partiyasının diktaturası hökm sürməyə başladı. Bu, 1977-ci ildə
qəbul edilən SSRİ-nin üçüncü konstitusiyasında da öz əksini
tapdı. Konstitusiyanın 6-cı maddəsində partiyanın rəhbər rolu
təsbit olundu. İndi müəssisələrdə, təşkilatlarda partiya
komitələrinin razılığı olmadan heç bir məsələ həll edilə
bilməzdi. 1982-ci ilin noyabrında L.İ.Brejnev vəfat etdi.
L.İ.Brejnevin Sov.İKP MK-nın Birinci (1971-ci ildən)
Baş katibi olduğu dövründə SSRİ-nin xarici siyasəti.
L.İ.Brejnevin dövründə SSRİ-nin xarici siyasətində də inzibati-
amirlik metodları özünü göstərirdi. SSRİ sosialist ölkələri ilə
əməkdaşlığa xüsusi əhəmiyyət verir və bu ölkələri öz təsiri
altında saxlayırdı. Bu özünü 1968-ci il «Praqa baharı» adlanan
Çexoslovakiya hadisələrində bir daha nümayiş etdirdi. 1968-ci
ilin avqust ayında SSRİ Varşava müqaviləsinin, Ruminiyadan
başqa, iştirakçısı olan dövlətlərin hamısını Çexoslovakiyaya
qoşun yeritməyə məcbur etdi. Orada antisosialist qüvvələr
zərərsizləşdirildi. Yenidən sosialist sistemi bərqərar oldu. Bu
“Praqa baharı” adlandı. Çexoslovakiya hadisələri göstərdi ki,
SSRİ hərbi cəhətdən güclüdür və onunla zarafat etmək olmaz.
72
1969-cu ilin martında Çinlə SSRİ arasında münasibətlər
kəskinləşdi. Amur çayında yerləşən Damansk adasında silahlı
toqquşma baş verdi. Lakin SSRİ 80 dəqiqə ərzində bu
toqquşmaya son qoydu. Lazer şüasından istifadə edərək Çin
hərbçilərini geri oturtdu.
60-cı illərin sonlarında baş verən bu hadisələr SSRİ-nin
hərbi qüdrətini nümayiş etdirdi. 1967-ci ildə altı günlük İsrail-
Ərəb müharibəsi zamanı ərəbləri müdafiə etdi. 60-cı illərin
sonunda SSRİ ilə ABŞ arasında silahlanmada hərbi paritet
yarandı. Bütün bunlar beynəlxalq iqlimdə dəyişikliyə səbəb
oldu, «soyuq müharibə»nin zəifləməsinə, beynəlxalq gərgin-
likdən qarşılıqlı anlaşmaya doğru addım atılmasına gətirib
çıxartdı. Dünyanın taleyini həll edən iki dövlət - ABŞ və SSRİ
1972, 1979-cu illərdə strateji silahları məhdudlaşdırmaq
haqqında SSM-1 və SSM-2 sazişlərini bağladılar.
Sov. İKP-nin 1971-ci ilin mart-aprel aylarında olmuş
XXIV qurultayında sovet dövləti öz sülh proqramını elan etdi
ki, bunun da əsas müddəaları aşağıdakılardan ibarət idi:
- Cənub-Şərqi Asiyada və Yaxın Şərqdə müharibə
ocaqlarını ləğv etmək, təcavüzə məruz qalan dövlətlərin və
xalqların qanuni hüquqlarına hörmət əsasında bu rayonlarda
vəziyyətin siyasi yolla nizama salınmasına kömək göstərmək;
hər cür təcavüzkarlıq və beynəlxalq özbaşınalıq hərəkətlərini
dərhal və qətiyyətlə dəf etmək, mübahisəli məsələlərin həlli
üçün zor işlətməkdən və zor işlətmək həvəsindən imtina
edilməsi beynəlxalq həyat qanunu olmalıdır. Sovet İttifaqı bu
nöqteyi-nəzərdən məhəlli müqavilələr bağlamağa hazırdır.
- İkinci dünya müharibəsi nəticəsində dünyada əmələ
gəlmiş ərazi dəyişikliklərinin qəti şəkildə qəbul edilməsini əsas
tutmaq, bu qitədə gərginliyin zəiflədilməsinə və sülhə doğru
əsaslı dönüş yaratmaq, Ümumavropa müşavirəsinin
çağırılmasını və müvəffəqiyyətini təmin etmək, Avropada
kollektiv təhlükəsizliyin təmin edilməsi üçün bütün tədbirləri
görmək. Sovet İttifaqı Varşava müdafiə müqaviləsinin iş-
73
tirakçısı olan ölkələrlə birlikdə ifadə etdikləri belə bir fikri
təsdiq edir ki, Varşava müqaviləsi ilə Şimali Atlantika İttifa-
qının, eyni vaxtda ləğv edilməsinə, yaxud ilk addım olaraq on-
ların hərbi təşkilatlarının ləğv edilməsinə hazırdır.
- Nüvə silahını, kimyəvi və bakterioloji silahı qadağan
edən müqavilələr bağlamaq, nüvə silahı sınaqlarının, o
cümlədən yeraltı sınaqların hər yerdə və hamı tərəfindən
dayandırılmasına nail olmaq; dünyanın müxtəlif rayonlarında
nüvə silahı saxlanmayan zonalar yaradılmasına kömək etmək.
Sovet dövləti nüvə silahına malik olan bütün dövlətlərin nüvə
silahını tərk etməsinə, nüvə silahına malik olan beş dövlətin –
SSRİ, ABŞ, ÇXR, Fransa və İngiltələrinin bu məqsədlə
konfranslarının çağırılmasına tərəfdardır.
- Hər cür silahla sürətlə silahlanmanın dayandırılması
uğrunda mübarizəni gücləndirmək, Sovet İttifaqı tərksilah mə-
sələlərini bütövlükdə müzakirə etmək üçün Ümumdünya kon-
fransı çağırılmasına, xarici hərbi bazaların ləğv edilməsinə,
qoşunların qarşı-qarşıya durmasının xüsusilə təhlükəli olduğu
rayonlarda, Mərkəzi Avropada silahlı qüvvələrin və silahların
azaldılmasına tərəfdardır. Hərbi münaqişələrin təsadüfi baş
verməsi və ya qəsdən törədilməsi, böyüyüb beynəlxalq böhran-
lara, müharibəyə çevrilməsi ehtimalını azaldan tədbirlər işlənib
hazırlanmasını məqsədəuyğun hesab edir. Sovet İttifaqı hərbi
xərcləri, birinci növbədə iri dövlətlərin hərbi xərclərini azal-
tmaq haqqında razılığa gəlməyə hazırdır.
- Hələ də qalan müstəmləkə rejimlərini ləğv etmək haq-
qında BMT-nin qərarlarını tamamilə həyata keçirmək, irqçilik
və aparteid təzahürləri hamı tərəfindən pislənilməli və boykot
edilməlidir.
- Sovet İttifaqı əməkdaşlıq etmək istəyən dövlətlərlə
bütün sahələrdə qarşılıqlı fayda əsasında əməkdaşlıq
münasibətlərini dərinləşdirməyə hazırdır, təbii mühiti qoruyub
saxlamaq, enerji ehtiyatlarından və başqa təbii ehtiyatlardan
istifadə etmək, nəqliyyat və rabitəni inkişaf etdirmək, ən
74
təhlükəli və ən çox yayılmış xəstəliklərin qarşısını almaq və bu
xəstəlikləri ləğv etmək, kosmosu və Dünya okeanını öyrənmək
və onlardan istifadə etmək kimi problemlərin həllində digər
əlaqədar dövlətlərlə birlikdə iştirak etməyə hazırdır.
Lakin bu proqram heç də bütün dünya dövlətləri
tərəfindən birmənalı qarlışanmadı.
1970-ci ildə nüvə silahını yaymamaq haqqında
müqavilənin qüvvəyə minməsində SSRİ-nin böyük rolu oldu.
1971-ci ildə Berlinə dair 4 dövlət sazişi bağlandı. Qərbi
Berlinin müstəqilliyi təmin olundu. 1973-cü ilin oktyabrında
SSRİ-də ümümdünya sülh konqresi keçirildi. SSRİ 1973-1974-
cü illərdə İsrail-Ərəb müharibələrində Ərəb ölkələrinə
yaxından kömək etdi.
1975-ci ildə SSRİ-nin fəal iştirakı ilə Helsinki
müşavirəsində Avropada təhlükəsizlik və əməkdaşlıq
müşavirəsi (ATƏM) təşkilatı yarandı 1994-cü ildən bu təşkilat
ATƏT adlandı. 1978-ci ilin sonu 1979-cu ilin əvvəllərində Çin
Vyetnama qarşı hərbi müdaxiləyə başlasa da, SSRİ buna imkan
vermədi, Vyetnamı müdafiə etdi.
70-ci illərdə SSRİ ilə sosialist ölkələri arasında iqtisadi
əməkdaşlıq sahəsində müəyyən müvəffəqiyyətlər qazanıldı.
Sosialist ölkələrinin sənaye cəhətdən inkişafı, yanacaq-xammal
və energetika bazasını yaratmaq üçün onların səylərinin
birləşdirilməsi tələb edilirdi. Bu məqsədlə birgə obyektlər
tikildi ki, «Dostluq» qaz kəməri onlardan birincisi oldu. «Sülh»
energetika sistemi yaradıldı. Əməkdaşlığın genişlən-
dirilməsində QİYŞ mühüm rol oynayırdı.
1971-ci ildə QİYŞ üzvü olan ölkələr 15-20 il üçün
nəzərdə tutulmuş sosialist inteqrasiyasının kompleks
proqramını qəbul etdilər. 70-ci illərin axırlarında əməkdaşlığın
bir sıra sahələrində uzunmüddətli məqsədli proqramlar işlənib
hazırlandı və qəbul olundu. Lakin onlar bütövlükdə kompleks
inteqrasiya proqramı kimi, resurs, gözlənilən nəticə və məqsəd
75
nöqteyi-nəzərindən kifayət qədər işlənmədiyindən onların
reallaşdırılması ancaq ayrı-ayrı tədbirlərdən ibarət oldu.
70-ci illərin ikinci yarısında SSRİ-nin və digər sosialist
ölkələrinin həyatında çətinliklər artmağa başladı. Siyasi və
iqtisadi əməkdaşlığın yeni forma və metodlarının axtarışı,
əmtəə-pul münasibətlərinin təkmilləşdirilməsi tələb olunurdu.
Bu dövrdə SSRİ inkişaf etməkdə olan «üçüncü dünya»
ölkələrinə müxtəlif sənaye, tədris, kənd təsərrüfatı
müəssisələrinin tikilməsində, milli kadrlar, həkim, müəllim və
başqa mütəxəssislər hazırlanmasında yardım göstərirdi. Lakin
Sovet İttifaqı ilə bu ölkələr arasındakı münasibətlərə çox vaxt
Sovet rəhbərliyinin səhvləri və nöqsanları, müxtəlif nəzəri və
sosial-iqtisadi sxemlərin həyata keçirilməsi ardınca qaçmaq,
daxili və xarici amillərin, milli xarakterin, tarixi ənənələrin
kifayət qədər qiymətləndirilməməsi mane olurdu.
Əgər 60-cı illərin sonundan və 70-ci illərin sonuna qədər
olan dövr beynəlxalq gərginliyin zəifləməsi ilə əlamətdar idisə,
70-ci illərin sonundan 80-ci illərin ortalarına qədər olan dövr
isə silahların sürətlə artırılması, hələ tarixdə görünməmiş hərbi
qarşıdurma ilə yadda qaldı. Dünya hərbi qarşıdurmanın ən
təhlükəli hüdudlarından birinə yaxınlaşdı. Bu isə ilk növbədə
SSRİ və ABŞ tərəfindən əmələ gəlmiş reallıqlara yeni
yanaşmanı tələb edirdi. Beynəlxalq gərginliyin kəskin-
ləşməsinin səbəblərindən biri SSRİ və kapitalist ölkələrinin
siyasəti idi. Bu siyasətin əsasını SSRİ-nin nüvə müharibəsinin
qarşısının alınması strateji konsepsiyası təşkil edirdi. Həmin
siyasət fasiləsiz olaraq surətlə silahlanmaya, nəticədə isə nüvə
müharibəsinin mümkünlüyünə haqq qazandırırdı. Bu dövrdə
Brejnev rəhbərliyi isə sovet adamlarını inandırırdı ki, bey-
nəlxalq gərginliyin və müharibə təhlükəsinin güclənməsinin
başlıca səbəbi Qərbin hərəkətləridir. Bu dövrdə Brejnev rəhbər-
liyi xarici siyasətdə çox böyük səhvlərə yol verdi ki, bu da
sovet xalqına olduqca baha başa gəldi. Qarşı tərəfə cavab
76
«raketə raket», «təyyarəyə təyyarə», «tanka tank» xarakteri
kəsb etdi.
SSRİ silahlı qüvvələri bir sıra silahlara görə də ordunun
sayında olduğu kimi ABŞ-ı ötüb keçdi. Bu dövrdə Sovet xarici
siyasətinin digər nöqsanı Avropada orta mənzilli raketlərin
yerləşdirilməsi haqqında qərar oldu. Bu isə SSRİ-nin sülh və
tərksilahın xeyrinə olan ənənəvi siyasi və ictimai fəaliyyətinin
inandırıcılığını itirdi.
70-ci illərin sonu - 80-ci illərin ortalarında SSRİ-nin
beynəlxalq mövqeyində böhranlı vəziyyət əmələ gəldi. SSRİ
heç vaxt həmin dövrdəki kimi qüdrətli strateji potensiala malik
olmamışdı, sovet adamarı isə heç vaxt öz təhlükəsizliyi və
dünyada vəziyyət üçün belə böyük narahatlıq keçirməmişdi.
1979-cu ilin dekabrında SSRİ Əfqanıstanda qoşun
yerləşdirdi. Bunun üçün öz cənub sərhədlərinin təhlükəsizliyini
təmin etməyin, həmçinin Əfqanıstanda demokratiyanın
müdafiə etməyin zəruriliyi «səbəb» kimi irəli sürülürdü.
70-ci illərin sonlarında SSRİ-nin Avropanın sosialist
ölkələrində orta mənzilli raketləri yerləşdirməsi, həm də
Əfqanıstana qoşun yeritməsi onu dünya ictimaiyyətinin
nəzərində nüfuzdan saldı, onun sülh səylərinə inamı ciddi
surətdə sarsıtdı. O artıq demokratiyanın dayağı kimi öz
mövqeyini itirdi. Bu hadisələrdən sonra 1980-ci ildə Moskvada
keçirilən ümumdünya olimpiadasında bir çox dövlətlər iştirak
etmədi.
Y.V.Andropov (1982 – 1984-cü illər) və K.U.Çernen-
konun (1984-1985-ci illər) Sov.İKP-MK-nin Baş katibi
olduğu dövrdə SSRİ-nin daxili və xarici siyasəti. 1982-ci
ilin noyabrında Brejnevin vəfatından sonra Baş katib vəzifəsinə
onun yaxın silahdaşlarından biri, onun dövründə, Dövlət
Təhlükəsizlik Komitəsinin sədri olan, Stalinin dövrünün abı-
havasını özündə saxlayan Andropov Yuri Vladimiroviç gəldi.
1982-ci ilin noyabrında keçirilən Sov.İKP MK-nın
Plenumunda yaranmış vəziyyətdən çıxış yolu tapmağa çalışıldı.
77
Həmin plenumda Azərbaycan KP MK-nın birinci katibi
Heydər Əliyev Sov.İKP MK-nın Siyasi Bürosunun üzvü
seçildi. O həm də SSRİ Nazirlər Sovetinin birinci müavini
vəzifəsinə təyin edildi. Andropov ölkədə həllini gözləyən çoxlu
problemlər olduğunu etiraf etdi və göstərdi ki, təkcə şüarlarla
irəliləmək olmaz. Nəzəri planda etiraf edilirdi ki, Sovet
cəmiyyəti ziddiyyətlərdən xali deyildir. Həmin plenumda
Heydər Əliyev Siyasi Büronun üzvü seçildi və SSRİ Nazirlər
Soveti sədrinin birinci müavini təyin edildi. Andropovun
dövründə o vaxta qədər möhkəm gizlədilmiş bəzi faktların -
elmi-texniki tərəqqinin bir sıra mühüm istiqamətləri üzrə SSRİ-
nin ABŞ-dan geri qalması, ictimai intizam səviyyəsinin aşağı
düşməsi faktlarının üzərindən pərdə bir qədər götürüldü.
Y.V.Andropov yüksək hakimiyyət eşelonunda müntəzəm
surətdə qayda yaratmağa çalışan bir siyasətçi kimi ictimai rəy
formalaşdırdı. Daxili işlər naziri Şelekov, Sov. İKP MK katibi
Medunov vəzifəsindən götürüldü. Daha iyrənc korrupsiya
faktlarının təhqiqi üçün SSRİ Prokurorluğunun və Daxili İşlər
Nazirliyinin təcrübəli işçilərindən istintaq qrupları yaradıldı.
Andropov belə hesab edirdi ki, istehsalatda qayda-qanun,
intizam yaratmağa qətiyyətlə girişmək lazımdır. O, deyirdi ki,
ancaq yaxşı işləyənlər yaxşı yaşamalıdırlar. Andropov
həmçinin göstərirdi ki, intizam olmadan uğur qazanmaq da
olmaz.
Y.V.Andropovun başladığı siyasət ziddiyyətli olsa da, o,
ətrafındakılardan daha yüksək mədəni səviyyəsi, şəxsi
təvazökarlığı ilə frəqlənirdi. Lakin onun şəraiti dəyişmək üçün ən
sadə, yaxın ehtiyatlar axtarmaq təşəbbüsü, bir sıra qüvvələrin
sınanması eksperiment idi. Görünür, Y.V.Andropov rəhbərlərin
yeni nəslinin bütün sahələrdə yeni münasibətlər tapmalı olduğunu
başa düşürdü. Xarici siyasətdə inzibati-amirlik metodları yenə də
hökm sürməkdə idi.
Andropovun hakimiyyəti uzun sürmədi. Xəstə olduğuna
görə 1984-cü ilin fevralında o vəfat etdi. Onu Brejnevin dostu,
78
qoca və xəstə Konstantin Ustinoviç Çernenko əvəz etdi,
Çernenko özü müəllim olduğuna görə onun dövründə yeganə
görülən müsbət iş müəllimlərin maaşının artırılması oldu.
1984-cü ilin fevralından 1985-ci ilin martına qədər lap
qısa dövr durğunluq zamanlarının ən pis ənənələrinin bərpası
ilə xarakterizə olunurdu. Mühafizəkar qüvvələr iqtisadi həyatın
canlandırılması sahəsində nəzərdə tutulmuş tədbirləri
pozurdular.
1984-cü ilin sonunda partiyanın elmi-texniki siyasət
məsələlərinə dair çağırılmalı olan Plenumu təxirə salındı.
Amma meliorasiya məsələlərinə həsr olunmuş Plenum
keçirildi. Burada hədər yerə çox böyük miqdarda vəsaiti udan
hidromeliorasiya işlərinin davam etdirilməsinə əslində xeyir-
dua verildi.
Kütləvi informasiya vasitələrində SSRİ-də sosializmin
görünməmiş müvəffəqiyyətləri, ölkədə kommunizmin hiss
olunan rüşeymləri haqqında gürultulu nitqlər səsləndirilirdi.
1985-ci ilin martında K.U.Çernenko da vəfat etdi. Onu Mixail
Serqeyeviç Qorbaçov əvəz etdi.
SSRİ M.S.Qorbaçovun Sov.İKP MK-nin Baş katibi
olduğu dövründə (1985-1991-ci illər). M.S.Qorbaçovun Baş
katib olması ilə SSRİ-də və Avropanın sosialist ölkələrində
böyük sosial dəyişikliklərin əsası qoyuldu. Baş katib olduqdan
bir ay keçməmiş M.S.Qorbaçov 1985-ci ilin aprelində Sov.
İKP MK-nın xüsusi plenumunun çağrılmasına nail oldu. Bu
plenumda SSRi-nin sosial-siyasi və iqtisadi inkişafını
surətləndirmək strategiyası irəli sürüldü. Bundan məqsəd, onun
fikrincə, sosializmə yeni həyat vermək, cəmiyyətin yeni
keyfiyyət halına nail olmaq idi.
1986-cı ildə olan partiyanın XXVII qurultayında
Qorbaçov bu məsələləri daha ətraflı açdı, o göstərdi ki, sovet
adamlarında işgüzarlıq və sahibkarlıq hissi itdiyinə görə, bu
hissin yenidən tərbiyəsinə nail olmaq üçün yeni iqtisadi
siyasətə keçmək lazımdır. Bu XX əsrin 20-ci illərinin
79
əvvəllərində Sovet Rusiyasında həyata keçirilmiş yeni iqtisadi
siyasətdən keyfiyyətcə fərqlənməli və daha yüksək əsasda
olmalı idi. Qurultayda həmçinin partiya Nizamnaməsində bəzi
dəyişikliklər edildi və ölkənin 1986-1990-cı illəri əhatə edən
12-ci beşillik və 2000-ci ilə qədər sosial-iqtisadi inkişafı planı
da müzakirə edildi. Qurultayda xarici siyasət məsələləri çox
güclü səsləndi. M.S.Qorbaçovun adından 2000-ci ildə nüvəsiz
dünya qurulması barədə sovet sülh proqrammı elan edildi.
1986-cı ildə Sov. İKP MK və SSRİ Nazirlər Soveti
tərəfindən ölkədə geniş yayılmış sərxoşluq və alkoqolizmə,
zəhmətsiz gəlirlərə qarşı mübarizə haqqında qərarlar qəbul
edildi.
1987-ci ildə Qorbaçov «Yenidənqurma» xəttini irəli
sürdü. «Yenidənqurma» iqtisadi, siyasi sistemin formalaşması,
mədəniyyət, ideologiya və beynəlxalq münasibətlər sahəsini
əhatə etməli idi.
İqtisadi sahədə yenidənqurma o demək idi ki, 20-ci illərin
əvvəllərində tətbiq edilmiş yeni iqtisadi siyasətə qayıdılır, lakin
buna daha yüksək səviyyədə keçirilirdi. Kooperasiyaların
təşkilinə, sərbəst ticarətə, qarışıq iqtisadiyyata keçməyə icazə
verildi.
1987-ci ilin iyununda iqtisadi metodlarla idarə etməyə
üstünlük verən iqtisadi islahatlar proqramı qəbul olundu.
«Təsərrüfat hesablı sosializm» quruculuğuna keçildi. Lakin
təsərrüfat hesabının yeni iqtisadi metodları ilə yaxşı
hazırlanmış inzibati-amirlik metodlarını aradan qaldırmaq
mümkün olmadı. Aydın olurdu ki, cəmiyyətin siyasi
strukturlarını yeniləşdirmək üzrə dərindən iş aparmadan
təsərrüfatçılığın yeni iqtisadi metodları nəticə verməyəcəkdir.
Siyasi sistemin təkmilləşməsi məsələsində isə sovetlərin
roluna yenidən xüsusi diqqət yetirilməyə başladı. «Kadr
inqilabı» həyata keçirildi. 1985-1990-cı illərdə rəhbər partiya
işçilərinin 85%-i dəyişdirildi. «Sosialist hüquqi dövləti»nin
yaradılması, hakimiyyətin bölüşdürülməsi, real və çevik «sovet
80
parlamentarizmi»nin yaradılması ideyası irəli sürüldü. 80-ci
illərin sonunda iki dəfə xalq deputatları sovetinin qurultayı
keçirildi. SSRİ-də partiyanın diktaturasından əl çəkilməsi
prosesi başladı. Prezident vəzifəsi təsis edildi. 1990-cı ildə xalq
deputatları sovetinin II qurultayında Qorbaçov SSRİ-nin
prezidenti seçildi. O SSRİ-nin ilk və sonuncu prezidenti oldu.
SSRİ-də ideologiya və mədəniyyət sahəsində də böyük
dəyişikliklər oldu. Əqidə azadlığına, fikir müxtəlifliyinə imkan
yaradıldı. 1987-ci ildə cəmiyyətin mənəvi, mədəni və siyasi
həyatını yenidən qurmağı nəzərdə tutan «Aşkarlıq» xətti irəli
sürüldü. İctimai mübahisələr kəskinləşdi, diskussiyalar
başlandı, qəzet-jurnallarda, radio və televiziyada müxtəlif
baxışlar toqquşdu. Əvvəlcə Sov. İKP-nin XXVII qurultayında
(fevral, 1986) irəli sürülən «Aşkarlıq» ideyası partiyanın XIX
konfransının (iyun-iyul, 1988) «Aşkarlıq haqqında» qətnaməsi
ilə rəsmiləşdirildi. 1987-ci ilin yanvarında o, «daha çox
demokratiya, daha çox sosializm» devizi altında geniş vüsət
aldı.
«Aşkarlıq» cəmiyyətdə müxtəlif fikirlilik üçün səmərəli
şərait yaratdı. «Aşkarlıq» müxtəlif ideya, sosial, siyasi, milli,
dini cərəyanların kəskin münaqişəsinə səbəb oldu. Stalini, onun
yaratdığı sistemi müdafiə edənlər də oldu. «Aşkarlıq» insanlara
qərb dünyasını da açdı. O, cəmiyyəti dəyişdirməyin güclü
vasitəsi oldu.
1987-ci ildə yaradılmış komissiya tərəfindən Stalin
kütləvi siyasi təqiblərinin qeyri-qanuni olduğunun sübuta
yetirilməsi və yüz minlərlə adama bəraət verilməsinə nail
olunması «aşkarlıq» konsepsiyasının bəhrələri idi.
30-40-cı illərdə və 50-ci illərin əvvəllərindəki dövrdə
olmuş kütləvi təqiblərlə əlaqədar materialların əlavə
öyrənilməsi üzrə Sov. İKP MK Siyasi Bürosunun qərarı ilə
yaradılmış Komissiya 1988-ci ilin fevralında belə nəticəyə
gəldi ki, N.İ.Buxarin, A.İ.Rıkov və «sağ trotskiçi blok» adlanan
blok üzrə və başqaları barədə «işlər» saxtalaşdırılmışdır.
81
Moskva proseslərinin iştirakçıları Q.Y.Zinovyev,
L.B.Kamenev və bir çox başqalarına bəraət verildi. Bircə
Trotski bəraət almadı.
Yenidənqurma hər şeydən əvvəl insan psixologiyasında
yeni keyfiyyət dəyişikliklərinin yaranmasına gətirib çıxartdı.
Lakin ölkədə baş verən hadisələri sovet adamlarının heç də
hamısı dərhal başa düşmür və qəbul etmirdi. Ölkədə baş verən
bədbəxt hadisələr də çətinlikləri artırırdı. Bu ilk növbədə 1986-
cı ilin aprelində Çernobıl AES-dəki fəlakət, Uraldakı neft
kəmərindəki qəza idi.
Demokratik proseslər müttəfiq respublikalarda xalq
cəbhələrinin, zəhmətkeşlərin digər kütləvi birliklərinin yaran-
masına səbəb oldu. Təəssüf ki, bir sıra respublikalarda qanlı
toqquşmalar törədən ünsürlər demokratik hərəkatın yüksə-
lişindən istifadə etdilər. Azərbaycanda və Özbəkistanda in-
sanlar qaçqın vəziyyətinə düşdü. Bir çox aylar ərzində Sovet
adamlarının və dünya ictimaiyyətinin diqqəti Dağlıq Qara-
bağda və onun ətrafında əmələ gələn və Ermənistanın Azərbay-
candan ərazi iddialarına əsaslanan problemlərə cəlb edildi.
1989-cu ilin yanvarında Moskva Dağlıq Qarabağda A.Vol-
skinin rəhbərliyi altında Xüsusi İdarə komitəsi yaratdı. Dağlıq
Qarabağın idarəsi Azərbaycandan alınaraq Moskvaya verildi.
Bu vəziyyət daha da gərginləşdirdiyinə görə 1989-cu ilin
noyabrında Moskva onu ləğv etməyə məcbur oldu. Bu problem
indiyə qədər həll edilməmiş qalmaqdadır. Moskvanın
Ermənistanı müdafiə etməsi nəticəsində «Qondarma» Dağlıq
Qarabağ respublikası yarandı. Ermənistan onu özünə
birləşdirmək haqqında qərar qəbul etdi. Yeddi rayonumuz işğal
edildi. Bu torpaqlarımızın 20%-i demək idi. 18 min şəhid
verdik. Bir milyondan çox azərbaycanlı qaçqın-köçkün
vəziyyətinə düşdü. Yenidənqurma nəticəsində 80-cı illərin II
yarısında SSRİ-də milli münasibətlər müşkül şəklə düşdü.
82
1986-cı ildə Alma-ata, 1989-cu ildə Tbilisi, Vülnüs,
1990-cı ilin yanvarında Bakıda baş verən hadisələr bunun
parlaq nümunəsi idi.
Qorbaçovun yaratdığı «aşkarlıq» SSRİ-nin dağılması
üçün şərait yaratdı. 1990-cı ildə ilk dəfə Pribaltika
respublikaları SSRİ-dən ayrıldıqlarını bildirdilər, həmin ilin
martında isə onun tərkibindən çıxdılar.
1991-ci ilin martında SSRİ-nin tərkibində qalmaq və
qalmamaq barədə keçirilən referendumda digər sovet respu-
blikaları SSRİ-nin tərkibində qalmağa tərəfdar olduqlarını bil-
dirdilər. Lakin 1991-ci ilin auqust qiyamı bütün bunlara xətt
çəkdi. Qorbaçov Krımda istirahət edərkən Moskvada vitse-
prezident Yanayev, Dövlət Təhlükəsizlik Komitəsinin sədri
Kryuçkov, SSRİ Nazirlər Sovetinin sədri Pavlov, Daxili İşlər
naziri Puqo, SSRİ Müdafiə naziri Yazovun iştirakı ilə 1991-ci
il avqustun 19-21-də Fövqəladə Dövlət Komissiyası yaradıldı.
Bu komissiya SSRİ ərazisində dərhal 6 ay müddətində
fövqəladə vəziyyət elan etdi və bildirildi ki, 1985-ci ildən
əvvəlki dövlət strukturlarının hamısı fəvliyyət göstərir. Lakin o
zaman Rusiyanın prezidenti seçilən B.N.Yeltsin və Rusiya
Federasiyası Ali Sovetinin sədri R.Xaspulatov Moskva
zəhmətkeşlərini ayağa qaldırdı. Qiyam demokratik qüvvələrin
qələbəsi ilə başa çatdı. Qorbaçov yenidən Moskvaya qayıtdı.
Qiyamın təşkilatçıları həbs edildi. Ölkədə Sov. İKP-nin
fəaliyyəti dayandırıldı. Bu hadisədən bir qədər sonra 1991-ci
ilin dekabrın 8-də Belarusiyadakı Viskuli mehmanxanasında
Ukrayna, Belarusiya və Rusiyanın (S.Şuşinski, L.Kuçma,
B.N.Yeltsin) prezidentləri görüşərək 1922-ci il SSRİ-nin təşkili
haqqındakı müqavilənin qüvvədən düşdüyünü bildirdilər və
Müstəqil Dövlətlər Birliyinin (MDB) yaranması haqqında yeni
müqavilə bağladılar. Beləliklə, MDB təşkil edilmiş oldu.
1993-cü ilin sonuna qədər Pribaltika respublikaları və
Gürcüstan istisna olmaqla, keçmiş SSRİ-nin tərkibində olmuş,
83
o dağıldıqdan sonra müstəqililk qazanmış 11 respublika MDB-
nin üzvü oldu.
1991-ci ilin dekabrın 27-si SSRİ-nin mövcudluğunun
son günü oldu. O, dağıldı və bu nəhəng, Levifan dövlət
tarixdən silindi.
M.S.Qorbaçovun Sov.İKP MK-ın Baş katibi olduğu
dövrdə SSRİ-nin xarici siyasəti. Qorbaçov Sov.İKP MK-nın
Baş Katibi olduqdan sonra xarici siyasətdə də dəyişikliklər baş
verdi. Belə ki, SSRİ xarici aləm üçün, xarici aləm isə SSRİ
üçün dərk edilmiş oldu. Hərbi-iqtisadi istehsal və silahlanma
sahəsində ABŞ-la yarışda tab gətirməyi bacarmayan SSRİ
Qərb ilə Şərq arasında gərginliyi yumşaltmaq xəttini götürdü.
Qorbaçov öz xarici siyasətini « yeni siyasi təfəkkür
tərzi» adlandırdı və bu siyasətin mahiyyəti ondan ibarət idi ki,
dünyada böyük və ya kiçik dövlət yoxdur. Ən kiçik dövlət də
bəşəriyyətə böyük faydalar verə bilər. Ona görə də, inzibati
amirlik metodlarından əl çəkmək, ən kiçik dövlətin də
mənafeyi ilə hesablaşmaq lazımdır. Çünki dünya elədir ki,
vahid status-kvonu saxlamaq mümkün deyildir. Dünya daim
dəyişilir. Dünya dövlətləri bir-biri ilə ancaq qarşılıqlı əlaqədə
inkişaf edə bilər. Dünya dövlətlərdən birinin inkişafı digərinin
inkişafını şərtləndirir. Ona görə də ayrı-ayrı dövlətlərin
müdafiəsini deyil, bütün dünyanın müdafiəsini təşkil etmək
lazımdır. Qorbaçov hakimiyyətə gəldikdən dərhal sonra 1985-
ci ildə Cenevrədə, 1986-cı ilin oktyabrında isə Rekyavikdə
ABŞ prezidenti Reyqanla görüşdü.
1987-ci ilin dekabrın 8-də Vaşinqtonda SSRİ ilə ABŞ
arasında tarixdə ilk dəfə olaraq qısa mənzilli raketlərin məhv
edilməsi haqqında saziş imzalandı.
1989-cu ilin fevralında Sovet qoşunları Əfqanıstandan
çıxarıldı. Əfqanıstanda SSRİ-nin apardığı müharibə hər il ona
5 milyard rubla başa gəldi. Bu müharibə zamanı SSRİ-dən 15
min adam öldü, 35 min adam şikəst oldu, 300 nəfər isə itkin
84
düşdü. Sovet-əfqan müharibələri dövründə Əfqanıstan özünün
1 milyon vətəndaşını itirdi.
SSRİ və ABŞ dövlət başçılarının (M.Qorbaçov və C.Buş)
1989-cu il dekabrın 2-3-də Malta görüşlərindən sonra
beynəlxalq münasibətlərdəki gərginlik tamamilə zəiflədi.
1990-cı il (31 may-3 iyun) Vaşinqton zirvə görüşündə
Almaniyanın birləşməsi məsələsi müzakirə olundu. Görüşdən
sonra ABŞ SSRİ-nin təhlükəsizliyinə müdaxilə etməyəcəyi
barədə bəyanat verdi. Sovet rəhbərliyi isə öz növbəsində
Cənubi Afrikadakı, habelə, İran körfəzində, Cənub-Şərqi Asiya
və Mərkəzi Amerikadakı regional münaqişələrə yumşaq
münasibət bəsləyəcəyi öhdəliyini götürdü. SSRİ və ABŞ dövlət
başçılarının Vaşinqton (1990) və Moskva (1991) görüşləri
«Soyuq müharibə»yə son qoyulmasında çox mühüm addımlar
oldu. Görüşən tərəflər ilk dəfə strateji hücum silahlarının
ixtisar olunması, kimyəvi silahların çox hissəsinin məhv
edilməsi və onların istehsalından imtina olunması barədə
müqavilələr imzaladılar. 1990-cı ildə Parisdə keçirilən Avropa
ölkələrinin müşavirəsində imzalanan «Ümumavropa evi
yaratmaq haqqında» Xartiyaya (bunu bəzən «Paris Xartiyası»
da adlandırırlar) SSRİ də qoşuldu. 1991-ci ildə SSRİ-nin
razılığı ilə Varşava müqaviləsi təşkilatı və Qarşılıqlı iqtisadi
yardım şurası buraxıldı.
SSRİ-nin dağılması səbəbləri. Dünyanın nəhəng dövləti
hesab edilən SSRİ-nin dağılmasının səbəbləri aşağıdakılar idi:
- SSRİ-də obyektiv inkişaf qanunlarının kifayət qədər
nəzərə alınmaması, maddi maraq prinsipinə düzgün əməl edil-
məməsi;
– insanların psixologiyasına uyğun gələn xüsusi mül-
kiyyətçilik prinsipinə etinasız yanaşılması, bunun isə insan-
larda sahibkarlıq və işgüzarlıq hisslərinin itirilməsinə gətirib
çıxarması;
85
– iqtisadiyyatın ekstensiv inkişaf etdirilməsinin imkan-
larının tükənməsi və iqtisadiyyatda baş verən dəyişikliklərə
vaxtında düzgün siyasi qiymət verilməməsi;
– ETİ-nin nailiyyətlərinin istehsala vaxtında tətbiq
edilməməsi, elmin istehsalatdan ayrı düşməsi;
– SSRİ-nin dünya nümunələrinə uyğun məhsul isteh-
salında geriliyi (Məsələn, SSRİ dünya sənaye məhsulunun XX
əsrin II yarısında 20%-ni istehsal etsə də, bu məhsulun cəmi
14%-i dünya standartlarına uyğun gəlirdi);
- büdcənin xeyli hissəsinin hərbi pariteti saxlamaq
naminə ayrılması, bunun da əhalinin yaşayış səviyyəsinin aşağı
düşməsinə və sosial xərclərinin azalmasına gətirib çıxarması;
- milli məsələyə düzgün qiymət verilməməsi, milli
özünəxaslığa biganəliyin yaranması, hakimiyyətin yuxarı
eşalonlarda əsasən rusların yerləşdirilməsi, bunun nəticəsində
isə milli respublikalarda uzun müddət yığılıb qalan milli
incikliklərin üzə çıxması;
– ideologiya sahəsində bayağılığın baş alıb getməsi,
nəzəriyyənin praktikadan ayrı düşməsi;
- İnsan ləyaqətinin, insan şəxsiyyətinin qorunmasında
kobud səhvlərə yol verilməsi, insan amilinin kifayət qədər
nəzərə alınmaması;
- SSRİ-nin Əfqanıstana qoşun yeritməsi və Şərqi
Avropada orta mənzilli raketləri yerləşdirməsinin dünyada
demokratik dövlət kimi onu nüfuzdan salması;
- SSRİ-də istər daxili, istərsə də xarici siyasətin inzibati-
amirlik metodlarının hökm sürməsi, totalitar rejimin ən yüksək
nöqtəyə çatması, kommunist partiyasının diktatorluğu,
demokratiyanın məhdudlaşdırılması;
- fikir, əqidə azadlığına, çox partiyalılığa icazə
verilməməsi.
Bu həlledici amillərlə bərabər SSRİ-nin dağılması həm
də ABŞ başda olmaqla dünya kapitalizm sisteminin hələ İkinci
dünya müharibəsindən sonra dərhal başladığı «soyuq
86
müharibə»nin onların xeyrinə qələbəsinin nəticəsi idi. Çünki
dünya kapitalizm sistemi uzun müddət SSRİ-ni dağıtmaq üçün
xüsusi planlar tərtib etmiş və bu sahədə isə əsas diqqəti SSRİ-
nin milli cəhətdən parçalamağa vermişdilər. Burjua
ideologiyasının daha ətraflı işlənib hazırlanması, daha yaşlı və
təcrübəli olması və yayılma vasitələrinin genişliyi də mühüm
təsiredici amillərdən idi. «Bi-bi-si» (1932), «Amerikanın səsi
(1942)» «Azadlıq» (1952), «Azad Avropa» radio stansiyaları
SSRİ-nin xalqlarının dilində sutkada 120 saat-dan çox verilişlər
təşkil edirdi.
SSRİ-nin dağılmasının təsiredici səbəblərindən biri də
SSRİ rəhbərliyində hakimiyyətə gəlmiş Qorbaçovun
beynəlxalq və daxili amilləri nəzərə almadan yeritdiyi
strategiya və onu həyata keçirmək üçün istifadə etdiyi
taktikanın yalnışlığı idi. SSRİ dağıldıqdan sonra onun
tərkibində olan respublikalar Böyük Vətən müharibəsi
dövründən də ağır və çətin sınaqlara bir müddət məruz qalmalı
oldu. SSRİ-yə daxil olan milli respublikaların əhalisi çətin və
acınacaqlı keçid dövrünü yaşamış olsalar da, müstəqililyin nə
demək olduğunu da hiss etdilər.
Rusiya Federasiyası (RF) XX əsrin 90-cı illərində.
Hələ SSRİ dağılmamışdan əvvəl 1991-ci ilin iyun ayında
Rusiyada prezident seçkiləri keçirildi. Boris Nikolayeviç
Yeltsin Rusiyanın ilk prezidenti seçildi. 1991-ci ilin
sentyabrında Yeltsinin yaxın silahdaşlarından olan Qaydar
Rusiyada iqtisadiyyatı inkişaf etdirmək üçün monetar model
irəli sürdü. Bunun isə mahiyyəti ondan ibarət idi ki,
inflyasiyanın qarşısı alınsın. Ölkədə olan pul kütləsi ilə əmtəə
kütləsi bir-birinə uyğunlaşdırılsın. İqtisadiyyatın monetar
modeli aşağıdakı 3 istiqamətdə getməli idi:
1.
Qiymətlərin liberallaşdırılması.
2.
Daxili və xarici ticarətdə sərbəstlik.
3.
Özəlləşdirmə.
87
İşin çətinliyi onda idi ki, bu dövrdə belə iqtisadi siyasət
həyata keçirmək üçün Rusiyada kifayət qədər obyektiv və
subyektiv amillər yox idi. Bu model Almaniya, İspaniya, Çilidə
tətbiq edilmişdi. Almaniya ABŞ, İngiltərə və Fransanın işğalçı
qoşunlarının həmin ərazidə yerləşdirilməsinə, İspaniya Franko
diktaturasına, Çili sərt Pinoçet rejiminə arxalanaraq tətbiq
edilmişdi. Lakin Rusiyada bu model ortaya atılarkən
demokratiyadan daha çox anarxiyaya bənzər bir şərait var idi.
Bu siyasətin yeridilməsi inflyasiyanın güclənməsinə gətirib
çıxartdı.
1991-ci ilin dekabrında SSRİ-nin süqutundan sonra
Rusiya özünü SSRİ-nin və onun qızıl ehtiyatlarının yeganə
varisi elan etdi. Nüvə silahları ərazisində yerləşən Qazaxıstan,
Ukrayna, Belarusiya razılıq verdilər ki, bu silahların hamısı
Rusiyanın əlində cəmlənsin. Qara dəniz məsələsi müzakirə
edilərkən Rusiya tələb edirdi ki, Qara dəniz donanmasına
birbaşa rəhbərlik etmək üçün Sevastopol Rusiyanın əlində
qalsın. Lakin Ukrayna bununla razılaşmadı. Bu məsələ indiyə
qədər öz həllini tapmamışdır. Rusiyanın başçılığı altında 1991-
ci il dekabrın 8-də Müstəqil Dövlətlər Birliyi yaradıldıqdan
sonra Pribaltika ölkələri bu quruma daxil olmaqdan tamamilə
imtina etdilər. Onlar Qərbyönümlü siyasət yeritməyə başladılar
və tələb etdilər ki, Rusiya öz qoşunlarını onların ərazisindən
çıxartsın. Qoşunların çıxarılma prosesi 1994-cü ildə başa çatdı.
90-cı illərin əvvəllərində Rusiyanın yaxından iştirakı və
köməyi ilə əhalisinin əksəriyyətini ruslar təşkil edən
Moldovadakı Dnestrboyu ərazilər öz müstəqilliklərini elan
etdilər. Gürcüstanda Abxaziya və Cənubi Osetiya da bu yolla
getdi.
SSRİ dağıldıqdan sonra bütün respublikalarda
kommunist rejimi ləğv edilsə də, yalnız Türkmənistan və
Özbəkistanda bu rejimlər özlərini saxlaya bildilər.
1992-ci il mayın 15-də Rusiya və Xəzər sahilində olan
keçmiş SSRİ respublikaları arasında Xəzər donanmasının
88
bölüşdürülməsi ilə əlaqədar qərar qəbul edildi. Xəzər
donanmasının 25%-i Azərbaycana verildi.
1992-ci ilin yayında Rusiyada özəlləşdirmə haqqında
qərar qəbul edildi. 1992-ci ilin oktyabrın birində özəlləşdirmə
çekləri paylanmağa başlandı. Tezliklə Rusiyada 40 min
müəssisə özəlləşdirildi, bankların sayı 2000-ə, birjaların sayı
isə 300-ə çatdı. Lakin özəlləşdirmə prosesi Rusiyanın
inkişafına mənfi təsir göstərdi.
1990-cı illə müqayisədə, 1992-ci ildə istehsal sənayedə
16,2, kənd təsərrüfatında 4% azaldı. 1993-cü ilə qədər milli
gəlir 57, sənaye məhsulu istehsalı 63, kapital qoyuluşu isə 43%
aşağı düşdü. İnflyasiya 20-25% artdı. 1993-cü ildə qiymətlər
100 dəfədən çox artdı. Ölkədə işsizlərin sayı 8 milyonu ötüb
keçdi.
1992-ci ilin martın 31-də Rusiya ilə onun subyektləri
arasında ittifaq müqaviləsi bağlandı. Həmin müqaviləyə əsasən
Rusiyanın tərkibinə 21 muxtar respublika, 6 ölkə, 49 vilayət,
11 muxtar vilayət daxil edildi. Çeçenistan, Başqırdıstan,
Tatarıstan və Yakutiya bu müqaviləni bağlamaqdan imtina
etdilər. Ancaq tezliklə müəyyən şərtlərlə Başqırdıstan və
Yakutiya bu müqaviləni bağladı.
1994-cü ildə Tatarıstan da müəyyən güzəştlərlə
müqaviləni imzalamağa razılıq verdi. Çeçenistan isə indiyə
qədər bu müqaviləni imzalamamışdır.
1991-ci ilə qədər Çeçen-İnquş adlanan muxtar vilayət
1991-ci ilin sonlarında 2 yerə ayrıldı. Çeçenistan özü müstəqil
fəaliyyət göstərməyə başladı. 1992-ci ildə Çeçenistan özünü
müstəqil dövlət elan edərək Cövhər Dudayevi ilk prezidenti
seçdi. Cövhər Dudayev ölkədə 15 minə qədər nizami ordu
yaratdı. Hadisələrin belə cərəyan etdiyini görən Rusiya
prezidenti Yeltsin 1994-cü ilin noyabrında «Çeçenistanda
konstitusiyanın pozulmasının qarşısını almaq haqqında»
fərman imzaladı. Oraya rus qoşunları yeridildi. Birinci rus-
çeçen müharibəsi başlandı.
89
1996-cı ildə Cövhər Dudayev öldürüldü. Onun
ölümündən sonra Çeçenistanın prezidenti Aslan Məshədov
oldu. Cövhər Dudayevdən fərqli olaraq kompromisə meyl
gösttərən Aslan Məshədov Rusiya ilə danışıqlar aparmağa razı
oldu.
1996-cı ilin sonunda I rus-çeçen müharibəsi başa çatdı və
Xasavyurd sazişi bağlandı. Həmin sazişə əsasən rus qoşunları
Çeçenistandan geri çəkildilər. Lakin Çeçenistanın yenidən
mübarizəni davam etdirməsi 1999-cu ildə II rus-çeçen
müharibəsinin başlanmasına səbəb oldu. Bu müharibə indiyə
qədər davam edir. 2005-ci ilin martın əvvəllərində Aslan
Məshədov qətlə yetirildi.
1993-cü ildə Rusiyada siyasi vəziyyət xeyli kəskinləşdi.
Belə ki, Xalq Deputatları Qurultayı və Ali Sovetlə prezident
arasında səlahiyyətlərin bölüşdürülməsi məsələsi kəskin
ixtilaflara səbəb oldu. Bütün hakimiyyəti öz əlində cəmləyən
Ali Sovet və Xalq Deputatları Qurultayı prezidentlə hesab-
laşmırdılar. Qaydar baş nazir vəzifəsindən azad edildi.
Parlamentdə tərəfdarları az olan Yeltsin hələlik onlarla
hesablaşmağa razı oldu. Çernomırdinin baş nazir təyin
edilməsinə razılıq verdi. Lakin Yeltsin 1993-cü ilin iyul ayında
elan etdi ki, qarşıdan gələn avqust ayı ciddi artilleriya hazırlığı,
sentyabr və oktyabr ayları isə ciddi döyüş aylarıdır.
1993-cü ilin sentyabrın 21-də Yeltsin gözlənilmədən
televiziya ilə çıxış etdi və bildirdi ki, həm Ali Sovet, həm də
Xalq Deputatları Qurultayı buraxılır və onların səlahiyyətləri
bitmiş hesab edilir. Bu Ali Sovetdə çaxnaşmaya səbəb oldu.
Onlar Yeltsinin vəzifədən çıxarıldığını, bu vəzifəyə Rutskoyun
seçildiyini bildirldilər. Lakin Yeltsin Silahlı Qüvvələrə
arxalanaraq 1993-cü ilin oktyabrın 3-4-də Ali Sovetin binasını
mühasirəyə aldı. 140 adam bu prosesdə ölsə də, bina tutuldu.
Xaspulatov başda olmaqla müxalifət qüvvələri həbs edildi.
90
Beləliklə, Rusiya Federasiyasında Yeltsin şəriksiz
hakimyyətə nail oldu. O, qeyri-legitim (qanunazidd) yolla
sovetlərin də fəaliyyətini dayandırdı.
1993-cü ilin dekabrın 12-də Rusiya parlamentinə, yəni
keçmiş adı yenidən bərpa edilən Dumaya seçkilər və Rusiya
Federasiyasında yeni konstitusiya layihəsi ilə əlaqədar
referendum keçirildi. Konstitusiyaya görə Rusiyada prezident 4
il müddətinə seçilir və böyük səlahiyyətlərə malik idi.Lakin hər
hansı şəxs bu vəzifəyə ancaq iki dəfə seçilə bilərdi. Parlamentə
seçkilər 4 ildən bir keçirilməli idi.
1995-ci ildə Dumaya keçirilən seçkilərdə ən çox səsi
Zuqanovun başçılıq etdiyi Kommunist partiyası topladı. 1996-
cı ilin iyun ayında növbəti prezident seçkiləri keçirildi.
Prezidentliyə namizəd: Yeltsin, Zuqanov və Lebed idi. Birinci
turdan sonra Zuqanovun qələbə qazana biləcəyini hiss edən
Yeltsin hiylə işlədərək Lebedi öz tərəfinə çəkdi. Onu
Təhlükəsizlik Komitəsinin katibi təyin etdi və onun səslərini
özünə götürərək II turda qalib gəldi. Lakin prezident
seçkildikdən az sonra o, Lebedi vəzifəsindən uzaqlaşdırdı.
1999-cu ilin dekabrın 31-də Yeltsin öz vəzifəsindən
istefa verdiyini və səlahiyyətlərini baş nazir V.Putinə həvalə
etdiyini bildirdi. V.Putin qanuni yolla 2000-ci ilin may ayında
Rusiya Federasiyasının prezidenti oldu. O, 2004-cü ilin martın
14-də keçirilən prezident seçkilərində də yenidən qələbə
qazandı.
90-cı illərdə Rusiyanın siyasi həyatında çoxpartiyalı
sistem formalaşdı. Ölkənin siyasi həyatında Jironovskinin
başçılıq etdiyi millətçi liberal-demokratlar, Zuqanovun başçılıq
etdiyi yaşlı nəsil içərisində böyük nüfuza malik olan
Kommunist, Çernomırdinın başçılıq etdiyi «Naş dom»,
Lapşinin başçılıq etdiyi «Aqrarilər», Yavlinskinin başçılıq
etdiyi «Yabloko», Pextunun başçılıq etdiyi «Edinstvo»,
Nemsevin başçılıq etdiyi «Sağ qüvvələrin ittifaqı», «Oteçes-
tvo» partiyaları mühüm rol oynayırdı.
91
Rusiyada 2008-ci ilin martın 2-də keçirilən prezident
seçkilərində Dmitrii Medvedev qələbə çaldı. 2008-ci ilin mayın
6-da V.Putin prezident kürsüsünü tərk etdi. Mayın 7-də isə yeni
prezident D.Medvedevin andiçmə mərasimi oldu. V.Putin isə
RF-nin baş naziri təyin edildi. O, həm də «Vahid Rusiya»
Dostları ilə paylaş: |