Microsoft Word Qebele-Son variant



Yüklə 1,9 Mb.
Pdf görüntüsü
səhifə46/80
tarix02.01.2022
ölçüsü1,9 Mb.
#2191
1   ...   42   43   44   45   46   47   48   49   ...   80
Mirzəbəyli.  Xalq arasında Mirzə  bəyin kəndi olduğu deyilir. Mərkəzdən 13 km. 
cənub-qərbdə Alazan-Həftəran vadisindədir. Bakı-Oğuz yolu kəndin mərkəzindən keçir. 
Burada da sakinlərin rahatlığı üçün bütün infrastruktur qurulub. Rayonun inkişaf etmiş 
ərazilərindən hesab edilir... 
Mollaşıxalı. Ehtimallara görə  şəxs adından götürüldüyü bildirilir. Burada 309 nəfər 
yaşayır və 90 təsərrüfatı var. Əhali  əsasən heyvandarlığı inkişaf etdirir. Taxıl zəmiləri, 
digər məşğuliyyət sahələri də gəlir gətirən mənbələrdir.  


Kəndlə  Qəbələ-Ağdaş yolunun  arası 6 km-dir. Zalamla bitişik olduğundan qonşu 
kəndin məktəbi və uşaq baxçasından istifadə edilir. 
Ərazidə icra nümayəndəliyi üçün yeni inzibati bina istifadəyə verilib.  
Nic şəhər tipli qəsəbədir. Qəbələ-Oğuz  avtomobil yolunun kənarında Alazan-Həftəran 
vadisində ən iri yaşayış məskənidir. Ərazisinə görə rayonda birinci, əhalisinə görə ikinci 
sayılan qəsəbənin 6200 sakini var. Milli mənsubiyyətinə görə əhalinin 4000-i udin, 2200 
nəfəri azərbaycanlılardır. Azərbaycanlılar Yalanşlı və Abdal məhəllələrində yaşayırlar.  
İndi Nic qəsəbəsində Udi Mədəniyyət mərkəzi fəaliyyət göstərir. Alban kilsəsi və 
digər abidələr var. İbtidai sinif şagirdləri üçün udi dili də tədris olunur.  
Rayonun ən iri fındıq bağları məhz bu qəsəbənin yaxınlığındadır. Hər il ətraf kəndlərin 
də sakinləri mütəşəkkil meyvə  yığımına gəlir, fındıqçılıq birliyinin rəhbərləri  əhalinin 
maraqlarına uyğun tələblərlə kütləni mövsümü işlə  təmin edirlər. Nəticədə  əldən zirək 
olanlar xeyli pul qazanırsa, elə fındıq sahibləri daha çox gəlirə, itkisiz məhsula nail olur. 

Yüklə 1,9 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin