Microsoft Word s?may?kitab?sas doc



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə4/76
tarix19.05.2023
ölçüsü1,29 Mb.
#116780
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   76
avropa-v-amerika-lklrinin-n-yeni-tarixi-mustafayeva-smay-mmmd-qz-2023-05-16


partiyasının sədridir. 
2008-ci ilin dekabrında Rusiya Federasiyasında 
konstitusiyada dəyişikliklər edilməsi ilə əlaqədar referendum 
keçirildi. Referendum nəticəsində prezidentin səlahiyyət 
müddəti dörd ildən altı ilə qaldırıldı. 
XX əsrin 90-cı illərində Rusiya Federasiyasının xarici 
siyasəti. Bu dövrdə Rusiya Federasiyası öz xarici siyasətində 
NATO-nun şərqə doğru genişlənməsinin qarşısını almaq üçün 
müasir dünyanın sürətlə inkişaf edən dövlətləri olan Çin və 
Hindistanla münasibətləri yaxşılaşdırmağa xüsusi diqqət 
yetirdi. 1996-cı ildə B.Yeltsin Çinə səfər zamanı belə bir ifadə 
işlətdi ki, hazırda biz, yəni Çin və Rusiya dünyaya diktə
edirik.
1997-ci ilin martında Varşavada B.Yeltsinlə Bill Klinton 
arasındakı danışıqlarda Rusiya tələb etdi ki, o, NATO-nun 
qərarları üzərinə veto qoymaq hüququna malik olsun. 
B.Klinton bunu qəbul etməməklə bərabər belə bir şərtlə 
razılaşdı ki, Rusiyanın sərhədinə yaxın olan ölkələrdə NATO-
nun hərbi bazaları yerləşdirilməsin. B.Yeltsinin Qafqaza 
münasibətini «böyük bir minus» hesab edən V.Putin Rusiyanın 
Cənubi Qafqaza diqqətinin artırılmasının vacibliyini göstərdi. 
İsrail-ərəb münaqişələrində Rusiya ərəbləri müdafiə edirdi.
1994-1995-ci və 1998-ci illər Yuqoslaviya hadisələri 
zamanı Rusiya Kosovo albanlarını deyil, Yuqoslaviya rəhbər-
liyini müdafiə etdi. Xəzərin statusu məsələsində Rusiyanın 
mövqeyi Azərbaycan və Qazaxıstanla üst-üstə düşür. 1997-ci 
ilin Denver Sammitində Rusiya Federasiyası «Yeddilər qru-
puna» daxil oldu və qrup «Yeddi+bir» adlandı. 1998-ci ildən 
isə rəsmi olaraq bu qrup «Səkkizlər qrupu» adlanmağa başladı. 


92
1999-cu ilin noyabrında ATƏT-in İstanbul sammitində iştirak 
edən Rusiya prezidenti B.N.Yeltsin Çeçenistan məsələsində 
sərt mövqe tutduğunu bir daha bildirdi və sammiti 
nümayişkarənə surətdə tərk etdi.Son illərdə NATO-nun şərqə 
doğru genişlənməsi, Polşada radar qurğuları yerləşdirməsi, 
Ukrayna və Gürcüstanın NATO-ya girmək istəyi Rusiyada çox 
böyük narahatlığa səbəb olmuşdu. 2008-ci ilin avqustunda RF 
ilə Gürcüstan arasında «beşgünlük müharibə» kimi tarixə daxil 
olan müharibə oldu.Rusiya hazırda dünya siyasətində aparıcı 
rol oynayan dövlətlərdən biridir. 
III. ALMANİYA 
Almaniya Ikinci dünya müharibəsindən sonrakı ilk 
dövrdə. AFR və ADR-in təşkili. Almaniya Ikinci dünya 
müharibəsində də məğlub oldu. Birinci dünya müharibəsində 
Almaniyanın öz ərazisi o qədər də dağıntıya məruz 
qalmamışdı. Lakin İkinci dünya müharibəsi dövründə 
Almayniyanın şərqi və mərkəzi sovet silahları qüvvələri, qərbi 
isə ingilis-fransız qoşunları tərəfindən bir xarabazara 
çevrilmişdi. Müharibə nəticəsində Almaniya 13,5 milyon adam 
itirmişdi ki, bunlardan 6,9 milyonu sovet cəbhəsindən geri 
qayıtmamışdı. Krım və Potsdam konfranslarının qərarlarına 
əsasən Almaniya Oder və Neyse çaylarının qərb sahillərini 
Polşaya, Kalininqrad vilayətini isə SSRİ-yə verməli oldu. 
Həmin ərazilərdə yaşayan 9 milyon alman qaçqın vəziyyətində 
Almaniyaya qayıtmış, mənzilsiz və ərzaqsız qalmışdı. 
Almaniyada sənaye istehsalı müharibə dövründə 30% azalmış 
və əhalinin həyat səviyyəsi müharibədən əvvəlkinə nisbətən 
30% aşağı düşmüşdü. Maddi itkilər həm də böyük maliyyə 
böhranına səbəb olmuşdur. Dövlət borcları 1938-ci ilin 
sonundakı 27,2 milyard markadan 1945-ci ilin mayına kimi 
377,3 milyard markaya qalxmışdı. İnflyasiya müharibədən 
əvvəlki dövrlə müqayisədə 600% təşkil edirdi. İş günü 16 saata 


93
qədər uzanmışdı, əmək haqqı isə 1940-cı il səviyyəsində 
qalırdı. Ən dəhşətlisi əhalidə çox böyük ruh düşükünlüyünün 
olması idi.
İkinci dünya müharibəsinin Almaniya üçün ən faciəli 
nəticələrindən biri də onun vahid dövlət kimi varlığını itirməsi 
idi. Almaniyanın taleyi məsələsi antihitler koalisiyasına daxil 
olan əsas dövlət başçılarının müharibədən sonrakı dünyanın 
tənzimlənməsində müzakirə etdikləri ən başlıca məsələ idi. 
1944-cü ilin sentyabrında ABŞ-ın maliyyə naziri Henri 
Morqantaunun Almaniya barəsində işləyib hazırladığı plan 
müttəfiqlərin Kvebekdəki konfransında bəyənildi. Bu plan 
Almaniyanın ərazisinin müttəfiqlər arasında bölünməsi, onun 
sənaye potensialının və kənd təsərrüfatının stimullaşdırılması 
üzərində ciddi beynəlxalq nəzarət qoyulmasını tələb edirdi. Bu 
plan müttəfiqlərin Yalta konfransında da bəyənildi. 1945-ci ilin 
iyul ayının 17-si ilə avqust ayının 2-si arasında olan Potsdam 
konfransında Almaniyanın ərazisi dörd - şərqi-sovet, şimal-
şərqi-ingilis, qərbi-fransız, cənubu isə ABŞ-ın işğal zonasına 
bölündü. Həmin işğal zonalarında bu dövlətlərin qoşunları 
saxlanılırdı. Sovet işğal zonası Almaniya ərazisinin 40%-ni, 
əhalisinin 30%-ni, istehsal potensialının isə 33%-ni əhatə 
edirdi. SSRİ Almaniyadan Qərb dövlətlərinin xeyrinə olaraq 
qızıl almaqdan imtina etdi, lakin qərb işğal zonasından sənaye 
avadanlığının 10%-ni almaq hüququnu özündə saxladı. 
Almaniyanın donanması SSRİ, ABŞ və Böyük Britaniya 
arasında bölüşdürülmüşdü. Almaniyaya aid ümumi məsələlər 
isə həmin dövlətlər tərəfindən təyin edilmiş nəzarət şurası 
tərəfindən yekdillik prinsipi əsasında həll edilirdi. Sovet işğal 
zonasına Jukov, ingilis işğal zonasına Manthomeri, fransız 
işğal zonasına Latr de Tassini, ABŞ işğal zonasına isə ikinci 
cəbhənin komandanı olmuş Eyzenhauer başçılıq edirdi. 
Nəzarət şurası Almaniyada «D» planını həyata keçirməli idi. 
Həmin plana əsasən Almaniya tamamilə silahsızlaşdırılmalı, 
faşizmin kökü kəsilməli, o, demokratik dövlətə çevrilməli idi. 


94
1945-ci ilin noyabrından 1946-cı ilin oktyabrına qədər 
Nürnberqdə Beynəlxalq tribunal hərbi və nasist canilərinin 
işinə baxdı. Cinayətin dərəcəsinə görə ittiham olunanlar beş 
qrupa bölünürdü. Ən şiddətli cəzaya əsas günahkarlar məruz 
qaldılar. İttiham olunanların, demək olar ki, 95%-i bəraət aldı. 
1946-cı ilin iyunun 30-dan dörd işğal zonası rəhbərlərinin 
razılaşması nəticəsində sovet və qərb işğal zonaları arasında 
insanların və malların hərəkəti üzərində ciddi nəzarət rejimi 
həyata keçirilməyə başladı. Bu rejim yalnız dörd işğal zonasına 
bölünmüş. Berlinə aid edilmədi. Bu da onun dəfələrlə 
mübahisə mənbəyi olmasına gətirib çıxartdı. Lakin 
müharibənin son dövründə müttəfiqlər arasında yaranan fikir 
ayrılıqları və qarşıdurma Almaniyanın vahid dövlətdə birləş-
məsinə mane oldu, onun parçalanmasını labüd etdi.
SSRİ Almaniyanı bitərəf dövlət kimi görmək istəyirdi, 
qərb dövlətləri isə onun kapitalizm quruluşunda qalmasını 
istəyirdilər. 
Müharibənin qurtarması Qərbi Almaniyanın müxtəlif 
təbəqələrinin siyasi fəallığını canlandırdı. İlk dövrlərdə qərb 
zonasında antifaşist təşkilatları fəallıq göstərirdi. Dövlət Krup, 
Flik, Rexlinq, «İQ-Farbenindustri» firmasının müəssisələrini, 
həmçinin Rur metallurgiya müəssisələrini müsadirə etdi və 
milliləşdirdi. Lakin tezliklə qərb işğal zonasında, yəni ingilis, 
fransız və amerikan zonasında müharibədən sonra dərhal SSRİ-
yə qarşı dura biləcək qüdrətli Almaniyanı bərpa etmək məsələsi 
ön plana keçdi. Artıq müttəfiqlər bu zonada Almaniyanı 
zəiflətmək planından əl çəkərək təzminatı dayandırdılar. 
Həmçinin ona avadanlıq və ərzaqla kömək etməyə başladılar. 
1945-1946-cı illərdə Qərb zonada yerli özünüidarə orqanları 
təşkil edildi. Nasist partiyasının keçmiş üzvləri həbsdən azad 
edilərək ölkənin siyasi və təsərrüfat həyatında fəal iştirak 
etməyə başladılar. Eyni zamanda antifaşist təşkilatlar 
sıxışdırılmağa başladı. 1946-cı ilin dekabrında ingilis və 
amerikan işğal zonaları birləşərək Bizoniya təşkil etdilər.


95
1948-ci ilin fevralında isə Fransa işğal zonası da buna 
qoşularaq Trizoniya təşkil edildi. 1948-ci ilin iyunun 20-də 
qərb zonasında inflyasiya hökm sürdüyünə görə şərq zonası 
nəzərə alınmadan seperat pul islahatı keçirildi. Qiymətdən 
düşmüş reyx-marka alman markası ilə, yəni doyçmarka ilə 
əvəz edildi. Pulun dəyəri birə on qat artırıldı. Belə ki, əhaliyə 
40 marka əvəzinə 40 doyçmarka verilirdi. Qalan pullar isə 6,5-
in 100-ə nisbətində ödənilirdi. Qalan 65% pullar ləğv edildi.
Təqaüdüdlər, əmək haqları, müavinatlar 1:1 nisbətində yenidən 
hesablanılırdı. Bütün keçmiş dövlət öhdəliklərinin hamısı ləğv 
edildi. Bu hadisə SSRİ tərəfindən qəti etiraza səbəb oldu. 
Nəticədə SSRİ 1948-ci ilin iyunun 24-də qərbi Berlini 
mühasirəyə aldı. Bu zaman müttəfiq dövlətlər «Berlinin 
havaya qalxması» əməliyyatı həyata keçirərək oradakı əhalini 
aviasiya vasitəsi ilə ərzaqla təchiz etdilər. Yeni dünya 
müharibəsinin başlanacağından qorxuya düşən Stalin Berlinin 
mühasirəsindən əl çəkmək barədə əmr verdi. 1948-ci ilin 
avqustun 30-da aparılan dövrdtərəfli danışıqlar nəticəsində 
Berlində qərb markası götürüldü. Xüsusi statusa Malik Qərbi 
Berlin təşkil edildi. Almaniyada əvvəl pul çoxluğu, mal qıtlığı 
var idisə, pul islahatından sonra isə mal çoxluğu, pul qıtlığı 
başladı. Ölkə iqtisadiyyatı canlandı. Ən çox neftçıxarma, 
maşınqayırma, elektrotexnika, avtomobil və digər sahələr 
inkişaf etməyə başladı. 1948-ci ilin iyunun 24-də Sovet işğal 
zonasında da köhnə markalar xüsusi kuponlarla əvəz edildi.
İkinci Dünya müharibəsindən sonra Almaniyanın qərb 
işğal zonasında sinfi qüvvələrin yenidən qruplaşması baş verdi. 
Faşizm dövründə fəaliyyəti qadağan edilmiş sosial-demokrat 
və kommunist partiyaları açıq fəaliyyətə başladılar. Onlar 
birləşmək istədilər. Lakin sosial-demokratların sağ qanadının 
başçısı Kurt Şumaxer Hannoverdə «büro» təşkil etdi və 
birləşməyə qarşı çıxdı. 1945-ci ilin oktyabr ayının 5-6-da 
sosial-demokratlar öz konfranslarını çağırıb özlərini bütün 
Qərbi Almaniyada yeganə sosial-demokrat partiyası elan 


96
etdilər. Almaniya sosial-demokrat partiyası o zaman Almaniya-
da ən çox saylı partiyalardan biri idi. 1948-ci ildə onun 
üzvlərinin sayı 711 min nəfəri ötmüşdü. Almaniya kommunist 
Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin