Partiyasının namizədi Prio Sokarrasa qələbə qazandı. O, 1952-
ci ilə qədər Kubanın prezidenti oldu. Ölkədə sağa doğru dönüş
baş verdi. Demokpatik azadlıqlar ləğv edildi, kommunistlərin
kütləvi həbsi başlandı. ABŞ-a uyğun siyasət yerdildi. Ölkədə
fəhlə tətilləri və kəndli hərəkatı gücləndi. Bundan qorxuya
düşən ABŞ-ın hakim dairələri demokratik dairələrin
hakimiyyətə gəlməsinin qarşısını almaq üçün 1952-ci il martın
10-da çevriliş etdilər və öz tərəfdarları general Batistanı
261
hakimiyyətə gətirdilər. O, 1952-ci il aprelin 4-də «Konstitusiya
statusu» adlı sənəd imzaladı ki, bunun əsasında 1940-cı il
konstitusiyası təxirə salındı, zəhmətkeşlərin hüquqlarını
məhdudlaşdırmaq siyasəti yeridildi. Parlament idarə üsuluna
son qoyuldu. Batista əslində diktator oldu.
Xarici siyasətdə Kuba ABŞ-a tabe oldu. Latın
Amerikasının irticaçı rejimlərini müdafiə etdi. 1952-ci il
aprelin 3-də SSRİ ilə diplomatik əlaqələri kəsdi.
Bu dövrdə əhalinin həyat səviyyəsi aşağı düşdü. İşsizlərin
sayı 650 min idi. 1952-1954-cü illərdə əmək haqqı 14,5% az
oldu. Kubanın ABŞ tərəfindən istismarı gücləndi. 1954-cü ildə
ABŞ-ın Kubaya kapital qoyuluşu 1 mlrd. dollar idi. Bütün bu
hallar isə ölkədə antiimperialist, antifeodal inqilab üçün şəraiti
yetişdirdi.
Bu diktaturaya qarşı ilk çıxış edənlərdən biri 1926-cı ildə
anadan olmuş, iri torpaq sahibinin oğlu, Havana Universitetinin
hüquq fakültəsini bitirmiş Fidel Kastro Rus oldu. 1956-cı il
iyulun 26-da gənclərdən ibarət təxminən 100 nəfərlik qrup
Santyaqo-de Kuba şəhərindəki kazarmalara hücum edib silah
ələ keçirmək istəsə də, bu cəhd uğursuz oldu. Onların bir çoxu
öldürüldü, qalanlar isə hərbi tribunala verildi. Bu hadisə «26
iyul hərəkatı» kimi tarixə daxil oldu və diktaturaya qarşı
mübarizənin başlanğıcı oldu. İki ildən sonra Kastro və onun
yoldaşları xalqın tələbi ilə həbsdən azad edildilər. Onlar
Meksikaya gedib orada «26 iyul hərəkatı» adlı inqilabi-
demokratik təşkilat yaratdılar. Ölkədə isə «İnqilabi Direktorat»
tələbə təşkilatı fəaliyyət göstərirdi.
1956-cı il dekabrın 2-də «Qranma» motorlu yaxtasında
ağır dəniz keçidindən sonra F.Kastronun 82 nəfərdən ibarət
dəstəsi Kuba sahilinə çıxdı. Dəstədə Fidelin qardaşı Raul,
Kamilo Syenfusqos, Argentina inqilabçısı Ernesto (Ce) Qevera
və b. vardı. Batista əsgərləri ilə döyüşdə onlardan ancaq 22
nəfəri sağ qaldı və üsyançı ordunun dəstəyi oldular. «İnqilabi
Direktorat»dan olan bir qrup gənc 1957-ci il martın 13-də
262
Havanada Prezident Sarayına hücum etdi, lakin hamısı həlak
oldu.
Diktatura ilə mübarizəyə xalq kütlələrinin geniş
təbəqələri – tələbələr, xırda burjuaziya, şəhər və kənd
təsərrüfatı fəhlələri qoşuldular. Batistanın burjua-demokratik
azadlıqları ləğv etməsindən narazı qalan burjuaziyanın bir
hissəsi də bu hərəkata maddi yardım göstərirdi. 1958-ci ilin
iyulunda Fidel Kastro «26 iyul hərəkatı» adından diktaturaya
müxalif olan bütün partiya və təşkilatların iştirakı ilə Mülki
İnqilabi Cəbhənin yarandığını elan edən «Syerra
Bəyannaməsi»ni imzaladı.
Üsyançılar tezliklə hər yerdə hücuma keçdilər. 1959-cu il
yanvarın 1-də Batista ölkədən qaçdı, sonrakı gün isə üsyançı
ordunun hissələri Syenfusqos və Qiveranın komandanlığı
altında Havanaya daxil oldular. Paytaxtda Müvəqqəti hökumət
təşkil edildi. Müvəqqəti hökumət Batista vaxtında seçilmiş
konqresi buraxdı, bir çox məmurları məhkəməyə verdi, köhnə
cəza aparatını ləğv etdi, demokratik azadlıqları bərpa etdi,
əmək haqqını artırdı. 1959-cu ilin fevralında F.Kastro baş
komandan vəzifəsini özündə saxlamaqla hökumət başçısı oldu.
1959-cu ilin mayında verilən aqrar islahat haqqında
qanuna əsasən latifundiyaçılıq sistemi əvəzi ödənilmədən
dövlət mülkiyyətinə və kooperativlərə çevrilirdi ki, bu da bir
çox dövlət xadimlərinin etirazına, nəticədə isə vəzifələrindən
götürülmələrinə səbəb oldu. Onların yerini «26 iyul hərə-
katı»nın rəhbərləri tutdular.
Bu dövrdə ABŞ ilə münasibətlər kəskinləşdi. ABŞ
amerikan şirkətlərinin əllərindən alınmış torpaqları üçün
kompensasiya verilməsini tələb edirdi. ABŞ Kubaya ixracını
azaldanda bu münaqişə daha da dərinləşdi. ABŞ Kubaya neft
göndərməkdən və kredit verməkdən imtina etdi. Buna cavab
olaraq Kuba hökuməti SSRİ-dən alınmış nefti emal etməkdən
imtina edən ABŞ şirkətlərini, sonra isə ABŞ və onun
vətəndaşlarının bütün mülkiyyətini milliləşdirdi. 1960-cı ilin
263
yanvarında ABŞ Kuba ilə diplomatik münasibətləri kəsdi.
Artıq Kubada dövlət sənaye istehsalının 90%-nə nəzarət
edirdi, becərilən torpaqların 40%-dən çoxu dövlət mülklərinə
və kooperativlərə məxsus idi. Ona görə də Kuba rəhbərliyi elan
etdi ki, inqilab yeni mərhələsinə – sosialist mərhələsinə daxil
olmuşdur. Lakin sosializm quruculuğuna keçid mürəkkəb
daxili və xarici şəraitdə həyata keçirilirdi. Ölkənin daxilində
yeni hakimiyyətin düşmənlərinin silahlı dəstələri fəaliyyət
göstərirdi. ABŞ-ın təzyiqi altında ADT Latın Amerikası
ölkələrinin Kuba ilə münasibətlərini kəsməsi haqqında qərar
qəbul etdi. Prezident Kennedi Kuba ilə ticarət üzərinə embarqo
qoydu. Yeni hücum təhlükəsindən ehtiyat edən Kuba rəhbərliyi
kömək üçün Sovet İttifaqına müraciət etdi. SSRİ gizli şəraitdə
Kubaya orta mənzilli raketlər və hərbi xidmətçilər göndərdi.
Buna cavab olaraq ABŞ 1962-ci il oktyabrın 22-də özünün
hərbi qüvvələrini döyüş vəziyyətinə gətirərək Kubanın
tamamilə blokadada olduğunu elan etdi. Nüvə müharibələri
təhlükəsi əmələ gəldi. Karib böhranı danışıqlar yolu ilə nizama
salındı. ABŞ bildirdi ki, Kubaya hücum etməyəcəkdir, SSRİ
isə öz raketlərini onun ərazisindən çıxartdı.
Kuba SSRİ və ona müttəfiq olan dövlətlərlə iqtisadi və
siyasi əlaqələr yaratdı. SSRİ Kuba iqtisadiyyatının inkişafına
kömək göstərdi, şəkərin alıcısı oldu. SSRİ Kubadan şəkəri
dünya qiymətlərindən baha alırdı.
Sosializm quruculuğunda siyasi rəhbərliyi həyata keçirən
«26 iyul hərəkatı», «İqilabi direktorat» və Xalq Sosialist
Dostları ilə paylaş: |