Ural dil ailəsi –üç budağa: fin, uqor və samodiy
budaqlarına bölünür. Fin budağı Pribaltika, Perm və Volqa
qruplarına ayrılır. Pribaltika qrupuna fin (suomi), saam (lopar),
eston, karel, ijor, veps və liv dilləri daxildir. Perm qrupuna –
komi-zıryan, komi-permyak və udmurt dilləri daxildir. Volqa
qrupuna: dağ və düzən marilər, erzya-mordva, mokşa-mordva
dilləri daxildir. Uqor budağı macar, uqor, mansi (voqul) və
xanti (ostyak) dillərinə ayrılır. İndiki Dunay çayı boyunda
yaşayan macarlar bu yerlərə IX əsrdə Cənubi Ural çöllərindən
gəlmişlər.
Ural dillərinin Samodiy budağı nen, en, nqanasan və
selkun dillərindən təşkil olunmuşdur.