Microsoft Word s?may?kitab?sas doc


partiyalarından təşkil edilmişdi. Yeni koalision hökumətin



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə38/76
tarix19.05.2023
ölçüsü1,29 Mb.
#116780
növüDərs
1   ...   34   35   36   37   38   39   40   41   ...   76
avropa-v-amerika-lklrinin-n-yeni-tarixi-mustafayeva-smay-mmmd-qz-2023-05-16


partiyalarından təşkil edilmişdi. Yeni koalision hökumətin 
tərkibinə Demokrat Alyansın tərkibinə daxil olan partiyaların 
nümayəndələri daxil idi. Qarşıda duran milli iqtisadiyyatı 


257
inkişaf etdirmək məsələsi idi. 196 yeni müəssisənin tikilməsi 
qərara alındı. İngilis kompaniyasına məxsus olan iki dəmir 
yolu milliləşdirildi. Alverçiliyə qarşı mübarizə başlandı.
«Soyuq müharibə»nin başlanması mühafizəkar qıvvələrə 
demokratiyaya qarşı mübarizə üçün şərait yaratdı. Onların 
təzyiqi ilə prezident 1947-ci ilin aprelində kommunist nazirləri 
istefaya göndərdi. Yeni hökumət «milli mərkəzləşmə» 
hökuməti adlandı və onun tərkibinə mühafizəkarlar və 
liberallar daxil oldular. Kommunistlərin hökumətdən 
çıxarlıması ölkədə tətillərə səbəb oldu. Çili hökuməti bunun 
səbəbini SSRİ-nin üzərinə ataraq onunla 1947-ci il dekabrın 
21-də diplomatik münasibətləri kəsdi. 1948-ci ilin sentyabrında 
Videla «Demokratik Alyansın mühafizəsi haqqında» qanıun 
imzaladı ki, bu da əslində demokratik qüvvələrə qarşı 
çevrilmişdi. 
Çili XX əsrin 50-60-cı illərində. 50-ci illərdə Çilinin 
hakim dairələri öz qapılarını xarici kapitala açdılar. 1952-ci 
ildə ölkəyə xarici kapital qoyuluşu 1023 min dollara çatmışdı. 
ABŞ-la yanaşı, İngiltərə, Fransa, İsveçrə, İsveç, Belçika, 
Hollandiya, İspaniya, İtaliya, Kanada kapitalının da ölkəyə 
axını sürətləndi. Kənd təsərrüfatında isə yarımfeodal 
latifundiyalar ağalıq edirdilər. 1951-ci ilin payızında 
demokpatik partiyalar Xalq Cəbhəsini təşkil etdilər, ona 
Sosialist partiyasının lideri Salvador Alyande rəhbərlik edirdi. 
1952-ci ilin sentyabrındakı prezident seçkilərində 
mürtəce qanunları ləğv etməyi, aqrar islahat keçirməyi, mis 
yataqlarını milliləşdirməyi vəd edən Karlos İvanes del Kapro 
qələbə çaldı. Lakin o, vədinə əməl etmədi. Ona görə də ölkənin 
maliyyə-iqtisadi vəziyyəti pisləşdi. Bu vəziyyətdən çıxmaq 
üsün İvanes 1955-ci ildə ölkəyə ABŞ missiyasını dəvət etdi və 
bu, milli iqtisadiyyata ciddi zərbə vurdu. 1955-ci ildə ölkədə 
mühasirə vəziyyəti elan edildi. 1958-ci il sentyabrın 4-də 
keçirilən prezident seçkilərində yenə də mühafizəkarların 
nümayəndəsi, məşhur Çili kapitalistlərindən olan Xorxe 


258
Alessandri qələbə çaldı. O, 1964-cü ilə qədər prezident oldu. 
O, Amerika inhisarçıları ilə əlaqədar olan dağ-mədən 
kompaniyalarının vergilərini azaltdı. 
1960-cı ilin mayında olan güclü zəlzələ minlərlə insanın 
ölümünə səbəb olmaqla bərabər ölkəyə maddi zərər vurdu. İki 
milyon adam evsiz qaldı. Xarici şirkətlər Çİliyə yardım etdilər. 
1964-cü ildə Çilidə latifundiyaçıların mülkləri azaldıldı, fermer 
təsərrüfatının inkişafına şərait yaradıldı.
1967-ci ilin iyulunda aqrar islahat haqqında qəbul edilən 
qanuna əsasən ümumi sahəsi 3,4 milyon hektar olan 1310 iri 
latufindiya müsadirə edildi. 27 min kəndli ailəsi 910 
kooperativdə birləşdi. Lakin 1967-ci ildən sosial ehtiyaclara 
çəkilən xərclər ixtisar edildi. 
Bu dövrdə təşkil edilən Xalq Birliyi Blokunda (XBB) 
kommunistlər, sosialistlər və digər sol partiyalar birləşmişdilər. 
1970-ci ilin prezident seçkilərində sosialistlərin namizədi 
Salvador Alyende başqa namizədlərlə müqayisədə daha çox səs 
toplasa da, prezident seçilmək üçün mütləq səsi qazana 
bilməmişdi. Seçki qanununa əsasən məsələ parlamentin 
müzakirəsinə verildi və burada xristian-demokratların köməyi 
ilə o, prezident seçildi. Onun prezidentliyi dövründə torpağın 
latifundiya forması ləğv edildi, 2,8 milyon hektar torpaq 
kəndilələrə paylandı. 1971-ci ildə hökumət çox mühüm sənaye 
sahələrini milliləşdirməyə başladı. Mis filizi mədənlərinin 
milliləşdirilməsi ABŞ inhisarlarının nüfuzunu ciddi surətdə 
sarsıtdı. Fəhlə və qulluqçuların əmək haqqı artırıldı. Dövlət 
hesabına mənzil tikintisinə başlandı. Fəhlələrin nümayəndələri 
dövlət və qarışıq müəssisələrin idarə olunmasında iştirak 
etməyə başladı. Hökumətin ilk tədbirlərindən biri də Kuba ilə 
diplomatik münasibətləri və ticarət əlaqələrini ğərpa etməsi 
oldu. 
Tezliklə XBB-də parçalanma əmələ gəldi. Konqresdə 
(parlamentdə) sağ partiyalar mütərəqqi qanunlar qəbul 
edilməsinə mane olurdular. Dünya bazarında misin qiymətinin 


259
aşağı düşməsi ölkə iqtisadiyyatına ağır zərbə vurdu. ABŞ-ın 
mis filizi şirkətləri dünya bazarlarında Çili misinin baykot 
edilməsini təşkil edirdilər. Şimali Amerika bankları Çiliyə 
kredit vermirdilər və ABŞ-dakı Çili əmanətlərini tutub sax-
layırdılar. Yerli oliqarxiya, latifundiyaçılar, alverçilər istehsalı 
azaldır, aqrar islahatı pozur, zəruri tələbat mallarının 
qiymətlərini qaldırır, sahibkarlar isə keçmiş müəssisələrinin 
qaytarılmasını tələb edirdilər. Sağlar çox sayda orta təbəqələri 
– xırda burjuaziyanı, ziyalılalın bir hissəsini, qulluqçuları da öz 
tərəfinə çəkə bilmişdi. 
Xristian-demokrat partiyasının «sağ» qanadı 1973-cü ildə 
S.Alyendenin istefası tələbini irəli sürdü. Sol müxalifət isə 
ölkədə proletariat diktaturasının qurulmasını tələb edirdi. Belə 
bir şəraitdə, 1973-cü il sentyabrın 11-də general Avqusto 
Pinoçetin başçılıq etdiyi ordu hissələri dövlət çevrilişi etdi. 
S.Alyende həlak oldu, Çilidə hərbi xunta hakimiyyətə gəldi.
Çili hərbi xuntanın hakimiyyəti dövründə (1973-1998-
ci illər). Çilidə hərbi xunta hakimiyyətə gəldikdən sonra 
kütləvi təqiblər başlandı. Siyasi partiyaların fəaliyyəti 
dayandırıldı. Xalq Birliyi hökumətinin islahatları ləğv edildi. 
Lakin bu tədbirlər rejimə qarşı müxalifət qüvvələrinin 
birləşməsi prosesini gücləndi. Kilsə də müxalifətə keçdi. Xunta 
müxalifətlə razılığa gəlməyə cəhd göstərdi. Kommunist 
Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin