Böyük Pirəli və Kiçik Pirəli kəndləri mərkəzdən 9 km. cənub-qərbdə Qəbələ-Ağdaş
şosse yolunun kənarında Topalançayın sahilində (Türyan çayın qolu) Alazan –Həftəran
vadisində yerləşir. Böyük Pirəlidə 1400 nəfər, Kiçik Pirəlidə isə 800 sakin
qeydiyyatdadır.
Toponimikada yazılıb ki, Pirəli adında şəxsin adıyla bağlıdır, əslində tarixi adı
Pirəlilidir. Söz təhrifə uğrayaraq indiki halına düşüb...
Sosial məsələlər öz həllini tapıb. Mavi yanacaqdan istifadə olunur, işıqları daimidir.
Fındıq bağlarından, taxıldan gəlir götürürlər. 700 başdan çox iri buynuzlu mal-qara və 800
başa yaxın qoyun-keçi saxlayan kənd əhli təsərrüfatlarını artıraraq yaxşı yaşayış
qurublar...