Microsoft Word s?may?kitab?sas doc


partiyalar 4%-li səddi keçə bilmədilər və parlamentdə təmsil



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə33/76
tarix19.05.2023
ölçüsü1,29 Mb.
#116780
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   76
avropa-v-amerika-lklrinin-n-yeni-tarixi-mustafayeva-smay-mmmd-qz-2023-05-16


partiyalar 4%-li səddi keçə bilmədilər və parlamentdə təmsil 
olunmadılar. 
2008-ci ilin mayında S.Burluskoni 1949-cu ildən sonra 
62-ci hökuməti təşkil etdi. Ölkənin maraqları çərçivəsində sol 
qüvvələrlə əməkdaşlıq etməyə hazır olduğunu bildirdi. O, 


224
ölkənin ilk növbədə modernləşdirilməsi məsələsini qarşıya 
qoydu. Hökumət fəaliyyətinə zibil böhranının həll etmək və 
iflasa uğramaqda olan “Al-İtaliya” aviakonserninə köməklə 
başladı. 
2008-ci ilin oktyabrında dövlət tədris müəssisələinin 
məhdud maliyyələşdirilməsi, müəllimlərin ixtisarı haqqında 
qanun qəbul etdi. Əlavə enerji mənbələri axtarışı 
surətləndirildi. Nüvə enerjisinə diqqət artırıldı. Halbuki 1987-ci 
il referendumundan sonra ölkə bundan imtina etmşidi. 
İngiltərədən bu sahədə əməkdaşlıq etmək üçün razılıq alındı. 
2008-ci ilin ssentyabrında deputatlar palatası məhkəmə 
sisteminin islahatı haqqında qanun layihəsini bəyəndi. 
Layihədə ədliyyə nazirinin hüquqlarının genişləndirilməsi, 
hakim və prokuror ixitsasının bölünməsindən söhbət gedirdi. 
Müxalifət həmin qanun layihəsinə qarşı çıxdı. Onun fikrincə, 
bu məhkəmə sistemini icra hakimiyyətindən asılı edir, onu 
müstəqililkdən məhrum edirdi. 
İtaliya Azərbaycan Respublikası ilə səmərəli əməkdaşlığı 
davam etdirir. 2008-ci ilin noyabrında Azərbaycan respublika-
sının prezidenti İ.Əliyev İtaliyaya rəsmi səfər etmiş və 
əməkdaşlığa dair bbir sıra mühüm sənədlər imzalanmışdır. 


225
VII. İSPANİYA 
İspaniya İkinci Dünya müharibəsindən sonrakı ilk 
illərdə (1945-1950-ci illər). İspaniya: İkinci Dünya 
müharibəsində öz bitərəfliyini elan etsə də, müharibə dövründə 
həm müharibə edən ölkələrə strateji xammal, ərzaq məhsulları 
satmaqla, həm də Latın Amerikasından gətirilən məhsulları öz 
ərazisinlən keçirmək üçün aldığı gömrük hesabına xeyli gəlir 
əldə etdi. İkinci Dünya müharibəsi dövründə və 60-cı illərə 
qədər ölkədə avtorgizm siyasəti yeridilirdi ki, İspaniya dünya 
bazarından asılı olmayaraq özünü təchiz edə bilsin. Xarici 
siyasətdə də təcridçilik hökm sürürdü.
1945-ci ildə keçirilən Potsdam konfransında İspaniyada 
faşizm pisləndi. 1946-cı ilin fevralında İngiltərə və Fransa 
hökumətləri bildirdilər ki, onlar İspaniya ilə hər cür əlaqələri 
kəsirlər. 1946-cı ilin dekabrında BMT İspaniyaya qarşı xüsusi 
qətnamə qəbul etdi. ABŞ-ın təkidi ilə bütün ölkələr, 
Portuqaliya və Argentinadan başqa, İspaniya ilə diplomatik 
münasibətləri kəsdilər, öz səfirlərini geri çağırdılar. Lakin 
Franko vəziyyətdən çıxış yolu tapdı, 1947-ci ilin iyununda 
bildirdi ki, ABŞ öz hərbi bazalarını İspaniya ərazisində 
yerləşdirə bilər və ölkə «soyuq müharibə»yə qoşulur. 1949-cu 
ildə bütün diplomatik korpuslar yenidən İspaniyaya qayıtdılar. 
1948-ci ilin yanvarında İspaniya ilə Fransa arasında sərhəd 
açıldı. 
Ölkənin daxili və xarici siyasətində Franko başlıca sima 
idi. O, dövlətin, hökumətin, İspaniya silahlı qüvvələrinin 
başçısı və ölkədə yeganə hakim partiya olan və 1933-cü ildə 
təşkil edilən «İspaniya falanqası» Milli Şurasının sədri idi. 
Həmçinin vertikal xətt üzrə fəaliyyət göstərən həmkarlar 
ittifaqları da onun tabeliyində idi.
İkinci Dünya müharibəsindən sonra dünyada yaranmış 
siyasi mənzərəni dərk edən Franko 1945-ci il iyulun 17-də 
«İspanların xartiyası» adlı sənədi imzaladı. Həmin sənədə görə 


226
şəxsiyyətin toxunulmazlığı elan edilir, yazışmaların gizliliyinə 
təminat verilir, mənzillərin toxunulmazlıq hüququ qorunurdu. 
Həmin sənəddə göstərilirdi ki, bütün dinlərin sərbəst 
fəaliyyətinə maneçilik törədilməyəcək. Ölkədə «milli barışıq» 
siyasəti yeridilməyə başladı. Əvvəl gizli fəaliyyət göstərən 
«Katolik hərəkatı» adlı partiyanın da leqallığına icazə verildi. 
Franko hətta xarici işlər naziri vəzifəsinə həmin partiyanın 
lideri Martino Artexonu təyin etdi. Lakin xartiyanın qəbul 
edilməsi frankoçu rejimin xarakterini dəyişmədi. Antikom-
munizm onun ranqda rəsmi siyasəti oldu. Dünyada baş verən 
demokratik hərəkatlar ispan xalqından da yan keçmədi. 1945-
1950-ci illər İspaniya tarixinə partizan müharibələri illəri kimi 
daxil oldu. 1945-ci ilin avqustunla Meksikada Xuan Neqrinin 
başçılığı altında mühacir ispan hökuməti təşkil edildi. Həmin 
illərdə partizanlar İspaniyada Franko rejimini devirmək üçün 
beş mindən artıq əməliyyat həyata keçirdilər. Franko onlara 
qarşı 450 minlik ordunu işə salmalı oldu. Partizan müharibələri 
uğursuzluqla nəticələndi.
Müharibədən sonrakı illərdə İspaniyanın iqtisadi 
vəziyyəti ağır idi. 1945-ci ildə ölkədə sənaye istehsalının 
səviyyəsi 1929-cu ilə nisbətən cəmi 14% artmışdı. Kənd 
təsərrüfatı məhsulları 1931-ci illə müqayisədə 28% aşağı 
düşmüşdü. Maliyyə-inhisarçı kapital üçün əlverişli olan faşizm 
bütövlükdə ölkənin inkişafını ləngidirdi. İqtisadiyyatın inkişafı 
üçün lazım olan vəsaitlər əsasən hərbi və ağır sənayenin 
inkişafına yönəldilmişdi. Ölkədə ərzaq malları çatışmırdı. 
Dövlət borcları 52 milyard peset idi. Ancaq 50-ci illərin 
əvvəllərində İspaniya iqtisadiyyatı 1935-ci il səviyyəsinə çatdı. 
İqtisadiyyatın strukturunda bir neçə keyfiyyət dəyişikliyi baş 
verdi. Metallurgiya, maşınqayırma, elektroenergetika sənayesi 
inkişaf etdi. İstehsalın mərkəzləşməsi artdı. Bununla belə, 
sənayedə çalışanların 50%-i 50-yə qədər fəhləsi olan 
müəssisələrdə işləyirdi. Kənd təsərrüfatında heç bir irəliləyiş 
hiss olunmurdu.


227
Müharibədən sonra xarici ölkələrlə əlaqələrin zəifləməsi 
İspaniyanın daxili vəziyyətini xeyli çətinləşdirdi. Franko 
diktaturası dövründə ölkədə milli məsələ də həll edilməmiş 
problem kimi qalır, katalonların, baskların və qalisiylərin 
hüquqları tapdalanırdı. Fəhlələrin, ziyalıların, xüsusilə 
cəmiyyətin barometri olan gənclərin aramsız mübarizəsi 
nəticəsində Franko 40-cı illərin ikinci yarısında və 50-ci illərdə 
bir sıra tədbirlər görməyə məcbur oldu. Bu tədbirlərdən biri 
1947-ci ilin iyulunda xalqın hələ də inandığı monarxiyanın 
bərpa edilməsi haqqında referendum oldu. Bu referendumdan 
sonra İspaniya yenidən monarxiya elan olundu. Franko isə 
ömürlük naib vəzifəsini öz üzərinə götürdü. O, öldükdən sonra 
müvəqqəti bu vəzifəni naiblər şürası həyata keçirməli idi. 
1953-cü ildə Franko Roma papası ilə dini saziş, yəni konkordat 
bağladı. Bunda məqsəd ölkədə dindarların köməyi ilə siyasi 
sabitliyi gücləndirmək idi. 
İspaniyanın XX əsrin 50-60-cı illəri və 70-ci illərinin I 
yarısında daxili vəziyyəti. 50-ci illərində İspaniyanın 
iqtisadiyyatı nisbətən yüksək sürətlə inkişaf edirdi. Milli 
Sənaye İnstitutu vasitəsi ilə əsas kapital yeniləşdirildi.
Ölkədə sənaye məhsulları istehsalı 1954-1958-ci illərdə 
xeyli artdı. Lakin 50-ci illərin sonunda iqtisadiyyatın 
inkişafında maneələr yarandı. Dövlət büdcəsi kəsirdə qaldı, 
inflyasiya ölkəni bürüdü. Kapitalın xaricə axını gücləndi. İfiya 
və İspaniya Saxarasında gedən müharibə də İspaniya 
iqtisadiyyatını zəiflətdi. 1959-cu ildə ölkədə böhran başlandı. 
İspaniya hökuməti ABŞ-a və beynəlxalq təşkilatlara müraciət 
etməyə məcbur oldu. 1959-cu il iyulun17-də ABŞ-la İspaniya 
arasında imzalanan iqtisadi sazişə əsasən ABŞ İspaniyaya 546 
milyon dollar kredit verdi. Eyni zamanda, xüsusi bölməyə bank 
kreditləri və dövlət investisiyaları məhdudlaşdırıldı. 60-cı 
illərdə İspaniyada yüksəliş baş verdi.İqtisadiyyatda canlanma 
başlandı və 60-cı illərin sonuna qədər davam etdi. Dövlət 
iqtisadi sabitliyi saxlamaq xatirinə ABŞ və Qərbi Avropa 


228
ölkələri ilə təsərrüfat əlaqələrini genişləndirdi. «Liberal-
laşdırma» ilk növbədə xarici iqtisadi əlaqələrdə həyata 
keçirildi. Peset konvert valyutasına çevrildi. İspaniya 60-cı il-
lərdə sənaye-aqrar ölkəyə çevrildi. Dövlət-inhisarçı kapitalın 
inkişafı üçün şərait yaradılmış oldu. Xarici kapital üçün məh-
dudlaşma zəfilədi. Xarici kapitalın ölkəyə axını on dəfədən çox 
artdı. Topdansatış milli ərzaq məhlulları istehsalı 60-cı illərdə 
orta hesabla hər il 7,6% artdı. 60-cı illərin sonunda İspaniyada 
7,4 milyon ton polad istehsal edilirdi. Bütövlükdə 1950-ci illə 
müqayisədə 1970-ci ildə sənaye məhsulu istehsalı 3 dəfə artdı. 
İspaniya bu dövrdə dünyada gəmiqayırma sənayesinə görə 
beşinci, avtomobil istehsalına görə isə səkkizinci yeri tutdu. 5 
min km-dən artıq şosse yolu çəkildi. 6 iri bank ölkənin bütün 
maliyyə sisteminin 64%-nə rəhbərlik edirdi.
«İspan möcüzəsi»nin səbəblərindən biri ilk növbədə 60-cı 
illərin əvvəllərində texnokratların Frankonu qabaqcıl 
dövlətlərdən geri qalmamaq üçün vacib şərtlərdən biri kimi 
ETİ-nin nailiyyətlərini istehsalda tətbiq etməyə inandırmağı 
bacarmaları idi. Səbəblərdən biri də 1955-1965-cı illərdə İspa-
niyadan xarici ölkələrə getmiş 2,5 milyon ispan vətəndaşının 
ölkəyə bu müddət ərzində 5 milyard dollar vəsait göndərmələri 
idi. Bu dövrdə İspaniyada turizm sənayesinin sürətli inkişafı, 
turizmdən gələn gəlir sənayenin inkişafına yönəldildi. 
Səbəblərdən biri də bu dövrdə İspaniyaya xarici dövlətlər – 
ABŞ, AFR, Belçika və İngiltərə, Fransa tərəfindən güclü 
kapital qoyulması və burada onların müəssisələrinin açılışı idi. 
Siyasi həyatda frankist yuxarı təbəqə «liberallaşdırma 
siyasəti»ni davam etdirirdi. Bu məqsədlə 1954-cü il iyulun 19-
da yenidən hökumətin tərkibində qismən dəyişikliklər edildi. 
Hakimiyyət ümid edirdi ki, bu yolla müxalifətin sağ 
qüvvələrini neytrallaşdıra bilər. 1957-ci ilin fevralında 
hökumətin tərkibinə «Allah işi» təşkilatının üzvləri də daxil 
oldular. «Sinfi sülh» kampaniyası genişləndi. 1959-cu ildə 


229
Dolinada həlak olan qiyamçılar və respublikaçıların birgə anma 
mərasimi keçirildi. Bu, «milli sülh»ə çağırış demək idi.
Siyasi məhbuslara da qismən amnistiya verildi. Senzura 
bir qədər yumşaldıldı. 1967-ci ilin yanvarında keçirilən 
referendumdan sonra «Yeni məhdudlaşdırılmış qanun» qəbul 
edildi. Ölkənin ictimai-siyasi həyatının qismən liberallaş-
dırılması xətti götürüldü. Kortesə seçkilər məsələsinə yenidən 
baxıldı. Deputatların bir hissəsinin (564-dən 108-i) seçki ilə 
seçilməsi haqqında qanun qəbul edildi. Qalanları isə əvvəlki 
kimi rəsmi təşkilatların zəmanəti ilə dövlət başçısı tərəfindən 
təyin edilirdi. Qanunda göstərilirdi ki, kral və ya naib ispan, 30 
yaşdan yuxarı, katolik olmalı idi. 1968-ci ilin avqustunda 
«Banditizm və terrorizmə qarşı mübarizə haqqında» qanun 
qəbul edildi. Lakin 60-cı illərin sonunda rejim yenidən sərt 
tədbirlərə əl atdı. 1969-cu ilin iyulun 23-də Franko 1938-ci ildə 
anadan olmuş, XIII Alfonsun nəvəsi şahzadə Xuan Karlos 
Burbonu (uşaqlıqdan Frankonun himayəsi altında tərbiyə 
olunmuşdu) özünün siyasi varisi elan etdi.
İqtisadi artıma baxmayaraq, əmək haqqı artmadığına görə 
50-ci illərin ikinci yarısında tətillər ölkə həyatının mühüm 
amilinə çevrildi. 50-ci illərin sonunda Asturiya şaxtaçıları, 
Baks ölkəsinin metallurqları, Katoloniya toxucuları tətil etdilər. 
Bu hadisələr hökuməti məcbur etdi ki, 1958-ci ildə fəhlələrlə 
sahibkarlar arasında kollektiv müqavilələr sisteminə keçməyə 
razılıq versin. 50-ci illərin sonunda fəhlələrin rəsmi həmkarlar 
ittifaqlarından kənarda fəhlə komissiyaları meydana gəldi. 
Əhalinin müxtəlif təbəqələri, o cümlədən katolik kilsəsi 
antifrankist mövqeyə keçdilər. 60-cı illərdə zəhmətkeşlərin 
həyat səviyyəsi (nominal əmək haqqı 60-cı illərdə 76,1% 
artmış olsa da) yenə də Qərbi Avropanın digər ölkələri ilə 
müqayisədə ən geridə qalmış səviyyədə idi.
60-cı illərdə fəhlə komissiyaları həmkarlar həkəratının 
vacib orqanlarına çevrildi. 1967-ci ildən onlar kommunistlər, 
sosialistlər, katoliklər, bitərəflərin iştirakı ilə ümummilli 


230
qurultaylar keçirməyə başladılar. Kəndlərdə də kəndli 
komissiyaları yaradıldı. 1965-ci ilin fevralında «Azad fəhlə 
assambleyaları» təşkil olundu. 1967-ci il fevralın 27-də 
Madriddə onların 100 minlik nümayişi oldu. Onlar fəhlə hə-
rəkatı ilə birlikdə çıxış edirdilər. Kataloniya, Bask ölkəsində 
və Qalisiyada milli hərəkat gücləndi. Onlar müxtariyyət tələb 
edirdilər. Xristian-demokratik təşkilatların da rolu artdı. Onun 
mütərəqqi qanadının rəhbərlərindən biri Ruis Ximenes idi. Bu 
hərəkatlar frankist rejimə də öz təsirini göstərdi. Xristian-
demokratik təşkilatların sağ nümayəndələri «möhkəm xətt» 
tərəfdarı idilər və rejimin daha da sərtləşməsini istəyirdilər. 
Mütərəqqi tərəf isə rejimin «liberallaşdırılma»sını istəyirdi. 
Məhz «liberallaşdırılma» tərəfdarlarının və ümummili 
hərəkatın təsiri altında xüsusi tribunal ləğv edildi. 1965-ci ildə 
iqtisadi tətillərin cinayət hesab edilməməsi haqqında qanun 
qəbul edildi. 
60-cı illərin sonunda dünyada baş verən demokratik 
dəyişikliklər İspaniyaya da öz təsirini göstərdi. 1971-ci ildə 
İspaniyadakı sol qüvvələr Sevilya şəhərində «Azadlıq naminə 
pakt» imzaladılar. Məqsəd Frankonu devirmək idi. Hadisələrin 
gedişini nəzərə alan Franko general Blankonu özünə baş nazir 
təyin etdi. Bir az keçməmiş terrorçular tərəfindən Blanko 
öldürüldü. 1975-ci ilin noyabr ayında silahlı üsyana hazırlıq 
getdiyi zaman Franko 82 yaşında öldü. Onun siyasi varisi olan 
Xuan Karlos İspaniyanın kralı oldu. 
XX əsrin 50-60-cı illəri və 70-ci illərinin I yarısında 
İspaniyanın xarici siyasəti. 50-ci illərdə İspaniya xarici 
siyasətdə beynəlxalq təcridolunmadan çıxmağı sürətləndirdi. 
1953-cü il sentyabrın 26-da ABŞ-la İspaniya arasında müdafiə, 
təhlükəsizlik və qarşılıqlı yardım haqqında müqavilə 
bağlanıldı. İspaniya ərazisində ABŞ-a hərbi bazalar, hərbi və 
mülki personal yerləşdirməyə icazə verildi. İspaniya ABŞ-dan 
hərbi təchizat aldı. ABŞ dərhal İspaniyada hərbi-hava və dəniz 
bazalarının quruculuğuna başladı. 1955-ci ilin sonunda 


231
İspaniya BMT-yə daxil oldu. 1956-cı ildə Mərakeşin ona aid 
olan hissəsinə müstəqillik verdi. O, NATO-nun digər üzvləri 
ilə də əlaqələri genişləndirdi. 1963-cü ildə ABŞ-la bağlanan 
hərbi sazişin müddəti 5 il də uzadıldı. Kömək və kredit 
formasında İspaniya ABŞ-dan 400 milyon dollar yardım oldu.
Bu dövrdə İspaniyanın Latın Amerikası və Yaxın Şərq 
ölkələri ilə əlaqələri daha da yaxşılaşdı. İspaniya 1963-cü ildə 
Kuba ilə iqtisadi münasibətləri bərpa etdi. Ərəb-İsrail müna-
qişəsi zamanı ərəbləri müdafiə etdi. 60-cı illərin II yarısında 
sosialist ölkələri ilə, ilk növbədə, SSRİ ilə də münasibətlər 
inkişaf etməyə başladı.
İspaniya diktaturadan demokratiyaya keçid dövrün-
də. (1976-1979-cu illər). Kral elə ilk andiçmə mərasimində 
bildirdi ki, İspaniya da digər qabaşcıl dünya ölkələri kimi 
demokratiya yolu ilə gedəcək. «İspaniya falanqası» partiyası 
buraxıldı. Müxalifətin leqallaşması artdı. 1977-ci il aprel ayının 
9-da İspaniya Kommunist Partiyası açıq fəaliyyətə keçdi. 
«Milli hərəkat» partiyası da kralın dekreti ilə buraxıldı. Bu 
Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin