partiyalar ölkədəki demokratik dəyişiklikləri müdafiə etdikləri
barədə manifest verdilər. 32 hərbi qulluqçu mühakimə olundu.
Qəsdin başçıları isə 30 il azadlıqdan məhrum edildilər.
1981-ci ilin xoşa gəlməyən hava şəraiti nəticəsində kənd
təsərrüfatı məhsullarının istehsalı 8,5% aşağı düşdü. 1982-ci
ildə sənaye məhsullarının həcmi də 1,1% aşağı düşdü. Lakin
1983-cü ildə iqtisadiyyatda canlanma başlandı. 1984-1986-cı
illərdə vacib sahələrin inkişafı ilə əlaqədar proqram tərtib
olundu.
80-ci illərdə ölkədə siyasi terrorizm dalğası davam
edirdi. Siyasi qeyri-sabitlikdən istifadə edən sağ qüvvələr
İspaniyanın 1982-ci ildə NATO-ya daxil olmasına nail oldular.
Sabitliyin pozulması partiyalar arasında da özünü göstərdi.
235
1982-ci ildə Sosial-demokrat mərkəz partiyasında parçalanma
baş verdi. Onların bir qrupu Demokratik hərəkat partiyası ilə
birləşdilər. Bir qrupu isə Xalq Demokratik partiyasını təşkil
etdilər.
1982-ci il oktyabrın 28-də keçirilən seçkilər nəticəsində
İSFP 10 milyon 27 min səs toplayaraq bütün səslərin 47,6%-ni
almış oldu. DMİ partiyası faktiki olaraq dağıldı. Kommunistlər
parlamentdə tutduqları 23 yerin 19-dan məhrum oldular. İfrat
sağlar bir yer də ala bilmədilər. Mötədil sağ Xalq Alyansı
ölkədə ikinci partiya oldu. O, 5,5 milyon səs və 106 yer aldı.
İSFP-nin lideri Filippe Qonsales baş nazir oldu. Hökumət
ehtiyatla hərəkət edirdi. İlk növbədə iqtisadiyyatın inkişafına
fikir verilirdi. Metallurgiya, gəmiqayırma, elektrotexnika
sənayesinin modernləşdirilməsi həyata keiçrilməyə başlandı.
Sosial sahədə 40 saatlıq iş həftəsi tətbiq edildi. Pensiya yaşı 64-
ə endirildi, sosial təminat xərcləri artırıldı. Tətil hüququ
qanunvericiliklə əsaslandırıldı. Haqqı ödənilməklə aylıq
məzuniyyət müəyyən edildi. Təqaüdlər və müavinət artırıldı.
Hərbi qüvvələr hökumətin nəzarətinə verildi. Hökumət
işsizliyin yüksək səviyyəsini və inflyasiyanı azaltmağa qismən
müvəffəq oldu. 1986-cı ilin sonunda ölkədə yenə də 3
milyondan artıq işsiz var idi. Hökumətin həyata keçirdiyi «sərt
qənaət» xətti zəhmətkeşlərin böyük narazılığına səbəb oldu.
1986-cı il seçkilərində İSFP yenidən qələbə qazandı və
F.Qansales yenidən baş nazir kürsüsündə əyləşdi. 1996-cı ilə
qədər İspaniyada ölkəni sosialistlər idarə etdilər. Konstitu-
siyaya görə, İspaniya «muxtariyyətlər dövləti» elan olunmuşdu.
Uzun sürən mübarizədən sonra 17 vilayətin hamısına
muxtəriyyət verildi. Sosialistlərin dövründə «milli dirçəliş»
ideyası gücləndi. Keçirilən sosial islahatların möhkəmlən-
dirilməsi xətti yeridildi. İqtisadiyyatda «Sənayenin yenidən
qurulması» siyasəti yeridildi. ETİ-nin nailiyyətlərinin istehsala
tətbiqi genişləndirildi. Turizm sənayesinin inkişafına xüsusi
diqqət yetirildi. Sağ təmayüllü partiyalar bloku Qansales
236
hökuməti ilə müxalifətdə idi. 1982-ci ildə Xalq koalisiyası
bloku (xalq alyansı, xalq demokratik və liberal partiyalarından)
yaradıldı. Onlar iri və orta burjuaziyanı, sağ klerikalları təmsil
edirdi.
XX əsrin 70-90-cı illərində İspaniyanın xarici siyasəti.
İspaniya 1970-ci ildə Rio-Muni və Fernando adalarına
müsiəqillik verdi. 1975-ci ildə o, Helsinki müşavirəsində
iştirak etdi və ATƏT-in üzvü oldü. 1976-cı ildə o, İspaniya
Saxarasından öz qoşunlarını çıxartdı. 1973-cü illdə İspaniya ilə
Çin arasında diplomatik münasibətlər yarandı. 70-ci illərin
ikinci yarısında da İspaniya xarici siyasətində yenə də frankist
rejimdə olduğu kimi, ABŞ və Qərbi Avropa ölkələri ilə normal
münasibətlərin saxlanılmasına xüsusi əhəmiyyət verirdi. 1976-
cı ildə ABŞ-la İspaniya arasında dostluq və əməkdaşlıq
haqqında müqavilə bağlandı. Hərbi bazalarının saxlanılması
müqabilində ABŞ İspaniyaya 1 milyard 250 milyon dollar
həcmində hərbi-iqtisadi kömək göstərdi. İspaniya Almaniya
Demokratik Respublikasını tanıdı. Franko rejimi devrildikdən
sonra İspaniyanın inkişaf etməkdə olan ölkələrlə münasibətləri
daha da yaxşılaşdı. O, Fələstin Azadlıq təşkilatına 1977-ci ildə
Madriddə öz nümayəndələyini açmağa icazə verdi. 1977-ci ildə
İspaniya və SSRİ arasında diplomatik münasibətlər yaradıldı.
1982-ci ildə İspaniya NATO-nun üzvü oldu. İSFP müxalifətdə
olarkən İspaniyanın NATO-dan çıxmasını tələb edirdi. Lakin
hakimiyyət başına gələn kimi öz mövqeyini dəyişərək ona nail
oldu ki, 1986-cı il referendumunda ölkə əhalisinin 52,5%-i
ölkənin NATO üzvlüyündə qalmasına səs versin. Bununla
bərabər, ABŞ-la saziş bağlandı ki, 3 il ərzində 79 amerikan
təyyarəsi özünün İspaniyadakı bazasını tərk etsin.
İspaniya Qərb ölkələri ilə iqtisadi əlaqələri inkişaf
etdirmək siyasəti yeridərək 1986-cı il yanvarın 1-də Avropa
İqtisadi Birliyinin üzvü oldu.
İspaniya XX əsrin 80-ci və 90-cı illərin I yarısında
inkişaf etməkdə olan ölkələrlə münasibətlərin inkişafına xüsusi
237
diqqət yetirirdi. O, həm qərb, həm də şərq yönümlü xarici
siyasət yeridirdi. İspandilli ölkələrlə iqtisadi əlaqələrin
inkişafına daha çox qayğı göstərilirdi.
İspaniya 1996-2008-ci illərdə. X.M.Asnarın hökuməti
(1996-2004-cü illər). 1996-cı ilin martında İspaniyada
keçirilən parlament seçkilərində Xalq partiyası qələbə çaldı və
onun lideri Xose Mariya Asnarın başçılığı altında hökumət
təşkil edildi. Bu dövrdə İspaniya artıq Avropa
demokratiyasının xüsusiyyətlərini kəsb etmiş, iqtisadiyyatda
canlanma başlamış, siyasi şərait sabitləşmişdi. Bu hökumətin
fəaliyyəti dövründə iqtisadi inkişaf sürətinə görə İspaniya
2000-ci ildə Aİ-də ikinci yerə çıxdı. ÜDM-un artım surəti iki
dəfə artaraq, ildə 3-3.5% təşkil etdi, işsizlik 15%-ə qədər ixtisar
edildi, inflyasiya orta Avropa səviyyəsinə qədər (2-3%) aşağı
düşdü, büdcə kəsiri 4 dəfə ixtisar edildi. Dövlət borcları azaldı.
İspanların xeyli hissəsinin həyat səviyyəsi yüksəldi. Sosial
sahədə hökumət sosial sülh yaratmağa nail oldu, tətillər
dayandırıldı. Sosial təminat sisteminin maliyyələşdirilməsi 3
dəfə artdı. Yaşlı əhalinin 98.3%-i pensiya aldı.. Onlardan 70%-
i sonuncu əmək haqqı miqdarında təqaüd alırdı. Bütün əhaliyə
pulsuz tibbi xidmət göstərilirdi. Ailələrin 80%-nin xüsusi evi
var idi. Lakin əhalinin 20%-i yenə də yoxsulluq həddində idi.
Siyasi şərait sabitləşdi. Korrupsiya cəhdinin qarşısı
alındı. Gəlir vergisinin mütərəqqi şkalası əsasında vergi islahatı
keçirildi. X.M.Asnarın yeritdiyi xətt Böyük Britaniyanın baş
naziri E.Bleerin yeritdiyi “üçüncü yol” konsepsiyasına uyğun
gəlirdi. İspaniyada bazarın liberallaşdırılması həyata keçirildi.
2000-ci ilin martında keçirilən parlament seçkilərində də
Xalq partiyası qələbə qazandı və Asnar ikinci dəfə hökumət
təşkil etdi. O, öz daxili və xarici siyasətində əvvəlki xəttini
davam etdirməyə başladı. İqtisadi artım davam edirdi. Həyat
səviyyəsi yüksəldi. Daşınmaz əmlak bazarı və kredit bankları
fəallaşdı. Bu hökuməti, peşəkar, mütəxəssizlərin hökuməti
adlandırdılar.
238
Lakin bütün bunların kifayət etmədiyini 2004-cü ilin
əvvəllərində keçirilən əyalət və bələdiyyə seçkilərində İSFR
qələbə çalması göstərdi. Asnar hökumətinin nüfuzdandüşməsi-
nin səbəblərindən biri İspaniyanın İraq müharibəsində iştirak
etməsi və İspaniyadakı müsəlman ekstremistlərinə qarşı
mübarizədə onun daha qətiyyətli olmaması idi.
2001-ci ilin 11 sentyabr hadisələrindən sonra İspaniya da
beynəlxalq terrorizmə qarşı mübarizəyə qoşuldu. Terror
aktından iki gün sonra İspaniyada “Finik” əməliyyatı keçirildi.
Ben Ladenin 20 tərəfdarı həbs edildi. İspaniyada bu dövrdə 600
min nəfəri əhatə edən müsəlman icması mövcud idi. İspaniyada
müsəlman ekstremistlərindən istirahət yerlərində, terror
aktlarının hazırlanmasında istifadə edildiyi məlum idi. Lakin
Asnar hökuməti bu məsələyə ciddi diqqət yetirmədi. Parlament
seçkiləri ərəfəsində, yəni 2004-cü ilin mart ayının 11-də
Madrid və onun ətrafında terror nəticəsində 191 adam həlak
oldu. Asnar hökuməti bunun günahını ETA-nın (1959-cu ildə
Frankonun antiərəb siyasətinə cavab olaraq gizli şəkildə təşkil
edilmişdir. Genişlənmiş adı “Baskalar ölkəsi və azadlıq”
deməkdir. O, XX əsrin 60-cı illərindən başlayaraq terror aktları
həyata keçirməyə başlamışdı. Onun məqsədi İspaniya və
Fransanın basklar yaşayan ərazisində müstəqil Bask dövləti
yaratmaqdır) üstünə atdı. Lakin məlum idi ki, ETA-da belə
terror üçün təcrübəli şəxslər yox idi, digər tərəfdən ETA
dəfələrlə bildirmişdi o, günahsız adamlara qarşı belə hərəkətə
yol verməyəcəkdir. Terrorun “Əl-Qaida”-nın yaxınlarından
təşkil edilmiş qrup vasitəsi ilə həyata keçirildiyi məlum oldu.
Ölkədə yaranan mürəkkəb şəraitdən çıxmaq üçün hökumət
fövqaladə vəziyyət elan etmək, parlament seçkilərinin
ləngitmək istədi. Lakin kral bununla razılaşmadı.
İspaniyanın xarici siyasətinin bu dövrdə də əsas
istiqamətləri Ai və NATO, Aralıq dənizi və Ərəb Şərqi, Latın
Amerikası idi, 2002-ci ilin yanvarından bütün pul hesablarında
avroya keçildi. 1997-ci ilin dekabrında İspaniya NATO-nun
239
hərbi təşkilatına (1982-ci ilin mayından ancaq siyasi
strukturlarında iştirak edirdi) daxil oldu.
İspaniya hökuməti Cəbəllütariq məsələsi ilə əlaqədar
olaraq Böyük Britaniya ilə mövcud ixtilafların aradan
qaldırılmasına nail oldu. 1998-ci ilin noyabr ayında
Cəbəlütariqə geniş səlahiyyətlər vermək və hər iki dövlətin ona
himayədarlıq etməsi barədə razılıq alındı.
İspaniya NATO-nun Serbiyadakı hərbi əməliyyatlarında
iştirak etdi. ABŞ-ın İraqdakı əməliyyatlarını müdafiə etdi.
BMT TŞ-nın daimi olmayan üzvlərindən ancaq İspaniya və
Bolqarıstan bu məsələdə ABŞ-ı müdafiə etdilər. İspaniya
birinci olaraq İraqa 1300 ispan hərbi qulluqçusu göndərdi.
İspan əsgərlərindən orada 11 nəfər həlak oldu. İslam konfransı
təşkilatı İspaniyanı müsəlman dünyasının “başlıca
düşmən”lərindən biri elan etdi.
1999-cu ildə İspaniya-Rusiya münasibətlərində olan
duman keçdi. Asnar Moskvaya rəsmi səfər etdi. Lakin
prezident Yeltsin İspaniyanın Balkanlardakı əməliyyatlarda
iştirakına görə Asnarı qəbul etmədi. Lakin 2000-ci ildə
münasibətlər normaya düşdü. Putin prezident seçildikdən sonra
ilk dəfə İspaniyaya səfər etdi.
İspaniya bu dövrdə Azərbaycan Respublikası ilə kənd
təsərrüfatı, energetika, nəqliyyat, səhiyyə, turizm sahəsində
əməkdaşlıq edirdi.
L.Sapatero hökuməti (2004-2008-ci illər). 2004-cü ilin
martın 14-də İspaniyada parlament seçkilərində İSFR qələbə
qazandı. Onun lideri Luis Rodriqes Sapatero hökumət təşkil
etdi. Bu Frankodan sonra beşinci baş nazir idi. 2007-ci ilin
sonunda İspaniya Aİ-də iqtisadi artım sürətinə, yeni iş
yerlərinin miqdarına, mədaxilinə və məxaricin müsbət balan-
sına, sosial təminat fondunun artımına görə (4%-dən artıq)
birinci yeri tuturdu. İqtisadi artım əsasən tikintilər hesabına idi.
İspaniyada Fransa, Böyük Britaniya və Almaniya birlikdə
götürüldükdə daha çox, yəni tələb olunandan 2 dəfə çox bu
240
dövrdə mənzil tikilmişdi. Lakin 2008-ci ildən iqtisadiyyatda
enmə başladı. İpoteka böhranı bu ölkəyə də təsir göstərdi. Böh-
ran tikintidə fəhlələrin sayının 40% ixtisar edilməsinə səbəb ol-
du. Avropanın digər ölkələri ilə müqayisədə ən çox işsiz İs-
paniyada (9%) idi. Sapateronun sosialist hökuməti mərkəzin
muxtar vilayətlərlə münasibətini yaxşılaşdırdı. Kataloniya və
Bask ölkəsi geniş hüquqlar aldı. Kender probleminin həlli real-
laşdı. Sapatero hökumətinin tərkibinin yarısı qadınlar idi.
2007-ci ilin martında kişilərin və qadınların bərabərliyi
haqqında, ailə zorakılığına, boşanma prosesinin sürətləndiril-
məsinə, homoseksual nikaha icazə verilməsinə dair qanunlar
qəbul edildi.
2004-2008-ci illərdə minimum əmək haqqı, minimum
pensiya və təqaüd alan tələbələrin sayı artırıldı. Katolik dini
məktəblərində məcburi təhsil təxirə salındı. Yüz minlərlə gizli
yaşayan mühacirin kütləvi leqallaşması haqqında qərar verildi.
Onlar ölkə əhalisinin 11%-ni təşkil edirdilər. Hökumət ETA
təşkilatı ilə danışıqlar apardı ki, silahı yerə qoysalar, onlarla
dialoqa girəcək. Lakin danışıqlar uğursuz oldu. Çünki 2006-cı
ilin dekabrında onlar hökumətin şərtinə əməl etməyərək yenə
terror törətdilər. Ümumiyyətlə, fəaliyyət göstərdiyi 40 il
ərzində 800 adam ETA-nın terror aktının qurbanı olmuşdu.
Sosialist hökuməti İspaniyanın İraqa qoşun göndərməsini
səhv addım hesab etdi və 2004-cü ilin iyunun 30-dək İraqdan
qoşunların çıxarılmasına nail oldu.
İspaniya Almaniya və Fransa ilə münasibətləri daha da
yaxşılaşdırdı. 2005-ci ilin fevralında Avropa Konstitusiyasının
qəbulunda daha fəal iştirak etdi. İspaniya Aİ-yə yeni üzvlər
qəbul edilməsini, Şengen və avro zonasının genişlənməsini
dəstəklədi. Bununla belə, İspaniya Kosovanın dövlət
müstəqilliyini tanımadı.
2008-ci ilin martın 9-da keçirilən növbəti parlament
seçkilərində yenə də İSFR qalib gəldi və Sapateronun başçılığı
altında hökumət təşkil edildi. Hökumətin 17 üzvündən 9-u
241
qadın idi. Sapatero hökuməti iqtisadiyyatı stimullaşdırmaq
üçün vergi ilə əlaqədar keçirilən tədbirlərin köməyi ilə 18 mlrd.
avro ayırdı. Dövlət bölməsində iş yerlərinin 30% ixtisarı,
aparıcı məmurların əmək haqlarının dondurulması barədə
qərarlar qəbul edildi. Hökumət sosial xərcləri ixtisar etmədən
2008-2009-cu illərdə büdcədən dövlət xərclərinin 250 milyon
avro ixtisar ediləcəyini elan etdi.
İspaniya ilə Azərbaycan Respublikası arasında da bu
dövrdə münasibətlər yeni mərhələyə qədəm qoydu. 2005-ci ilin
avqustunda Madriddə Azərbaycan səfirliyi açıldı.
242
VIII. KANADA
Kanada ikinci dünya müharibəsindən sonrakı ilk
illərdə. Kanada İkinci Dünya müharibəsində Antihitler
koalisiyasının tərəfində iştirak etsə də, onun ərazisi heç bir
hərbi əməliyyat görmədi. Müharibə Kanadanın ərazisinə və
iqtisadiyyatına ziyan vurmadı.
İkinci Dünya müharibəsi nəticəsində Kanada öz
inkişafının yeni mərhələsinə qədəm qoydu. Kanada
müharibədə öz milli gəlirini iki dəfə artırdı 1945-ci ildə sənaye
məhsulu istehsalına görə o, artıq dünya kapitalist ölkələri
arasında üçüncü yeri tuturdu. Müharibənin Kanada üçün
mühüm nəticələrindən biri də o idi ki, onun ABŞ, Latın
Amerikası və Avropa ölkələrinə kapital ixracı gücləndi. 1945-
1956-cı illərdə Kanadanın bu ölkələrə kapital ixracı 7 milyard
dolları ötüb keçdi.
Müharibədən sonra Kanada-Böyük Britaniya əməkdaşlığı
qalmaqla bərabər, ABŞ-la da əməkdaşlıq genişləndi. ABŞ-ın
bu ölkəyə müdaxiləsi gücləndi.
Kanadada bu dövrdə liberallar partiyası hakimiyyətdə idi.
Hökumətə liberallar partiyasının lideri Makkenzi Kinq başçılıq
edirdi. Liberalların 1935-1957-ci illərdə hakimiyyətdə
qalmasının əsas səbəbi onların siyasi manevrlər etmək bacarığı
və lazım gəldikdə mühafizəkarların fikri ilə hesablaşmaları idi.
Müharibədən sonra əsas diqqət ABŞ-la iqtisadi əməkdaşlığa
yönəldildi. 1947-ci ildə Kanadanın maliyyə naziri Ebbot
tərəfindən tarixə “Ebbot planı” kimi daxil olan yeni bir plan
hazırlandı. Həmin plan nəzərdə tuturdu ki, ölkənin özündə
sənayedə son məhsul istehsalı ixtisar edilsin, Kanadanın
xammal və yarımfabrikat məhsulları ABŞ-a göndərilsin.
Müharibədən sonra Kanadada İngiltərənin mövqeyi
zəiflədi, ABŞ-ın mövqeyi isə gücləndi. Əgər 1945-ci ildə ABŞ-
ın Kanadaya kapital qoyuluşu 4 milyard 990 milyon dollar
idisə, bu rəqəm 1955-ci ildə 12 milyard 900 milyon dollara
243
çatdı. Kanadada meşə massivlərinin xeyli hissəsi, neft, qızıl,
gümüş, nikel, mis mədənlərinin əksəriyyəti ABŞ inhisarçılarına
məxsus idi. Kanadanın bu dövrdə ABŞ-dan xarici ticarətdə də
asılılığı gücləndi.
Tədricən Kanada parlamentində qəbul edilən bir sıra
qanunlar İngiltərənin nüfuzunu sarsıtdı. Belə ki, 1947-ci ildə
parlamentdə Kanada vətəndaşlığı haqqında qanun qəbul edildi.
1949-cu ildə qəbul edilən qanunla İngiltərə Kanadanın
konstitusiyasının dəyişilməsinə təsir göstərmək imkanından
məhrum edilirdi. Yenə həmin ildə keçmiş İngiltərə
müstəmləkəsi olan Nyufaundlend adası Kanadaya verilmiş
oldu.
Kanada vaxtilə Fransanın müstəmləkəsi olmuş və 1756-
1763-cü illərdəki yeddiillik müharibə zamanı İngiltərə onu
Fransanın əlindən alınmışdi. Bu isə Kanadada ingilislərlə
bərabər fransızların da yaşamasına gətirib çıxarmışdı. Ona görə
də Kanadanın əsas problemlərindən biri ingilis mənşəli
kanadalılar (bunlar ölkə əhalisinin 59,1% təşkil edirdi) və
fransız mənşəli kanadalılar (bunlar əhalinin 29,1%-ni təşkil
edirdi) arasında münasibətləri normal məcraya yönəltmək idi.
Ölkənin iqtisadi və siyasi həyatında ingilis mənşəli kanadalılar
əsas rol oynayırdılar. Fransız mənşəli kanadalıların 77%-i,
əsasən, Kvebekdə yaşayırdılar. Kvebekin heç bir muxtariyyəti
yox idi. Dini zəmində də onların arasında münaqişə hökm
sürürdü. İngilislər protestant, fransızlar isə katolik idilər.
Kanadada hökm sürən dini və milli zəmindəki parçalanma
inhisarlara qarşı mübarizəni zəiflədirdi.
Müharibədən sonrakı ilk illərdə xarici siyasət. İkinci
Dünya müharibəsindən sonra Kanada dünya siyasətində daha
mühüm rol oynamağa başladı. Müharibədən sonrakı ilk illərdə
ölkə öz xarici siyasətində ABŞ-a söykənirdi.1946-cı ildə
Kanada SSRİ-yə qarşı kampaniyaya başlayaraq ABŞ-la birgə
“soyuq müharibə”də iştirak etdi. SSRİ-ni atom şpionajında
günahlandırdı. 1947-ci ildə ABŞ-la Kanada arasında bağlanmış
244
hərbi əməkdaşlıq haqqında sazişə əsasən onun ərazisində ABŞ-
ın hərbi bazalarının yaranmasına icazə verilirdi. Hələ müharibə
dövründə ABŞ-la Kanada arasında yaranmış birgə müdafiə
şurası müharibədən sonar da öz fəaliyyətini davam etdirirdi.
1947-ci ildə Kanada Qərb yarımkürəsinin müdafiəsi haqqında
pakta qoşuldu. 1948-ci ildə Amerika Dövlətləri Təşkilatının
(ADT) yaranmasında iştirak etdi. 1949-cu ildə o, NATO-ya
üzv oldu.
50-60-cı illərdə Kanada iqtisadiyyatı. 50-60-cı illərdə
Kanada inkişaf etmiş kapitalist ölkələri qrupunda olduğunu
təsdiq etdi. Bu dövrdə Kanadada iqtisadiyyatın inkişafı çox
sürətlə gedirdi. Belə ki, sənaye məhsulu istehsalına görə
Kanada kapitalizm dünyasında 5-7-ci yerləri bölüşürdü. Lakin
adambaşına düşən sənaye məhsulu istehsalının həcminə, əmək
məhsuldarlığına və milli gəlirə görə isə ABŞ-dan sonra II yeri
tuturdu. Ölkədə neft emalı, dağ-mədən, neft kimyası,
elektronika, aviasiya sənayesi inkişaf etdi. Kanada kapitalist
ölkələri içərisində nikel, asbest, uran, dəmir filizi, sink, qızıl,
platin, gümüş, mis, qurğuşun, alüminium, qəzet kağızı, ağac
kütləsi istehsalına görə ilk yerlərdən birini tuturdu. Kanada-
ABŞ inteqrasiya sistemində Kanada tabe tərəf olaraq qalırdı.
Gəlir verən sahələrə ABŞ daha çox nüfuz edirdi.
Liberalların 22 illik fəaliyyəti, xüsusilə son dövrlərdə
onların yeritdiyi siyasət ölkədə müəyyən narazılığa səbəb oldu.
Belə ki, xalq Kanadada ABŞ-ın hökmranlığı ilə razılaşa
bilmirdi. Liberallarla rəqabətdə olan mühafizəkarlar partiyası
bundan çox məharətlə istifadə etdi. Onlar özlərini sadə
kanadalıların müdafiəçisi kimi göstərərək liberalları tənqid
etməyə başladılar ki, onlar Kanadanı ABŞ-ın 49-cu ştatına
çeviriblər. Bunun nəticəsi idi ki, 1957-ci ilin iyunun 10-da
keçirilmiş parlament seçkilərində mühafizəkarlar qələbə
çaldılar, və onların lideri Difenbeykerin başçılığı altında yeni
hökümət təşkil edildi. Mühafizəkarlar vergiləri azaltdılar, sosial
təminat sistemini yaxşılaşdırdılar, fermerlərə kredit verdilər,
245
işsizliyin qarşısını almaq üçün ictimai işlər komitəsi yaratdılar,
ictimai işlər üzrə proqramın həyata keçirilməsi üçün 1 milyard
dollar vəsait ayırdılar. Lakin bütün bu tədbirlər ölkədə
iqtisadiyyatın enməsinə gətirib çıxardı. Valyuta ehtiyatları
azaldı. Nəticədə hökümət Kanada dollarının devalvasiyasını
tətbiq etməyə məcbur oldu. Mühafizəkarlar höküməti ilə ABŞ
arasındakı münasibətlər kəskinləşdi. Belə ki, ABŞ-ın nüvə
raketlərini Kanadada yerləşdirməsinə hökumət razı olmadı.
Lakin Kanada inhisarçı dairələri ABŞ-ı müdafiə etdilər. Senat
Difenbeyker hökümətinə etimad göstərmədi.
1963-cü il aprelin 8-də keçirilən növbədənkənar
parlament seçkilərində liberallar yenidən qələbə çaldılar və
Lestor Pirsonun başçılığı altında yeni liberallar höküməti təşkil
edildi. Bu hökumət Kanada ərazisində ABŞ raketlərinin
yerləşdirilməsinə razılıq verdi. Həmçinin 1964-cü il dekabrın
15-də müstəqil Kanada bayrağının təsis edilməsi haqqında
qanun qəbul edildi. Lestor Pirson 1968-ci ildə istefa verdi.
Onun yerini mənşəcə fransız kanadalı Pyer Elliot Tryudo tutdu.
O, hakimiyyətə gələn kimi öz siyasətində qətiyyətli mövqe
tutdu. 1969-cu ildə parlament Kanadada ingilis dili ilə bərabər
fransız dilinin də eyni hüquqa malik olması haqqında qanun
qəbul etdi. Bu hökumət həmçinin durğunluq keçirən rayonlara,
o cümlədən Kvebekə maliyyə yardımını gücləndirdi.
Müharibədən sonrakı ilk illərdə sosial-siyasi həyat.
Müharibədən sonra Kanada xalqının şüurluluq səviyyəsi artdı.
1946-cı ildə Kanadada 3245 min fəhlə vardısa, 1960-cı ildə
onların sayı 5154 minə çatdı. İstehsalda yeni texnologiyanın
tətbiqi işsizliyin artmasına gətirib çıxartdı. 1957-ci ildə ölkədə
340 min işsiz var idi. Həmkarlar ittifaqları özlərini Kooperativ
Əməkdaşlıq Federasiyası adlandırdılar. Sosial-demokrat
Dostları ilə paylaş: |