Məhsul və xidmət təchizatçısı olan şirkətlərlə yaxınlıq və qohumluq
ə
laqələri.
İş
çinin və ya şirkət rəhbərinin məhsul və xidmət təchizatçısı olan şirkətlərlə
yaxınlıq və qohumluq əlaqəsi də maraqların münaqişəsinə səbəb ola bilər.
Məsələn, şirkətin işçisi (rəhbəri, meneceri, şöbə müdiri) biznesin maraqları naminə
yox, şəxsi mənfəət əldə etmək məqsədilə reklamla bağlı məsələləri dostunun,
qohumunun və ya tələbə yoldaşının reklam firmasına həvalə edirsə bu etik
normalara və azad rəqabət prinsiplərinə ziddir. Amma bu söylənənlər dostunuzun
və ya qohumunuzun işlədiyi firma ilə işgüzar münasibətlərin qurulmasının
yolverilməzliyi demək deyildir. Həmin firma ilə əməkdaşlığın məqsədəuyğunluğu
məntiqlə
ə
saslandırılıbsa,
firmanızın
rəhbərliyinin
Sizin
qeyri-xidməti
ə
laqələrinizdən xəbəri varsa və buna etirazı yoxdursa belə təcrübə qadağan
deyildir, çünki heç nəyi dəyişmir. Eyni zamanda da həmin fakt maraqların
münaqişəsi kimi qiymətləndirilir. Azərbaycan reallığında bu prinsiplər hələ də
işləmir. Yerli müəssisələr tərəfindən istənilən sifarişin tanışların və ya qohumların
67
işlədiyi firmalara verilməsi adi hal kimi qəbul edilir. Bu əməli edən adamlar
«Xeyri başqasına verməkdənsə özümünkünəverim» prinsipini üstün tuturlar. Digər
tərəfdən
belə
hərəkətlər
Azərbaycandahələ
kövrək
olan
sahibkarlıq
nümayəndələrinin tanış olmayan firmalarlaişgüzar əlaqələrə şübhəli və inamsız
baxışları ilə də izah edilə bilər.
Dostları ilə paylaş: |