Yerdən səslər: Taxıldır, qarğıdalıdır.
Heydər Əliyev: Mal-qaranız var?
Yerdən səslər: Var.
Heydər Əliyev: İndi kolxoz, sovxoz ləğv olundu. Vaxtilə, o illərdə mən işləyəndə,
yadınızdadır, bunların hamısı vardı. İndi hər şey dəyişilibdir.
Biz müstəqil olduq, bazar
iqtisadiyyatı yolu ilə gedirik. Şəxsi mülkiyyəti təmin etmişik, torpağı, mal-qaranı
kəndlilərə paylamışıq, insanlara sərbəstlik vermişik.
Kim bundan istifadə etməyi
bacarırsa, işləyirsə, vəziyyəti də yaxşıdır. Amma kim bunu bacarmırsa?
Keçmişdə, bizim o sistemdə, - mən özüm 25-30 il
həmin sistemin rəhbəri olmuşam, -
belə idi ki, 15-i işləyirdi, 15-i də onların hesabına yaşayırdı. Elədirmi? İndi o yoxdur. İndi
hər şey insanların özünə verilibdir. Kim bunlardan istifadə edə bilirsə, yaxşı yaşayır. Kim
istifadə edə bilmirsə, yaxşı yaşamır. O ki, qaldı rayon
mərkəzlərinə, şəhərlərə, bəli,
buralarda torpaq, heyvan yoxdur, belə yerlərdə işsizlik var, bu, təbiidir.
Bunun da
səbəbləri var. Amma biz çalışırıq ki, rayon mərkəzində, şəhərlərdə iş yerləri açaq. Bu da
asan deyildir. Çünki indi dövlət müəssisələrini yaratmaq olmaz. Olanların da,
bilirsiniz ki,
bir hissəsi dağılıb getdi, bir hissəsi istənilən səviyyədə işləmir. Çünki onların hamısı sovet
sosialist sisteminə uyğunlaşdırılmışdı. İndiki bazar iqtisadiyyatı şəraitində və bütün başqa
ölkələrlə, yəni kapitalist ölkələri ilə əlaqələrə girmişik, biz onların yaşadıqları kimi
yaşamalıyıq və yaşamaq istəyirik.
Ona görə də, əlbəttə ki, indi çətinliklər var.
Dostları ilə paylaş: