Microsoft Word Quliyeva Narqiz Dars vasaiti son doc



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə24/76
tarix28.03.2022
ölçüsü0,94 Mb.
#54331
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   76
qn eve

Altay dil ailəsi –türk, monqol və tunqus-mancur 
budaqlarına  şaxələnir. Türk dillərinin çoxlu təsnifatı 
mövcuddur. Onlardan biri türk dillərini beş qrupa ayırır: 
bolqar, cənub-qərb,  şimal-qərb, cənub-şərq və  şimal-şərq. Bu 
qrupun bütün dilləri hazırda da bir-birinə çox yaxındır. Hazırda 
ölü dil olan bulqar və  xəzər dilləri, habelə müasir çuvaş dili 
Bulqar qrupuna daxildir. Cənub-qərb budağı ölü oğuz dilindən, 
türkmən, truxmen, azərbaycan, qaqauz və türk dillərindən 
təşkil olunmuşdur. Tatar, başqırd, qazax, qırğız, altay, kumık, 
noqay, qaraqalpaq, qaraçay-balkar, qaraim, habelə ölü poloves 
və peçeneq dilləri; cənub-şərq qrupu özbək, uyğur və ölü 
caqatay dilləri Şimal-qərb qrupuna aiddir. Buraya yakut, tuva, 
xakas,  şor, qaraqas, orxon habelə  qədim uyqur ölü dili şimal-
şərq dilinə aiddir. 
Çingiz xanın imperiyasının dağılmasından sonra bir 
vaxtlar vahid olan monqol dili dialektləri sonralar inkişaf edib 
müstəqil dillərə çevrildi. Hazırda monqol dillərinə: monqol, 
buryat, kalmık, moqol, monqor və daxur dilləri daxil edilir. 
Tunqus-mancur dil budağı iki qrupa: tunqus və mancur 
qruplarına bölünür. Tunqus qrupu Sibir və Aşağı Amur yarım 
qruplarına ayrılır. Sibir yarımqrupuna evenk (tunqus), even 
(lamut) və negidal dilləri daxildir. Aşağı Amur yarımqrupuna 


_______________Milli Kitabxana______________ 
 34
isə nanay (qold), udey, ulç, orok, oroç dilləri daxildir. Mancur 
qrupu: mancur, sibo və ölü çjur-çjen dillərinə ayrılır. Bir çox 
alimlər türk, monqol və tunqus-mancur dil budaqlarının hər 
birini ayrı-ayrılıqda müstəqil dil ailələri kimi səciyyələndirirlər. 

Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin