partiyasında sağlar və sollar arasında mübarizə kəskinləşdi.
1946-cı ildə sağlar İnstitut inqilab partiyasını (İİP) təşkil
etdilər. Onun məqsədi Meksikaya məxsus konstitusiyalı
sosializm qurmaq idi. Pariyanın sol qanadının lideri, Avila
Kamaço hökuməti dövründə daxili işlər naziri olmuş Migel
Alema 1946-cı ilin iyununda prezident seçildi (1946-1952). O,
ABŞ meylli siyasət yeritməyə başladı. ABŞ kapitalının ökəyə
müdaxiləsi gücləndi. 1947-ci ildə Aqrar kodeksinə əlavələr
olundu. İri torpaq sahiblərinin hüquqları genişləndirildi.
Müharibədən sonrakı ilk illərdə Meksikanın iqtisadi
vəziyyəti pisləşdi. Zəhmətkeşlərin həyat səviyyəsi aşağı düşdü.
Kənd təsərrüfatı fəhləsi şəhər fəhləsinin 25%-i miqdarında
əmək haqqı alırdı. 1946-cı ildən başlayan tətillər ancaq 1956-cı
ildə dayandırıldı. Fəhlə hərəkatının zəifləməsinin səbəbi sağ
rəhbər dairələrin sosial demoqoqiyası və həmkarlar hərəkatının
parçalanması idi. 1947-ci ilin martında reformistlər Meksika
zəhmətkeşlər Konfederasiyası üzərində nəzarəti həyata
keçirməyə başladılar. 1947-ci ilin dekabrında o iki yerə
parçalandı. Onların tərkibində 500 min adam var idi.
266
1949-cu ildə Meksikada sülh uğrunda birinci kontinental
konqres, 1951-ci ildə isə sülh tərəfdarlarının milli konqresi
keçirildi.
Meksika XX əsrin 50-60-cı illərində. 1952-ci ilin
prezident seçkilərində İnstitut inqilab partiyasından namizəd
irəli sürülmüş Ruis Kartines (daxili işlər naziri idi) qalib gəldi.
Ona dünyada demokratik hərəkatın artmasını və Meksika
xalqının antiimperialist əhval-ruhiyyəsini nəzərə almaq lazım
gəldi. Korrupsiya əleyhinə tədbirlər görüldü. Qadınlar kişilərlə
bərabər hüquq aldılar.
Meksika bir qədər müstəqil xarici siyasət yeritməyə
başladı. Meksika ABŞ-la hərbi yardım haqqında pakt
bağlamaqdan imtina etdi. Uranın alınması və digər strateji
materialların üzərində ABŞ inhisarlarının müstəsna hüququ ilə
razılaşmadı. Onun su ərazisindən ABŞ-ın balıqçı gəmiləri
qovuldu. ABŞ Meksika qoşununu Koreyaya göndərməyi
bacarmadı. Meksika hökuməti 1953-cü ildə Koreya
məsələsinin sülh yolu ilə həll edilməsi haqqında sovet təklifini
müdafiə etdi. Meksika Qvatemalada Arbenesin hökumətinin
ABŞ tərəfindən devrilməsinə qarşı çıxış etdi.
50-cı illərin sonunda Meksika iqtisadiyyatında enmə
əmələ gəldi. Zəhmətkeşlər qiymətlərin armtasına qarşı
mübarizəni gücləndirdilər. Mübarizənin gedişində müstəqil
həmkarlar ititfaqı yarandı.
50-ci illərdə Meksikanın kənd təsərrüfatının inkişafı
sürətləndi. 1940-cı illə müqayisədə 1960-cı ildə kənd
təsərrüfatı məhsulları istehsalının həcmi 3 dəfə artdı. Meksika
özünü ətlə, taxılla və digər ərzaq məhsulları ilə təmin etdi.
Kənddə kapitalist münasibətləri inkişaf etməyə başladı. Lakin
ölkədə 2,5 milyon kəndli torpaqsız idi. Fəhlə sinfinin sayı 6,5
milyona çatdı. Kənd təsərrüfatında 3 milyona yaxın fəhlə var
idi.
Meksikada bu dövrdə maliyyə-sənaye və aqrar
oliqarxiyası gücləndi. Bu dövrdə Meksikada 24 milyarder
267
vardı. Bununla birlikdə Meksikanın xarici kapitaldan, ilk
növbədə ABŞ-dan asılılığı qalmaqda idi. 60-cı illərdə ölkənin
ABŞ-a borcu 4,8 mlrd. dollar idi. Xarici ticarətdə böyük kəsir
var idi.
1958-ci ildə İnstitut inqilab partiyasının namizədi Lopes
Mateos prezident seçildi. Onun hökuməti bir sıra islahatlar
keçirdi, dövlət bölməsi genişləndirildi. 1961-ci ildə 80%-i ABŞ
inhisarlarına aid olan elektro-energetika sənayesi milliləş-
dirildi. Metallurgiya kompaniyasının səhmləri ABŞ-dan alındı.
Kino sənayesi milliləşdirdi. Dağ-mədən sənayesində xarici
inhisarların hüquqları məhdudlaşdırıldı. Kredit, qiymətlərin
nizama salınması sahəsində tədbirlər görüldü.
Hökumət aqrar islahatda da dərinə gedərək 16 milyon
hektar torpağı kəndlilərə satdı. Boş torpaqların icarəyə
götürülməsi haqqında qanun ləğv edildi. Qolçomaq təsərrüfatı
inkişaf etməyə başladı.
Konstitusiyaya bir neçə əlavə edildi. «Zəhmətkeşlərin
müəssisəsinin gəlirinin bölünməsində iştirakı», «Minimum
əmək haqqı», «Qadın əməyinin kişilərlə bərabər ödənilməsi»,
«Yeniyetmələrin əməyinin məhdudlaşdırılması» haqqında
qanunlar qəbul edildi.
Xarici siyasətdə Mateos müstəqil antiimperialist xətt
götürdü. Sosialist ölkələri ilə əlaqələr genişləndirildi. 1964-cü
ildə ABŞ-ın təzyiqi ilə təkcə Meksikadan başqa, bütün Latın
Amerikası ölkələri Kuba ilə diplomatik əlaqələri kəsdilər.
Mateos Latın Amerikasını nüvəsiz zona etmək təklifi ilə çıxış
etdi.
1961-ci ildə demokratik qüvvələr «Milli azadlıq uğrunda
hərəkat» təşkilatını yaratdılar. 1963-cü ilin yanvarında bir
milyon adamı birləşdirən Müstəqil kəndli mərkəzi meydana
gəldi. 1964-cü ildə Meksika qadınlarının milli ittifaqı, 1966-da
Demokratik tələbələr milli mərkəzi təşkil edildi. Müstəqil
prezident seçmək məqsədi ilə 1963-cü ildə Xalq Seçki cəbhəsi
təşkil edildi. O kəndli lider Ramona Dansosa Palotinonu irəli
268
sürdü. Lakin sol qüvvələrdə birlik yox idi. Sosialist partiyası İİ
P-ni müdafiə etdi.
1964-cü ildə keçirilən seçkilərdə İİ P-nin namizədi daxili
işlər naziri Dias Ordas prezident seçildi. O, əvvəlkilərin
siyasətini davam etdirdi. Milli kapitalı artırmaq üçün tədbirlər
görüldü. 1965-ci ilin yanvarında kortesdə belə bir qanun qəbul
edildi ki, ölkənin maliyyə-kredit əməliyyatlarında xaricilərin
iştirakı qadağan edilsin. Kənd təsərrüfatına kredit buraxıldı.
Fəhlə hərəkətinə qarşı Ordas hökuməti sərt tədbirlər gördü. 60-
cı illərin sonunda Meksikada sosial vəziyyət pisləşdi. 1968-ci
ilin payızında tələbələrin çıxışları başladı. Lakin bütün çıxışlar
yatırıldı.
Meksikanın təşəbbüsü ilə 1968-cü ildə Latın Amerikası
sərbəst ticarət assosiasiyası təşkil edildi. Meksika 1965-ci ildə
ABŞ-ın Dominikan Respublikasına müdaxiləsini pislədi və
Amerika dövlətlərinin birgə silahlı qüvvələrinin yaranmasına
qarşı çıxış etdi.
Meksika XX əsrin 70-ci illərində. Ölkənin siyasi
həyatında yenə də əsas rol İİ P-yə məxsus idi. 1970-ci ilin
iyunun 5-də parlament və prezident seçkiləri keçirildi. Luis
Eçeverriya prezident seçildi. O da islahatları davam etdirdi. 70-
ci illərin birinci yarısında Meksika iqtisadiyyatının inkişafı
surətləndi. 1970-ci illə müqayisədə 1975-ci ildə sənaye
məhsulu istehsalı 6% artdı. 1970-ci ilin aprelində «Əmək haqqı
haqqında», 1973-cü ildə «Sosial təminat haqqında» qanun
qəbul edildi. 1970-ci ildə verilən dekretə görə qara
metallurgiya, sement, aliminium sənayesi sahəsində xarici
kapital 49%-dən çox olmamalı idi.
1965-ci ildən 1970-ci ilə qədər 373,6 min kəndli 23
milyon ha torpaq aldı.Aqrar islahat haqqında qanuna əsasən
1972-ci ildən kənd təsərrüfatının sənayeləşdirilməsi və
intensivləşdirilməsi başlandı. Meksika hökuməti
proqramlaşdırılmış iqtisadiyyat xətti həyata keçirməyə başladı.
1974-cü ilin dekabrında Milli İnkişaf İnstitutu təşkil edildi.
269
1974-cü ilin yanvarında əmək haqqı 22% artırıldı, qiymətlər
üzərində nəzarət qoyuldu. Bu perezidentin nüfuzunu artırdı.
Bununla bərabər inflyasiya da artdı. 70-ci illərin
əvvəllərində ölkədə 4 milyon işsiz var idi. 70-ci illərin
ortalarında Meksika da dünyada başlanan iqitsadi böhranının
təsiri altına düşdü. Sənaye istehsalı azaldı. Kənd təsərrüfatı
məhsulları 3,5 % aşağı düşdü.
1976-cı ildə keçiriləcək prezident seçkiləri ərəfəsində
müxtəlif sosial qrupların fəallığı artdı. Ölkənin siyasi həyatına
1974-cü ildə yaradılmış Meksika zəhmətkeşlər partiyası, 1975-
ci ildə təşkil edilmiş Zəhmətkeşlərin sosialist partiyası daxil
oldu.
1975-ci ilin əvvəllərində Meksika Çin ilə diplomatik
əlaqələri yaratdı.
1976-cı ilin iyulun 4-də keçirilən prezident seçkilərində
İİR-nin namizədi Xose Lopes Portilyo prezident seçildi. Bu
vaxt ölkədə iqitsadi inkişaf tempi zəifləmişdi, inflyasiya,
işsizlik artmışdı. 1976-cı ilin sentyabrından bütün malların
qiyməti 25% artdı. Eyni zamanda ölkədə milliləşmə,
«meksikalaşma» prosesi getdi.
1977-ci ilin dekabrında parlament seçki islahatı haqqında
qanunu bəyəndi. Demokratik hüquqlar artdı. 1978-ci ilin
oktyabrında Meksika Konsitusiyasına «Layiqli və sosial
əhəmiyyətli əmək hüququ haqqında» maddə əlavə edildi.
1975-ci ildə 250 min həmkarlar ititfaqı üzvü Müstəqil
həmkarlar birliyi təşkil etdilər.
Sosialist və inkişaf etməkdə olan ölkələrlə münasibətlər
yaxşılaşdı. 1979-cu ildə o, Nikaraqua demokratik hökumətini
tanıdı.
Meksika XX əsrin 80-90-cı illərində. 80-ci illərin
əvvəllərində iqitsadi vəziyyət pisləşdi. Sənaye istehsalı 10%
aşağı düşdü. 1982-ci ildə 1,5 min toxuculuq, 4,4 min ayaqqabı
müəssisəsi bağlandı. Ancaq neft sənayesində yüksəliş oldu.
Əgər 1981-ci ildə Meksikanın 32,1 milyard dollar xarici borcu
270
var idisə, 1985-ci ildə 100 milyard dollar oldu. Xüsusilə 1985-
ci ildə olan zəlzələdən Mexiko çox zərər çəkdi.
1980-ci ildə Lopes Portilyo 1980-1982-ci illər üçün plan
irəli sürdü. Planda əhalinin məşğulluğunun artırılması xüsusilə
nəzərdə tutulurdu. Maarif və səhiyyyənin inkişafana fikir
verilməyə başladı.
1981-ci ildə MKP və sol partiyalar birləşib Meksika
vahid sosialist partiyasını təşkil etdilər.
1982-ci ilin iyulundakı prezident seçkiərində yenə İİP-nin
namizədi qələbə çaldı. M.Urtado prezident seçildi. Ölkənin
düşdüyü çətin vəziyyətdən çıxarmaq birinci dərəcəli vəzifə idi.
1984-1985-ci illərdə ölkədə maliyyə-valyuta çətinlikləri
artdı. Neftin qiymətinin aşağı düşməsi Meksika üçün böyük
çətinlik törətdi. «Sərt qənaət» siyasəti yeridilməyə başlandı.
Xaricdən mal gətiriməsi 61,4% azaldıldı. Ölkə böhrandan
1985-ci ildə yaxa qurtardı 1988-1994-cü illərdə iqitsadi
inkişafda ciddi nailiyyətlər əldə etdi. Bu illərdə ölkənin
prezidenti Karlos Salinas de Qartori idi.
1994-cü ilin prezident seçkilərində İİP-dən E.Sedilyo
qələbə çaldı. 1994-cü ilin sonunda ölkənin maliyyə vəziyyəti
kəskin surətdə pisləşdi. Milli valyuta devalvasiya edildi.
İqtisadi böhrandan çıxmaq üçün fövqəladə tədbirlər proqramı
hazırlandı. Beynəlxalq maliyyə təşkilatları Meksikaya yardım
etdilər. 1997-ci ildə ölkə iqitsadi böhrandan qurtardı və
yenidən iqitsadi artım başlandı.
90-cı illərdə də prezident idarəsi siyasi sistemin
sabitliyinə nəzarət edirdi. Konstitusiyaya görə dövlət başçısına
praktiki olaraq qeyri-məhdud səlahiyyətlər və öz varisini irəli
sürmək hüququ verilmişdi. Meksikada deyilir ki, «prezident»
hər şeyə qadirdir.
Meksika xarici siyasətdə Reyqan xəttindən imtina etdi.
1980-ci ildə Şimali Koreya ilə diplomatik əlaqə yaratdı.
Meksika ADR-lə bir sıra müqavilələr bağladı. 90-cı illərdə
Meksikanın xarici siyasətinin əsas prinsipləri müstəqillik və
271
başqalarının işinə qarışmamaq idi. 90-cı illərdə ABŞ və
Kanada ilə də çoxsahəli münasibətlər inkişaf etdi. 1994-cü ildə
onların arasında azad ticarət zonası yaradıldı.
Meksika hazırda dünyada baş verən qloballaşma
prosesində yaxından iştirak edir.
BRAZİLİYA
Braziliya İkinci dünya müharibəsindən sonrakı ilk
illərdə (1945-1950-ci illər). 1939-1941-ci illərdə Braziliya öz
bitərəfliyini elan etdi. Lakin sonra antifaşist koalisiyaya girdi.
Müharibə milli sənayenin inkişafına təkan verdi. Avropa ilə
əlaqələr pozuldu. Bu dövrdə ölkədə 10 min sənaye müəssisəsi
tikildi. Volta-Redonda tikilən metallurgiya kombinatı 1946-cı
ildən başlayraq hər il 1 milyon ton polad verməyə başladı.
Braziliyada milli burjuaziyanın mövqeyi gücləndi.
Bununla yanaşı, ABŞ kapitalının ölkəyə nüfuzu da artdı. 1945-
ci ildə Braziliyanın xarici ticarət dövriyyəsinin 50%-i ABŞ-ın
payına düşürdü. Bu pay 1938-ci ildə isə cəmi 29% təşkil edirdi.
Müharibə qurtardıqdan sonra Barqas hökuməti əhalinin
demokratik, antiimperialist əhval-ruhiyyəsini nəzərə almaq
məcburiyyətində qaldı. 1945-ci ilin aprelində Braziliya SSRi
ilə diplomatik əlaqələr yaratdı. 1945-ci ilin aprelin 18-də siyasi
məhsublar üçün amnistiya elan edildi. Prestes həbsdən azad
edildi. 1945-ci ilin mayında seçki hüququ haqqında qanun
verildi. 1945-ci ilin mayın 28-də siyasi partiyaların fəaliyyətinə
icazə verildi. Seçki yaşı 18 yaş müəyyən edildi. Seçkilər
ümumi, bərabər, gizli olmalı idi.
Cənubun mülkədarları, tacirləri, bankirləri Sosial-
demokrat partiyasının yaratdılar. Onlar faşistpərəst general
E.Dutranı prezidentliyə namizəd göstərdilər. Latifundistlər, iri
burjuaziya və ziyalıların bir hissəsi Milli-demokratik ititfaqda
birləşdilər. Onlar general Qomesin namizədliyini irəli
sürdülər. Milli-trabalist (fəhlə) partiyası (Varqas yaratmışdı)
Dutranın namizədliyini müdafiə edirdi. Bütün bu partiyalar və
272
katolik kilsəsi antikommunist əhval-ruhiyyədə idi. Yerli və
xarici mühafizəkarların təhriki ilə hərbçi yuxarı dairələr başda
müdafiə naziri general Monteyro olmaqla 1945-ci ilin oktya-
brında paytaxtı öz nəzarəti altına götürdülər. Varqas öz səlahiy-
yətlərindən əl çəkməyə məcbur oldu. Braziliyanın müvəqqəti
prezidenti Ali Məhkəmənin sədri Linyares elan edildi. Belə bir
şəraitdə 1945-ci ilin dekabrında keçirilən prezident seçkilərində
Dutra qalib gəldi. Dutra hökuməti ABŞ-la bağlı olan maliyyə
oliqarxiyasının nümayəndələrindən təşkil edildi. 1946-cı ilin
sentyabrında yeni Konstitusiya layihəsi bəyənildi.
Konstitusiyada demokratik hüquqlar təsbit edildi. 14 yaşa
qədər uşaqların əməyi qadağan edildi. Dövlət təbii sərvətləri
milliləşdirmək, iri mülkiyyəti müsadirə etmək, xarici
kampaniyalar üzərində nəzarət qoymaq hüququ aldı. Bununla
belə, Konstitusiya iri burjuaziya və mülkədarların hakimiy-
yətini gücləndirdi.
1946-cı ildə beşiillik plan təsdiq edildi və onun bir hissəsi
yerinə yetirildi. ABŞ üçün qapılar açıldı. Onun dövründə ABŞ-
ın Braziliyaya kapital qoyuluşu 1946-cı ildəki 323 milyon
dollardan 1951-ci ildə 803 milyon dollara çatdı.
1947-ci il mayında BKP (Braziliya Kommunist partiyası)
Braziliya zəhmətkeşləri konfederasiyası, 1949-cu ilin mayında
isə sülh tərəfdarlarının fəaliyyəti qadağan edildi.
Xarici siyasətdə Braziliya ABŞ-ı müdafiə edirdi. 1947-ci
ilin sentyabrında ABŞ-la «Qərb yarım kürəsinin birgə mü-
dafiəsi haqqında» pakt imzalandı. Sovet İttifaqı ilə diplomatik
əlaqələr kəsildi.
Bununla belə, 1949-cu ilin sentyabrında Dutranın iri neft
kampaniyalarını xarici investorlara icarəyə vermək təklifini
parlament qəbul etmədi.
Braziliya XX əsrin 50-60-cı illərində. 1950-ci il pre-
zident seçkiləri kəskin mübarizə şəraitində keçdi. Jetulio
Varqas antimperialist proqramla çıxış etdiyi üçün qələbə
qazandı və prezident seçildi. O, hökumətə müxtəlif partiyaların
273
nümayəndələrini cəlb etdi. Daxili və xarici siyasətində daxili
milli, həmçinin daxili və xarici mühafizəkar qüvvələri nəzərə
almalı oldu.
50-ci illərdə Braziliyada avtmobil, neft, sement, qara
metallurgiya istehsalı artdı. Braziliya aqrar-sənaye ölkəsinə
çevrildi.
1951-ci ilin dekabrında Varqas ABŞ-la neftə aid
qarşılıqlı səhmdar cəmiyyət yaratmaq təklifi ilə konqresdə çıxış
etdi. 1953-cü ilin oktyabrın 3-də konqres onun bu təklifi təsdiq
etdi. «Petrobraz» səhmdar cəmiyyəti yaradıldı. Burada neftin
51% dövlətə, 49%-ı isə Braziiliya xüsusi kompaniyalarına və
ayrı-ayrı sahibkarlara məxsus idi. Xarici kapital neft sənayesinə
buraxılmadı. O, dövlət inhisarına keçirildi. Bu mütərəqqi
qüvvələrin böyük qələbəsi demək idi.
1954-cü ilin aprelində konqresə dövlət elektroenergiya
kompaniyası olan «Elektrobraz» səhmdar cəmiyyətinin təşkili
haqqında qanun layihəsi təqdim edildi.
Varqasın hakimiyyəti dövründə ölkədə iqitsadi çətinliklər
artdı. Üç il quraqlıq kəndlərdə minlərlə adamın acından
ölməsinə səbəb oldu. Eyni zamanda 70 min latifundiyaçı bütün
torpaq sahələrinin 62,33%-ni ələ keçirdi. Kəndli müharibələri
baş verdi. Hökumət aqrar islahat keçirməyi planlaşdırmağa
məcbur oldu.
Xarici siyasətlə ABŞ-la əlaqələr möhkəmləndirildi. 1952-
ci ildə ABŞ-la hərbi yardım haqqında saziş bağlandı. 1954-cü
ildə Braziliya ABŞ-ın Qvetamalaya qarşı təcavüzünü bəyəndi.
Koreyaya qarşı müharibəyə xalq etiraz etdi. «Milli azadlıq»
komitəsinin konfransı 1954-cü ilin aprelində milli azadlıq
xartiyasını qəbul etdi.
Belə mürəkkəb şəraitdə Varqas siyasi təcridçilik mövqe-
yində durdu. İrticaçı hərbi dairələr ABŞ-ın köməyi ilə başda
vitse-prezident Filyo olmaqla qəsd hazırladılar. 1954-cü ilin
avqustun 23-də Varqas qəsdçilərdən onun istefasını tələb edən
ultimatum aldı və istefaya getməyə məcbur oldu. Yeni höku-
274
mətə Filyo və qəsdçilər daxil oldular. Lakin onlar nefti xarici
kompaniyalara verməyi bacarmadılar.
1955-ci ilin oktyabrında keçirilən prezident seçkilərində
sosial-demokratların lideri Kubiçek qalib gəldi. Kubiçek
hökuməti mühasirə vəziyyətini ləğv etdi. Ölkənin sənayeləş-
dirilməsi xəttini götürdü. Lakin bu xəttin reallaşması ancaq
ABŞ-dan maliyyə köməyi almaqla mümkün oldu. 60-cı illərdə
orta illik sənaye məhsulu istehsalı artdı. Neft çıxarılması 1960-
cı ildə 29 milyon 380 min barel oldu. 1950-ci ildə isə cəmi 340
min barel neft çıxarılmışdı. Mərkəzləşmə və təmərküzləşmə
getdi. 1% müəssisələr istehsal edilən məhsulun 46,4%-ni
verirdi. Kənd təsərrüfatı geridə qalırdı.
1960-cı ilin aprelin 21-də paytaxt Rio-de–Janeyrodan
Braziliyaya köçürüldü.
Kubiçek hökuməti müstəqil xarici siyasət yeritməyi
bacarmadı. O, ABŞ-la qeyri-bərabər müqavilələri ləğv etsə də,
Fernandu-di Naronda adasını hərbi baza adı altında ona
satmağa məcbur oldu.
1960-cı ilin oktyabrında keçirilən prezident seçkilərində
Milli-demokratik ititfaqın nümayəndələrindən biri, San-Paul
ştatının qubernatoru Janio Kuadros qələbə çaldı. O, milli
iqitsadiyyatı inkişaf etdirmək xətti götürdü. Xarici istiqrazların
ödənilməsi üzərində möhlət qoydu.
Xarici siyasətdə o, müstəqil xətt götürdü, SSRİ ilə ticarət
əlaqələrini genişləndirdi. Kubaya qarşı təcavüzü müdafiə
etmədi. Bu ABŞ və daxili oliqarxiyanı təmin etmədiyi üçün
1961-ci ilin avqustun 25-də hərbi nazir Deniz və digər irticaçı
generallar Kuadrosu istefaya getməyə məcbur etdilər. Buna
cavab olaraq vətənpərvər qüvvələr «Milli azadlıq cəbhəsi»
təşkil etdilər.
Yeni Prezident Qulart (1961-1964-cü illər) suverenlik
xəttini götürdü. Mütərəqqi islahatlar keçirdi. 1961-ci ilin
noybarında o, SSRİ ilə diplomatik əlaqələri bərpa etdi.
Amerika dövlətləri təşkilatının 1962-ci ildəki konfransında
275
Braziliya Kubanı müdafiə etdi. Fernandu-di Narondanın
satılması dayandırıldı. Sağ qüvvələr sakit dayanmasa da, 1963-
cü ildə keçirilən referendumda Qulart qələbə qazandı.
Prezidentin səlahiyyətlərini məhdudlaşdırmaq haqqında maddə
konstitusiyaya əlavə edilmədi. Bütün bunlar Qularta daha çox
sosial-iqtisadi tədbirlər görməyə imkan verdi. O, 1962-ci ilin
yanvarında Riu-Qrandi-du-Sulda aqrar islahat keçirilməsi
haqqında dekret imzaladı. maliyyə və təhsil sahəsində də
islahat keçirildi. 1963-cü ilin dekabrında neft ixracı üzərində
dövlət inhisarı qoymaq haqqında dekret verildi. 1964-cü ildə
xarici kampaniyaların gəliri 10% həcmində məhdudlaşdırıldı.
500 ha-dan artıq torpağın milliləşdirilməsi haqqında dekret
verildi.
Qulartı «ölkəni Moskvaya tabe etməkdə»
təqsirləndirdilər. 1964-cü il martın 1-də irticaçı hərbi dairələr
Minas-Jerays ştatında antihökumət qiyamı təşkil etdilər. Onları
San-Paul və Quanbara ştatının qubernatorları müdafiə etdilər.
Qulart qətiyyətsizlik göstərərək ölkəni tərk etdi. Aprelin 2-də
hakimiyyət qiyamçıların əlinə keçdi. Aprelin 11-də prezident
marşal Kostelo Branko seçildi, 1967-ci ildə isə onu marşal
Kosta əvəz etdi. 1965-ci ilin oktyabrın 25-də qəbul edilən
İnstitut aktına əsasən prezident fövqaladə səlahiyyətlər aldı. O,
mühasirə vəziyyətini elan edə, konqresi buraxa bilərdi. 1969-cu
ildə prezident general Medisi oldu. Demokratik qüvvələrə qarşı
mübarizə başlandı.
1966-cı ildə hökumətin icazəsi ilə iki partiya – Milli
Yeniləşmə İttifaqı (APENA) və Braziliya demokratik hərəkat
Dostları ilə paylaş: |