içirdirik. O, içənlərin boğazından rahat keçər.
(Qanın və ifrazatın dadı, qoxusu və rəngi əsla südə
qarışmaz. Əksinə, südə elə bir təm verərik ki, içənlərə
xoş gələr)”
. (əl-Nəhl, 16/66).
“Onların (o heyvanlarda başqa-başqa) mənfəət-
ləri və içəcəkləri (südləri) də var. Hələ də şükür et-
məzlərmi?” (Yasin, 36/73).
Ayələrdə haqqında bəhs edilən bağırsaq içərisi və
qan ibarələri kimyanın və həzm fiziologiyasının əldə
etdiyi inkişafla müasir dövrdə yeni-yeni anlaşıla bilin-
mişdir. Bu bilgilər Həzrəti-Peyğəmbərin (s.ə.v.) zama-
nında dəqiq elmin nöqteyi-nəzərində tamamilə məchul
idi. Bunlar ancaq XXI əsrin ortalarında aşkarlanmışdır.
Ə
rəb alimi Ibni Nəfs 1242-ci ildə insan bədənin-
dəki qan dövranı haqqında ilk dəfə düzgün olaraq ifadə
edən şəxs olmuşdur. Ingilis həkim Vilyam Harveyin
1628-cı ildə elan etdiyi qan dövranı modeli isə mövzu
haqqındakı məlumatların yayılmasında təsirli olmuş-
dur. Dolayısı ilə Quranda südün tərkibinin əsl mənbəyi
ə
srlərlə əvvəl ən düzgün tərzdə tərif edilmişdir. Məmə-
lilərin həzm sistemi, qan dövranı ilə bağlı ixtisaslaşma
tələb edən bu məlumatın Quranın göndərildiyi dövrdə
insanlar tərəfindən bilinməsinin mümkün olmayacağı
məlum məsələdir. Göründüyü kimi, “Nəhl” surəsinin
66-cı ayəsində südün bioloji proseslər nəticəsində əmə-
lə gəlməsi ilə bağlı şərh edilənlər fiziologiya, anato-
miya kimi elmlərin günümüzdə ortaya qoyduğu məlu-
matlara tam uyğundur.
Deməli, südün əmələ gəlməsi haqqındakı Allah
kəlamı qan dövranı kəşf edilməzdən 10 əsr əvvəlki
dövrə təcadüf edir. Başqa sözlə Vilyam Harvey
81
tərəfindən 1628-ci ildə kəşf edilmiş, qan dövranı
“Qurani-Kərim” nazil olandan, təxminən 10 əsr
sonrakı zamana aiddir.
Bu
deyilənlərə
ə
sasən,
“Qurani-Kərim”in
ayələrində gözə çarpan bu elmi həqiqət özlüyündə
sübut edir ki, bu elmi görüşlər heç bir vəchlə bəşəri bir
qaynaqla izah edilə bilməz. Bütün bunlar bir olan
Allahın izni ilə təbiətdə baş verən proseslərdəndir.
Biz hamımız süd içmişik. Bu təbii qida Allahın
izni və möcüzəsi ilə təbiətin insanlara bəxş etdiyi və
qadınların orqanizmindən (eləcə də sağmal heyvanla-
rın) ifraz olunan xüsusi tərkibli maddədir. Bu bir
möcüzədir ki, erkək və dişi hayvanların hər ikisi eyni
yemlə bəslənir, süd isə yalnız dişi heyvanların süd və-
zilərində əmələ gəlir və nəslin əsas qidası üçün istifadə
edilir. Hələ qədimdən vəhşi heyvanlar əhilləşdirilib on-
ların yeni cinsləri artırılarkən, həmin heyvanlar bala-
larının qidasından artıq süd verməyə başladılar. Həmin
süd insanlar üçün sağlam və dəyərli qida mənbəyinə
çevrildi. Süd çox təmiz bir qidadır. Bu onun ağ rənginə
görə bilinir. Süd eyni zamanda dişi heyvanların və qa-
dınların orqanizmində əmələ gələn digər ifrazatlar kimi
onların orqanizminə lazım olmayan bir məhsuldur.
Deməli süd sağlam ev heyvanlarının orqanizmində
daima yenidən əmələ gələn məhsuldur. Lakin elm
sübut etmişdir ki, süd birbaşa yemdən əmələ gəlmir.
Yemin tərkibində olan qidalı maddələr (karbohidratlar,
yağlar, azotlu maddələr, o cümlədən zülallar), vitamin-
lər, mineral maddələr və digər bioloji fəal maddələr
həzm prosesi nəticəsində qana sovrulur, qan heyvan
orqanizmində dövran edir və süd vəzilərindən keçər-
kən orada süd hasil olunur. Hasil olunan süd heyvanın
82
süd vəzilərində (yelində) toplanır və müəyyən vaxt-
larda (gündə iki dəfə - səhər və axşam, bəzən üç dəfə,
günorta da) sağılır və müxtəlif qida məhsullarının
hazırlanmasında istifadə olunur. Göründüyü kimi
qanın heyvanın yaşaması üçün orqanizmdə dövr etməsi
südün də əmələ gəlməsinə səbəb olur. Müəyyənləş-
dirilmişdir ki, 1 litr südün əmələ gəlməsi üçün hey-
vanın yelinində 2000 litr qan dövr etməlidir.
Süd nəslin artırılması və insanların qidası üçün
çox vacib qidalı və pəhriz əhəmiyyətli bir qida məh-
suludur.
Süd haqqında olan ibrətamiz hikmətin əsas mənası
da Yaradanın hökmü ilə təbiətdə baş verən möcüzəli
dəyişikliklərdir ki, bu da insanların rifahı üçün nəzərdə
tutulmuşdur. Bütün bunlar Yaradanın buyuruqlarının
hikmətinə işarə ilə onun mahiyyətini əks etdirir. Çünki
yağış torpağa yeni həyat verdiyi kimi süd və ondan
alınan məhsullar, arı balı, xurma və üzümlərdən alınan
məhsullar insanların yaşaması üçün vacib hesab edilən
qida məhsuludur.
Südün və süd məhsullarının qidalılıq dəyəri və
pəhriz əhəmiyyəti müasir elmi tədqiqatlarla sübuta
yetirilmişdir. “Qurani-Kərim”də ananın öz uşağını iki
il əmizdirməsi barədə ayə nazil olmuşdur.
Ana südü
Burada ana südü ilə əlaqədar bir həqiqəti də nəzərə
çatdırmaq
yerində
olardı.
“Qurani-Kərim”də
buyurulur:
“Analar (istər boşanmış, istərsə də boşanmamış
olsunlar)
uşaqlarını əmizdirmə müddətini tamam-
latmaq istəyən (atalar) üçün tam iki il əmizdirsin-
83
lər” (əl-Bəqərə, 2/233).
Başqa bir ayədə oxuyuruq:
“Biz insana ata-anasına (yaxşılıq etməyi, validey-
ninə yaxşı baxmağı, onlarla gözəl davranmağı)
tövsiyə
etdik. Anası onu (bətnində) çox zəif bir halda daşı-
mışdı. (Uşağın süddən) kəsilməsi isə iki il ərzində
olur” (Loğman, 31/14).
Bu iki ayədən bəlli olur ki, ana öz körpəsinə tam
iki il döşündən süd verməlidir.
Lakin uşaq bəslənməsində südün əhəmiyyəti nə-
zərə alınaraq digər mənbələrdə uşağın ən azı 9 ay ana
südü ilə bəslənməsi vacib sayılır. Çünki bu gələcək
nəslin sağlam və gümrah böyüməsi üçün zəruri şərtdir.
Bu gün inkişaf etmiş tibb elmi də bu nəticəyə
gəlmişdi ki, uşağı iki il əmizdirmənin həm ananın, həm
də körpənin sağlamlığında mühüm əhəmiyyəti vardır.
Ana südü ilahi qüdrətlə əfsunlanmış bir süddür.
Onda körpənin həyatı ehtiyac duyduğu mühüm vita-
minlər, hormonlar, orqanizmi qoruyan maddələr və
mikroblarla mübarizəedici bioloji fəal maddələr vardır.
Ana südündə eyni zamanda ananın xarakterini mənən
uşaqda təşəkkül etdirəcək sirli-sehrli amillər mövcud-
dur.
Ana südündə insanın böyüməsi cəhətdən əsas qi-
dalı maddələr olan protein, şəkər, yağ, fosfor və vita-
minlərin optimal miqdarı uşağın vücuduna uyğun gə-
ləcək şəkildə çox ahəngli bir nisbət və ölçüdə mövcud-
dur. Ən başlıcası, bu nemətlər ilahi tərəfindən tənzim
edilir.
Ana südündə körpəni ilk altı ay içində bütün mik-
rob təbiətli xəstəliklərdən qoruyan əvəzsiz maddələr
vardır. Bu və ya digər başqa səbəblərlə körpənin, xü-
84
susilə ilk altı ayda ancaq südlə bəslənməsi bioloji bir
zərurət olaraq məsləhət görülür.
Məlumdur ki, inək sağılandan sonra bir müddət
südün tərkibində bakteriyalar inkişaf edə bilmir. Buna
səbəb südün tərkibində bakterial xassəli antitellərin,
başqa sözlə immun cisimlərinin olmasıdır. Ana südün-
də də belə maddələr mövcuddur və körpənin ana südü
ilə qidalanmasında bu maddələr uşağın xəstəliklərə,
eləcə də mikroblara qarşı müqavimətini artırır.
Inkişaf edən müasir elmə görə də əmizdirmə müd-
dəti, eynən Quranda deyildiyi kimi, iki ildir. Çünki
qaraciyərin qan əmələ gətirməsi üçün çox yüklü olması
və digər orqanların inkişaf halında olması səbəbi ilə
ana südünə olan məcburi ehtiyac iki il davam etmək-
dədir. Ayrıca, uşaq orqanizminin inkişafının ən əhə-
miyyətli dövründə bioloji maddələrə olan ehtiyac müd-
dəti də iki il çəkir. Şübhəsiz ki, tibb elmi körpənin ilk
iki ildə gerçəkləşdirəcəyi inkişafının ən mühüm dövrü
olduğunu kəskinliklə qəbul edir.
Tibb elmi körpəsini bir-iki il əmizdirən anada bio-
loji bir inkişafın olduğunu, nəticədə döş vəziləri xər-
çənginin çox az müşahidə edildiyini; buna müqabil
körpəsinə süd verməyən ananın isə sağlamlıq cəhətdən
təhlükəli hallar keçirdiyini nəzərə alır.
Kamil təkəmmül üçün ana südünün faydaları
müasir elmdə bütün açıqlığı baxımından təsdiq edil-
mişdir. Bu elmi nailiyyət Quranın 1400 il bundan əvvəl
dediyini təsdiq etmişdir. Başqa sözlə, bu da Quranın
növbəti bir möcüzəsi sayılmalıdır.
“Qurani-Kərim”in Nisa surəsinin 23-cü ayəsində
evlənilməsi haram olan qadınlar arasında “süd
bacılar” da yer alır. Islam fikhinə görə körpənin ilk iki
85
ili içərisində əmizdirmələrlə süd qardaşlığı meydana
gəlir. Iki ildən sonrakı əmizdirmələrdə bu qardaşlıq
özünü göstərməz. Deməli, Quranın təsbit etdiyi iki il
ə
mizdirmə müddətindən sonra ana südü öz
ə
həmiyyətini böyük ölçüdə itirməkdədir.
Ana südü qida kimi körpənin dünyaya gəlməsi ilə
başlayır. Bir başqa uşaq iki ilə qədər bu süddən çox az
bir şey dəxi əmsə, süd qardaşlığı meydana çıxır. Bu
süd uşağın formalaşması ilə meydana gəldiyi üçün,
onu əmən digər uşağa da eyni xarakter hakim kəsilir.
Başqa sözlə, ortaq vəsflərə dayanan bir qardaşlıq
xarakteri gerçəkləşir. Bu səbəbdən, bəhs edilən ayəti-
kərimə ilə süd qardaşlarının evlənmələri haram buyu-
rulmuşdur. Normal batin qardaşlığı kimi, süd qardaş-
lığı da eyni məhrəmiyyət ölçülərinə tabedir.
Nəslin sağlamlığı cəhətdən Quranın bu qadağası
necə böyük əhəmiyyətə malikdir. Hələ bunun bu gün
elmə məchul olan tərəfləri gün işığına çıxdıqca,
“Qurani-Kərim”in möcüzəli xəbərdarlıqları daha da
aydınlaşacaqdır.
Uşaqların qidalanması üçün bəzi bölgələrdə keçi
südü istifadə olunur. Bu onunla izah edilir ki, keçi südü
kimyəvi tərkibinə, yağ kürəciklərinin xırda və yağ
kürəciklərini xaricdən əhatə edən zülal təbəqəsinin
(pərdəsinin) nazik olmasına görə ana südünə yaxındır.
Ana südü möcüzə vi qidadır
“Biz insana ata-anasına (yaxş ılıq etmə yi, validey-
ninə yaxş ı baxmağ ı, onlarla gözə l davranmağ ı)
tövsiyə
etdik. Anası onu (bə tnində ) çox zə if bir halda daş ı-
mış dı. (Uş ağ ın süddə n) kə silmə si isə iki il ə rzində
olur. (Biz insana buyurduq): Mə nə və ata-anana
86
ş
ükür et. Axır dönüş Mə nə dir!” (Loğman, 31/14).
Ana südü körpənin qidaya olan ehtiyacını qüsur-
suz olaraq ödəmək və uşağı mümkün infeksiyalardan
qorumaq üçün Allahın yaratdığı bənzərsiz bir nemət-
dir. Ana südündəki qida maddələrinin nisbəti ən ideal
səviyyədədir. Bətndəki uşağın hələ yetişməmiş əzaları
bədən sistemləri üçün ən uyğun formadadır. Ana südü
uşağın beyin hüceyrələrinin böyüməsini təmin edən və
onun sinir sisteminin inkişafını sürətləndirən qidalar
baxımından da çox zəngindir. Çağdaş dövrün texnolo-
giyası əsasında istehsal edilən uşaq yeməkləri də bu
möcüzəli qidanın yerini verə bilmir.
Ana südünün uşaq üçün zəruri olan faydalı cəhət-
lərinin siyahısına zaman keçdikcə yeni-yeni məqamlar
ə
lavə edilir. Tədqiqatlar nəticəsində məlum olub ki,
ana südü əmən uşaqlar xüsusilə tənəffüs və həzm sis-
temi ilə bağlı infeksiyalardan tam qorunurlar. Çünki
ana südündə elə bənzərsiz maddə və elementlər (mə-
sələn, antikorlar) var ki, onlar körpəni infeksiyadan
bilavasitə qoruyur.
Ana südünün başqa bir antiinfeksion xüsusiyyəti
də var. Bu xüsusiyyət “normal flora” deyilən xoşmə-
ramlı, “yaxşı” bakteriyalar üçün “dost şəraiti” yaratdığı
halda, zərərli bakteriyaların, virus və parazitlərin
körpənin orqanizmində “məskən salmasına” mane
olur. Bundan əlavə ana südündə uşağın yoluxucu xəs-
təliklərə qarşı immunitet sistemini tənzimləyən və
onun yaxşı işləməsini təmin edən faktorların da olması
müəyyən edilmişdir.
Ana südü xüsusi olaraq uşaqlar üçün proqramlaş-
dırıldığından körpənin çox asan həzm edə biləcəyi
qidadır. Ana südü çox zəngin qida ehtiyatına malik
87
olsa da, onun həzm edilməsi uşaqların həssas
sistemlərinə uyğundur və asandır. Beləliklə, uşaq bu
qidaların həzminə daha az enerji sərf edir və elə buna
görə də enerjisini orqanizminin başqa fəaliyyətinə,
böyüməyə və əzalarının inkişafına yönəldir.
Körpəsini vaxtından əvvəl doğan anaların südündə
isə uşağın ehtiyaclarına uyğun olaraq daha çox yağ,
protein, mineral, xlor və dəmir olur. Həmçinin müəy-
yən edilmişdir ki, öz analarının südü ilə qidalanan vax-
tından əvvəl doğulmuş körpələrdə görmə qabiliyyəti,
gözlərin fəaliyyəti daha yaxşı inkişaf edir. Belə uşaqlar
intellektual testlərdən keçirilərkən bəlli olur ki, onların
bir çox üstünlükləri var.
Ana südünün təzəcə dünyaya gələn körpənin inki-
ş
afı üçün zəruri olan xüsusiyyəti onun tərkibində
omeqa-3 adlı yağ turşularının olmasıdır. Omeqa-3 yağ
turşuları insan beyninin və retinasının vacib bir tərkibi
olduğu üçün o, xüsusilə təzə doğulan körpələrin yaşa-
ması baxımından böyük əhəmiyyətə malikdir. Omeqa-
3 xüsusilə hamiləlik dövrü boyunca və körpəlik
dövrünün başlanğıcında beynin və sinirlərin əlverişli
şə
kildə inkişafı üçün də çox vacibdir. Ana südündə
təbii və mükəmməl bir omeqa-3 anbarı olduğuna görə
alimlər ana südünün vacibliyini xüsusilə qeyd edirlər.
Bristol Universitetinin (ABŞ) alimləri tərəfindən
aparılan tədqiqatlar ana südü ilə qidalanmağın uzun-
müddətli faydaları arasında onun təzyiqə müsbət
təsirinin olduğunu və bunun sayəsində infarkt riskinin
azaldığını ortaya qoymuşdur. Araşdırmanı aparan
alimlər ana südünün qoruyucu gücünün onun tərkibin-
dəki maddələrdən qaynaqlandığını bildirir. “Gircula-
tion” adlı tibb jurnalında dərc olunan tədqiqatın
88
nəticələrinə görə, ana südü ilə qidalanan uşaqların ürək
xəstəliklərinə tutulması riski daha azdır. Ana südündə
damarın tıxanmasının qarşısını alan yağ turşuları var.
Ana südü ilə qidalanan uşaqlar daha az natrium
istehlak edir və piylənməyə məruz qalmı. Buna görə də
ana südünün ürəyin sağlamlığı baxımından müsbət
təsirə malik olduğu faktı da ortaya qoyulub.
Bunlarla yanaşı, Sinsinnati Universitetinin (ABŞ)
nəzdində olan uşaq xəstəxanasında işləyən Lisa Marti-
nin rəhbərliyi altında çalışan tədqiqatçılar ana südündə
çox miqdarda “adiponektin” adlı protein hormonu
tapdı. Belə qəbul olunur ki, qanda çox miqdarda adipo-
nektinin olması infarkt riskinin azalması ilə bağlıdır.
Köklük və infarkt keçirmək riski çox olan adamlarda
isə qandakı adiponektin miqdarı azdır. Buna görə də
ana südü ilə qidalanan uşaqların gələcəkdə kök olmaq
riskinin bu hormonla bağlı azaldığı müəyyən edilmiş-
dir. Bununla yanaşı ana südündə leptin deyilən və yağ
metabolizmasında çox vacib bir rol oynayan başqa
hormonun da olduğu müəyyən edildi. Alimlərə görə
leptin bədəndə yağ olması ilə bağlı beyinə göndərilən
siqnaldır. Dolayısı ilə Dr.Martinin sözlərinə görə,
körpə ikən ana südü ilə qəbul edilən bu hormonlar
sonrakı yaşlarda piylənmə, 2-ci növ şəkər xəstəliyi,
insulin müqaviməti və tac damar narahatlığı kimi
xəstəliklərə tutulma riskini azaldır.
“Ən təzə qida” ilə bağlı həqiqətlər
Ana südü ilə bağlı həqiqətlər bununla da məhdud-
laşmır. Ana südünün körpəyə verdiyi maddələr körpə-
nin yaş dövrü mərhələlərinə görə dəyişir və körpənin
hansı dövrdə hansı qidaya ehtiyacı varsa, südün tərkibi
89
də bu dövrə görə fərqli xarakter alır. Ideal temperaturu
ilə həmişə hazır olan ana südü tərkibindəki şəkər və
yağla beynin inkişafında da mühüm rol oynayır.
Bununla yanaşı ana südündəki kalsium kimi element
körpənin sümüyünün inkişafında önəmli rola malikdir.
Bu möcüzəvi qarışıq süd adlandırılsa da, əslində
ana südünün 90%-i sudan ibarətdir. Bu da çox vacib
bir xüsusiyyətdir. Çünki körpələrin qida ilə yanaşı ma-
ye kimi suya da ehtiyacı var. Ana südündən başqa isti-
fadə edilən suyun və başqa maddələrin istehlakı pro-
sesində gigiyena təmin edilməyə bilər. Ancan 90%-i su
olan ana südü ilə körpənin su ehtiyacı da ən etibarlı
şə
kildə, gigiyenik baxımdan qorxusuz təmin edilir.
Ana südü və zə ka
Tədqiqatlar ana südü ilə qidalanan uşaqların zəka-
sının inkişafının ana südü ilə bəslənməyən körpələrə
nisbətən daha çox olduğunu göstərir. Kentukki Univer-
sitetinin (ABŞ) mütəxəssisi Ceym Andersonun ana
südü və süni qida ilə böyüyən uşaqlar arasında mü-
qayisə aparan araşdırması nəticəsində müəyyən edilib
ki, ana südü ilə qidalanan uşaqların intellekt indeksi
(IQ) süni qidalarla bəslənən uşaqlara nisbətən 5 bal
çoxdur. Bu tədqiqat nəticəsində o da müəyyənləşdirilib
ki, azı 6 ay ərzində ana südü ilə qidalanan uşaqların
zəkasının inkişafında problem olmur, 8 həftədən az ana
südü qəbul edən uşaqlarda isə ana südü zəkanın
inkişafına heç bir fayda vermir.
Ana südü xərçəngin dərmanıdırmı?
Aparılan araşdırmalar nəticəsində haqqında yüz-
90
lərlə məqalə dərc olunan ana südünün körpələri həm də
xərçəngdən qoruduğu sübut olunmuş, lakin bunun
mexanizmi hələ tamamilə aydınlaşdırıla bilməmişdir.
Tədqiqatçılar laboratoriyada yetişdirilən xərçəng hü-
ceyrələrinin ana südü tərəfindən öldürülməsini sübut
etməklə bu sahədəki tədqiqatların çox böyük potensia-
lının ortaya çıxdığını müəyyənləşdiriblər. Isveçin Lund
Universitetində həkim və immunoloq işləyən Katarina
Svanborq ana südündəki bu möcüzəvi sirləri kəşf edən
qrupun üzvlərindən biridir. Lund Universitetindəki bu
qrup adi ana südünün xərçəngin hər növü qarşısında
etibarlı bir qoruyucu olması vəzifəsini möcüzəli bir
kəşf kimi dəyərləndirib.
Ə
vvəlcə təzə doğulan körpələrdən aldıqları
bağırsaq-mukoza hüceyrələrini ana südü ilə işləyən
tədqiqatçılar nəticədə Pnemococcus bakteriyası tərəfin-
dən yaradılan və pneumonia (zökəm) adlandırılan
xəstəliyin inkişafının qarşısının ana südü tərəfindən
uğurla alındığını gördülər. O da bəlli oldu ki, ana südü
ilə qidalanan körpələr süni qida ilə böyüyən uşaqlara
nisbətən eşitmə çətinliyi ilə daha az üzləşir və tənəffüs
sistemi infeksiyalarına da daha az məruz qalırlar. Təd-
qiqatçılar bir-birinin ardınca davam edən çalışmalar
nəticəsində ana südünün xərçəngə qarşı da qoruyucu
xüsusiyyətinin olduğunu sübut etmişdir (Alimlər uşaq
yaşlarında müşahidə edilən limfa xərçəngi riskinin süni
qidalarla böyüyən uşaqlarda 9 dəfə çox olduğunu
göstərəndən sonra, eyni nəticələrin başqa xərçəng
növləri üçün də keçərli olduğunu fərq etdi). Əldə
edilən nəticəyə görə, ana südü xərçəng hüceyrələrinin
yerini dəqiq müəyyənləşdirir, sonra da onları öldürür.
Xərçəng hüceyrələrini müəyyənləşdirib məhv edən
91
element isə ana südündə bol miqdarda olan alpha-lac
(alphalactalbumin)
adlı maddədir. Alpha-lac südün
tərkibindəki laktoz şəkərinin yaranmasına kömək edən
bir protein tərəfindən meydana gətirilir.
Bu bənzərsiz nemət Uca Allahın bir lütfüdür
Ana südü ilə bağlı başqa möcüzə isə körpənin ana
südü ilə 2 il boyunca qidalanmasının çox faydalı olması
faktıdır. Elmin yenicə kəşf etdiyi bu vacib məlumatı
Allah bizə Quranda “Uşaqlarını əmizdirməyi tamam-
Dostları ilə paylaş: |