. Özü ilə bölgəyə yenilik aparan, hansısa müəssisənin təməlini qoyan, 
yaxud sadə camaatla görüşündən məmnunluq duyub, yurdunun əzəmətindən ilham alan 
mahir siyasətçi elə bu keyfiyyətlərinə görə  də    əhali tərəfindən yüksək səviyyədə 
qarşılanırdı.. 
Qəbələ rayon sakinlərinə onu yaxından görmək, söhbətini dinləmək səadəti nəsib 
olmuşdu. Xüsusən də yaşlı  nəsil Heydər  Əliyevin 1978-ci il səfərini tez-tez xatırlamalı 
olur. Hər dəfə də bölgəyə gələndən sonra sakinlərə nə vəd edirsə, dedikləri çox keçmir ki, 
reallığa çevrilir. Bir vaxtlar əhalinin paytaxta gələrkən uzaq məsafələr qət etməsi çətinlik 
yaradırdısa, Heydər  Əliyevin tapşırığı ilə  Şamaxı-İsmayıllı istiqamətindən çəkilən 
avtomobil yolunun inşası  təkcə bir rayonu deyil, bura yaxın digər  əraziləri də Bakıya 
yaxınlaşdırdı. Yaşlı insanların dediyinə görə,  İkinci dünya müharibəsindən  əvvəl bu 
barədə söz-söhbət getsə də insanlar xəyalən bu barədə düşünürdülər. Yeni yol isə məhz bu 
dahi insanın səyilə salındı. Həm də Heydər Əliyevin özünün dediyi kimi, bu yol ona görə 
maraqlıdır ki,  Azərbaycan təbiətinin gözəlliyini nümayiş etdirir. 


Səfəri başa vurana qədər bir neçə rayonu fəth etməli olursan. Bəlkə bu yolları elələri 
var ki, min dəfə adlayıb. Ancaq yol yoldaşı olanda insanların sifətindən elə oxunur ki, 
sanki birinci dəfədir bu yola çıxırlar. Nəzərlər təbiətin gözəlliyinə yönəlir və hamı sükut 
içində ilahinin qələmə aldığı canlı tablolara tamaşa etməkdən zövq alır. Mərkəzi yoldan 
kənara çıxsan Pirqulunun möcüzəsinə düşürsən, ya da balaca bir yol səni sirli aləmə, 
Lahıca aparır. Yoluna davam eləyib,  kənara çıxmasan daha möhtəşəm məskənə-
tarixlərin,  əsrlərin yaddaşı olan Qədim Qəbələyə yetişirsən. Rayonun ən böyük kəndi 
Vəndam indi qəsəbə statusu alıb. Xalqın sevimli oğlunun kənd sakinləri ilə görüşü isə 
bütünlükdə  vəndamlılarda xoş xatirələrlə yadda qalsa da,  söhbətin məğzini anlayanda 
görülən işlərin böyüklüyü, Heydər Əliyevin nələrə nail olması, nə etmək istəyi və bunların 
arxasında gələcək inkişaf üçün çalışan bir insanın düşüncələri ilə rastlaşırsan. Həmin 
söhbəti olduğu kimi xatırlayaq. 
 



Yüklə 1,9 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin